Essbesteck
essen
OBASTAN VİKİ
Esse
Esse — ən çox ədəbiyyatda istifadə olunur. Kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrı. Esse fransız sözü olub, mənası sınaq, təcrübə, oçerk deməkdir. Tənqid və ədəbiyatşünaslığın müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən janrı. Daha çox ədəbiyatda istifadə olunur. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifədə edilir. Ədəbiyatşünaslıq, avtobioqrafik, biografik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər əsasən esse janrı üzərində qurulmuşdur. Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl gəldiyi nəticələrin əsası, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır.
Əhali prinsipi haqqında esse
Populyasiya haqqında esse - kitabı ilk dəfə 1798-ci ildə anonim olaraq nəşr olunub, lakin tezliklə müəllifin Tomas Robert Maltus olduğu müəyyən edildi. Kitabda əhalinin həndəsi irəliləyişlə artmasının (hər 25 ildən 2 dəfə artması) ilə bağlı gələcək çətinliklər barədə, qida istehsalının isə arifmetik irəliləyişlə artıb, qida çatışmazlığına səbəb olacağı, doğum nisbətləri azalmazsa aclıq ola biləcəyi ilə bağlı xəbərdarlıqlar yer alır. Əhalinin sayı haqqında ilk kitab olmasa da, Maltusun kitabı Britaniyada əhalinin sayı ilə bağlı mübahisələri qızışdırdı və 1800-cü il siyahıyaalınması haqqında qanunun qəbul edilməsinə gətirib çıxardım Bu qanun İngiltərə, Uels və Şotlandiyada 1801-ci ildən başlayaraq bu günə qədər hər on ildən bir davam edən milli siyahıyaalınma aparmağa imkan verdi. Kitabın 1826-cı ildəki 6-cı nəşri həm Çarlz Darvin, həm də Alfred Russel Uollesə təbii seçmə nəzəriyyəsinin inkişafında əsas təsir göstərən əsərlərdən olmuşdur. Kitabın əsas hissəsi indi Maltusun Əhali Qanunu kimi tanınan qanuna həsr edilmişdir. Nəzəriyyə iddia edir ki, artan əhali nisbəti əmək təklifinin artmasına kömək edir və istər-istəməz əmək haqqını aşağı salır. Əslində, Maltus əhalinin davamlı artımının yoxsulluğa səbəb olacağından qorxurdu. 1803-cü ildə Maltus eyni başlıq altında əsərinin əsaslı şəkildə yenidən işlənmiş ikinci nəşrini nəşr etdi. Onun son variantı, 6-cı nəşri 1826-cı ildə nəşr olundu. 1830-cu ildə, ilk nəşrdən 32 il sonra, Maltus daha geniş əsərin tənqidlərinə cavabları özündə əks etdirən Əhali Prinsipinə Xülasə Baxış adlı yığcam versiyanı nəşr etdi.
Beji Caid Essebsi
Beji Kaid əs-Sebsi, Əl-Baci Qaid əs-Səbsi (ərəb. الباجي قائد السبسي‎; 29 noyabr 1926[…], Sidi-Bu-Said[d], Tunis Fransa protektoratı[d] – 25 iyul 2019[…], Tunis hərbi xəstəxanası[d]) — Tunis dövlət və siyasi xadimi, Tunisin 6-cı prezidenti. 2011-ci il 27 fevral — 24 dekabr tarixlərində ölkənin 10-cu baş naziri, 1981–1986-cı illərdə xarici işlər naziri və 1960-70-ci illərdə digər nazir və s. dövlət vəzifələri tutmuşdur. == Həyatı == Beji Kaid əs-Sebsi 1926-cı ilin 26 noyabr tarixində Tunisin liman şəhəri olan Sidi-Bu-Səiddə anadan olub. İlk təhsilini vətənində aldıqdan sonra ali təhsil almaq üçün Fransaya yollanıb. Paris şəhərində hüquq üzrə təhsil aldıqdan sonra 1952-ci ildə vəkillik karyerasına başlayıb. Əs-Sebsinin ilkin siyasi fəaliyyəti 1941-ci ildə başlayır. Parisdə aldığı təhsili başa vurduqdan sonra ölkəsinə qayıdır və burada baş nazir Həbib Burguibanın müşvariri olaraq işləyir. 1965–1969-cu illər aralığında Tunisin daxili işlər naziri, 1969–1970-ci illərdə isə müdafiə naziri vəzifəsində çalışır.
Essekibo çayı
Essekibo (ing. Essequibo) — Qayana ərazisindən axan çay. Uzunluğu 1000 km təkil edir. Sipu və Çokidor çaylarının birləşməsindən əmələ gəlir. Mənbə ölkənin cənubunda Akaray silsiləsində yerləşir. Şimala doğru rütubətli meşə və savannadan axır. Axarı boyunca orta və aşağı hissələrdə adalar əmələ gətirir. Corctaundan 21 km şimalda Atlantik okeana tökülür. mənsəbində eni 20 km olan estuari əmələ gətirir (Xoq, Lequan). Estuariyə Kyuni və Mazarubi çayları tökülür.
