FƏRDİYYƏTÇİLİK
FƏRƏC
OBASTAN VİKİ
Hacı Fərəculla hamamı
Hacı Fərəculla hamamı — Azərbaycanın paytaxtı, Bakı şəhərində mövcud olmuş və yerli əhəmiyyətli tarixi abidə olmuş hamam. 2016-cı ilə qədər hamam Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuş və Azərbaycan Dövlət Yuğ Teatrı tərəfindən istifadə edilmişdir. Hamam 2016-cı ilə qədər tarixi abidə kimi 3700 inventar nömrəsi ilə müvafiq qanunun “Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısı”nda olmuşdur. 18 may 2016-cı ildə hamamın adı tarixi abidələrin siyahısından çıxarılmış və bir müddət sonra sökülmüşdür.
Kamran Fərəcov
Kamran Fərəcov (Kapitan)
Kamran Fərəcov (baş əsgər)
Kübra Fərəcova
Kübra Yəhya qızı Fərəcova (16 may 1907, Quba – oktyabr 1988, Bakı) — Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1970), professor (1971), Azərbaycan SSR əməkdar həkimi (1960), səhiyyə əlaçısı (1964). Kübra Fərəcova 1938–1939-cu illərdə Azərbaycan SSR xalq səhiyyə komissarı, 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1947–1950-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olmuşdur. == Həyatı == Kübra Yəhya qızı Fərəcova 1907-ci il may ayının 16-da Qubada qulluqçu ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüş və ilk təhsilini burada almışdır. Dördsinifli rus-tatar (rus-Azərbaycan) məktəbini bitirdikdən sonra təhsilini H. Z. Tağıyevin qızlar gimnaziyasında davam etdirmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Kübra Fərəcova ibtidai məktəblər üçün müəllimlər hazırlayan 3 aylıq kursu bitirərək Kürdəmirdə məktəb təşkil etmiş və burada qadınlar arasında savadsızlığın ləğvi istiqamətində fəaliyyət göstərmişdir. Kübra Fərəcova 1924-cü ildə Göyçaya köçmüş, iki il burada və Ağdaşda müəllimlik etmişdir. 1926-cı ildə Qazaxda məskunlaşaraq orada uşaq bağçasında tərbiyəçilik etmişdir. Kübra Fərəcova 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1933-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Həmin illərdə o, ÜİK(b)P üzvlüyünə qəbul olunmuşdur.
Mirzə Fərəc
Mirzə Fərəc Rza oğlu Rzayev (15 mart 1847, Bakı – 27 mart 1927, Bakı) — Bakı muğam məktəbinin görkəmli nümayəndələrindən biri, tar ifaçısı. == Həyatı == Fərəc oğlu Rzayev 15 mart 1847-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fərəc 13-15 yalarından toylarda nağara çalmağa başlayır. Xalq məclislərində adlı-sanlı sazəndələrin çalıb-oxumalarını dinləyən gənc Fərəcdə tar çalmaq sənətinə sönməz bir həvəs oyanır. O, tezliklə tar çalmağı öyrənir və ilk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə məclislərdə çıxış edir. O eyni zamanda Məşədi Məlik Mənsurovun musiqi məclisinin fəal üzvlərindən biri olur və bu məclisdə məşhur Cənubi Azərbaycan sənətkarlarından – tarzən Şirazlı Əlinin, tehranlı kamançaçı Mirzə Səttarın və Sadıqcanın çalğısını dönə-dönə dinləyir. Hətta o, Şərq musiqisini dərindən öyrənmək məqsədi ilə bir müddət İranda yaşayır, fars və ərəbdillərini öyrənir. O, ərəb, yunan və fars alimlərinin musiqiyə dair əsərləri ilə yaxından tanış olur. Məhz buna görə də Mirzə Fərəc müasirləri içərisində məşhur bir musiqişünas kimi də tanınır. Qocaman musiqiçi Mirzə Mənsur Mirzə Fərəcin bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bildiyini söyləyirdi.
Mirzə Fərəc Rzayev
Mirzə Fərəc Rza oğlu Rzayev (15 mart 1847, Bakı – 27 mart 1927, Bakı) — Bakı muğam məktəbinin görkəmli nümayəndələrindən biri, tar ifaçısı. == Həyatı == Fərəc oğlu Rzayev 15 mart 1847-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fərəc 13-15 yalarından toylarda nağara çalmağa başlayır. Xalq məclislərində adlı-sanlı sazəndələrin çalıb-oxumalarını dinləyən gənc Fərəcdə tar çalmaq sənətinə sönməz bir həvəs oyanır. O, tezliklə tar çalmağı öyrənir və ilk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə məclislərdə çıxış edir. O eyni zamanda Məşədi Məlik Mənsurovun musiqi məclisinin fəal üzvlərindən biri olur və bu məclisdə məşhur Cənubi Azərbaycan sənətkarlarından – tarzən Şirazlı Əlinin, tehranlı kamançaçı Mirzə Səttarın və Sadıqcanın çalğısını dönə-dönə dinləyir. Hətta o, Şərq musiqisini dərindən öyrənmək məqsədi ilə bir müddət İranda yaşayır, fars və ərəbdillərini öyrənir. O, ərəb, yunan və fars alimlərinin musiqiyə dair əsərləri ilə yaxından tanış olur. Məhz buna görə də Mirzə Fərəc müasirləri içərisində məşhur bir musiqişünas kimi də tanınır. Qocaman musiqiçi Mirzə Mənsur Mirzə Fərəcin bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bildiyini söyləyirdi.
