FƏND-FEL

fars. fənd, ər. feil

Hiylə, kələk, fırıldaq, dolab, qurğu. (“Koroğlu” dastanının lüğəti)

Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Dava dəsgahının min bir fənd-felini sinədəftər eləmişdi. (“Həmzənin Qıratı aparmağı”)

*

İndi biz gərək burda düşüb səhəri gözləyək. Koroğlunun fənd-felindən baş açmaq olmaz. (“Koroğlu ilə Bolu bəy”)

*

Qarı düşmən, fənd-felini bilirəm,

Dəlilərim bu şəhərdə qalıbdı.

Saat yarım sizə möhlət verirəm,

Dəlilərim bu şəhərdə qalıbdı.

                         (“Qulun qaçmağı”)

FƏLƏQQƏ
FƏRAQ ƏRƏB

Значение слова в других словарях