Esseks Universiteti
Esseks Universiteti ― İngiltərənin Esseks şəhərində yerləşən dövlət tədqiqat universiteti. 1959-cu ildə Esseks Şəhər Bələdiyyəsi bölgədə bir ali təhsil qurumunun yaradılması istiqamətində verilmiş təklifi qəbul etdi və 1963-cü ildə ilk professorların təyinatı ilə universitetin əsası qoyuldu. 1965-ci ildə kral imtiyaznaməsi alan ali təhsil müəssisəsi, 1964-cü ildən ilk tələbələrini qəbul etmişdir. Esseks Universiteti 1961–1965-ci illərdə Birləşmiş Krallıqda təsis edilən "Plitə şüşə universitetləri" kateqoriyasına aid edilir. Esseks Universiteti təlim-tədris keyfiyyətinə görə Birləşmiş Krallıq hökuməti tərəfindən tərtib olunmuş "Tədris Mükəmməlliyi Çərçivəsi"nə görə qızıl kateqoriyada yerləşir. Birləşmiş Krallıq üzrə milli sıralamada ilk 30 ali təhsil müəssisəsi arasında yer alan Esseks Universiteti, qlobal miqyasda isə The Higher Education jurnalının 2022-ci ildə dərc edilmiş sıralamasında ən nüfuzlu 350 universitet sırasındadır. Universitetin 3 fakültə nəzdnində humanitar, sosial elmlər və elm və səhiyyə sahəsini əhatə edən 21 məktəb və departamentdə təhsil alan 15 minə yaxın tələbəsi vardır. Ümumən Esseks Universitetinin beynəlxalq səviyyədə 16 akademik tərəfdaşlığı mövcuddur. Universitetin əsas kampusu Esseksin hüdudları daxilindəki Kolçester şəhərindəki Vivenho Parkında, digər iki kampusu isə Sausend və Lauton şəhərlərində yerləşir. Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Esseks Universitetinin məzunları sırasında Kosta Rika prezidenti və Nobel Sülh mükafatı lauratı Oskar Sançes, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Xristofor Pisserides, Böyük Britaniya İcmalar palatasının spikeri Con Berkau, İraqın xarici işlər naziri Hoşyar Zəbari, Birləşmiş Krallığın daxili işlər naziri Priti Patel və Yunanıstanın maliyyə naziri Yanis Varufakis də vardır.
Esseksit
Esseksit həmçinin nefelin monzogabbro da adlandırılır, tutqun boz və ya qara holokristallik maqmatik süxur. Adı ABŞ-nin Massaçusets ştatındakı Esseks kəndindən götürülmüşdür. Streckeisenin (1974) QAPF diaqramına əsasən esseksit nefelinin bolluğundan və ortokolazın plagioklaza nisbətindən asılı olaraq nefelin monzodiorit və ya nefelin monzogabbro kimi bilinir. == Mineralogiyası == Əsasi, yaxud orta sıralı plaqioklazlar, bir qədər ortoklaz, bənövşəyi (titanlı) və ya yaşılı klinopiroksen (bəzən hər ikisi), qırmızımtıl qonür biotit və barkevigit horn­­­blendi, az miqdarda nefelin, kankrinit, sodalit, törəmə analsim, bəzən olivindən təşkil olunmuşdur.
Essen
Essen (alm. Essen‎ [ˈɛsən]) — Almaniyanın qərbinə, Şimali Reyn-Vestfaliya federal torpağında torpaq tabeli şəhər. Əhalisi 579,8 min nəfər (2009); 2000-ci ildə 599,5 min. Ölkənin ən böyük 6-cı şəhəridir. XX əsrlərdə Almaniyanın ən önəmli dəmir və daş kömür mərkəzi idi.
Essenilər
Essenilər (ivr. ‏אִסִּיִים‏‎, İsiyim; yun. εσσήνοι) — e.ə. II əsrin əvvəlində Fələstində formalaşmış yəhudi dini təriqəti. == Tarixi == Essenilər barədə məlumata İosif Flavi, Filon İsgəndəriyyəli və Böyük Plininin qeydlərində rast gəlinir. Essenilərin Makkabi üsyanından (e.ə. 167–164) qabaqkı hasidilərin davamı olması ehtimalı var. Essenilərlər özünü yəhudi cəmiyyətindən tam təcrid etməyib təbliğatla məşğul olan mötədil qola və "dünyəvi həyat"dan tamamilə uzaqlaşıb Ölü dənizin şimal-qərb sahillərində, Qumranda məskunlaşan radikal qola ayrılırdılar. Radikal essenilər çox vaxt Qumran icması ilə eyniləşdirilir. E.ə.
L'Essenziale
L'Essenziale (Azərbaycanca: Mühüm) — İtaliyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. 2013 SanRemo Musiqi Festivalında Marko Menqoni tərəfindən ifa olunan "L'Essenziale" mahnısı festivalda qalib olmasının ardından İtalyanın dövlət telekanalı (RAI) həmin mahnını 2013 Avroviziya Mahnı Müsabiqəsinə göndərmək qərarına gəldi və Malmödə keçirilən müsabiqədə Marko Menqoni ifasında səslənilən mahnı finalda 7-cu yeri İtaliyaya qazandırdı.
Sorbus esserteauana
The Essential Michael Jackson
The Essential Michael Jackson — Maykl Ceksonun albomu.
Sorbus esserteauiana
Sorbus esserteauiana (lat. Sorbus esserteauiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Esseks (dairə, Nyu-Cersi)
Esseks (ing. Essex County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi.
Microsoft Security Essentials
Microsoft Security Essentials — Microsoft tərəfindən hazırlanmış antivirus proqramı. Windows XP, Vista və 7 üçün sadəcə kiçik bizneslər və son istifadəçilər üçün sərfəlidir. 14 yanvar 2020-ci ildə Microsoft Security Essentials antivirus dəstəyi bitdi və Windows Defenderli olan Windows 10-a keçməsini tövsiyə edir.

Значение слова в других словарях