Yonca (alm. Das Kleeblatt) aerobatika eskadronu — Avstriya Hərbi Hava Qüvvələrinə məxsus olmuş helikopterlərdən ibarət aerobatika komandası idi.[1][2][3]
Yonca | |
---|---|
Yaranma tarixi | 1975 - 1987, 1997 - 2001 |
Tabedir | Avstriya Hərbi Hava Qüvvələri |
Tərkibi |
5 pilot 11 texniki işçi |
Rəngləri |
Ağ, qırmızı, qəhvəyi |
Təchizatı | 4 Agusta-Bell 206A JetRange |
Aerobatika eskadronu 1975-ci ildə qurulmuşdur və 1987-ci ilə qədər fəaliyyət göstərmişdir. 1997-ci ildə eskdaron yenidən aktivliyini bərpa etdi və 2001-ci ilə qədər fəaliyyət göstərdi.[1]
Helikopterlər standart qəhvəyi rəngdə rənglənmiş və əlavə ağ rəngli zolağa malik idilər. Quyruq pəri Avstriya bayrağı kimi ağ-qırmızı rəngdə idi.