Mirzə İsa Fərəhani
Mirzə İsa Mirzə Hüseyn oğlu Fərəhani (1733–1822) — Abbas mirzənin vəziri. == Həyatı == Mirzə İsa Mirzə Hüseyn oğlu Fərəhani 1733-cü ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Mirzə İsanın babaları Həzara seyidlərindəndir. Babası Mirzə İsa, ulu babası Mirzə Əbülfət möhrdardır. Mirzə İsa Fərəhani İranda Mirzə Bözörg (böyük) kimi tanınırdı. Ağaməhəmməd şah onun ləyaqətini görüb, dövlət quluğuna götürmüşdü. Mirzə İsa Fərəhani 1822-ci ildə vəfat edib.
Mirzə Əbülqasim Fərəhani
Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (fars. قائم‌مقام فراهانی‎; 1779–1835) — İranın baş naziri. == Həyatı == Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı. Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu. Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı. Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib. == Ailəsi == Mirzə Əbülqasim Əli adlı oğlu vardı.
Məclisi-Fərəmuşan
Məclisi-fəramuşan ("Unudulmuşlar məclisi") və ya Məclisi-xamuşan ("Dinməz, sakit adamlar məclisi") — Azərbaycan ədəbi məclislərindən biri. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M. M. Nəvvab, H. Qaradaği, F. Kəminə, A. Asi, M. Ə. Baki, B. Səbur, B. Fədai, M. Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. 2022-ci ildə məclis bərpa edilmişdir.
Məhəmməd Fərəculla Pişnamazzadə
Axund Məhəmməd Pişnamazzadə (tam adı: Axund Molla Məhəmməd Molla Əli oğlu Pişnamazzadə; 15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) — Zaqafqaziya şeyxülislamı (1910–1918), axund. == Həyatı == Məhəmməd Əli oğlu Pişnamazzadə 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur. === Maarifçilik === 1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi.
Məlahət Fərəcova
Məlahət Novruz qızı Fərəcova — tarix elmləri doktoru, dosent, Avropa Şurasının nəzdində CARP–PRAT (Prehistoric Rock Art Trails / Cultural Routes of the Council of Europe) təşkilatının Direktorlar Şurasının üzvü (2020-ci ildən), Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi (2015-ci ildən), İçərişəhər Muzey Mərkəzinin direktor müavini (2019-cu ildən). == Həyatı == Məlahət Fərəcova 1958-ci il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur. 1965–1975-ci illərdə 154 №-li məktəbdə təhsil alıb. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini fərqlənmə ilə bitirmişdir. M.Fərəcova 2005-ci ildə elmlər namizədi alimlik dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1976-cı ildə 114 nömrəli məktəbdə başlamışdır. 1981–1995-ci illərdə Azərbaycan Ensiklopediyası və Azərbaycan Dövlət Xalça Muzeyində kiçik elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış, 1995–2015-ci illərdə Qobustan dövlət tarixi-bədii qoruğunun direktoru təyin olunmuşdur. O, 2016–2019-cu illərdə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru olmuşdur. 2019-cu il 18 yanvar tarixindən İçərişəhər Muzey Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub. 1995–2015-ci illərdə Qobustan Milli Tarix Bədii qoruğunun direktoru olduğu müddətdə qoruq 2007-ci ildə YUNESKO Dünya Mədəni İrs siyahısına daxil edilmişdir, Azərbaycanda və Qafqazda birinci interaktiv muzey inşa olunub (2011-ci il) , 2012-ci ildə UNESCO hərbi münaqişələr zamanı "gücləndirilmiş mühafizə" statusunu Qobustan abidələrinə verilib , Qobustan qoruğunun yeni muzeyi Avropa şurası tərəfindən 2013-cü İlin Avromuzeyi mükafatına layiq olunub , 2015-ci ilin noyabr ayında Avropa Şurasnn nəzdində olan beynəlxalq CARP–PRAT(Prehistoric Rock Art Trails) təşkilatının üzvü olub.
Natiq Fərəcullazadə
Natiq Nadir oğlu Fərəcullazadə (d. 24 yanvar 1960, Bakı) — Azərbaycan boyakarı, heraldika ustası, Azərbaycanın əməkdar rəssamı (2018). == Həyatı == Natiq Fərəcullazadə 24 yanvar 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1984-cü ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Natiq Fərəcullazadə əsasən rəngkarlıqla məşğul olur. O, bir müddət Türkiyədə fəaliyyət göstərmişdir. 2003-cü ildə Ankarada yaradılmış "Disney qəhrəmanları parkı"nın bədii kompozisiyasının müəlliflərindən biri və bu şəhərdə yerləşən "Şeraton" mehmanxanasının relyef dekorativ kompozisiyasının müəllifi olmuşdur. Natiq Fərəcullazadənin yaradıcılığında realizmdən modernizmə doğru yönəlmə mühüm yer tutur. Onun "Qırmızı çətirli qız", "Çəmənlikdə", "Yorğunluq", "Xəyallar", "Səhər", "Kitabxanaçı", "Hörüklü qız", "Əbədi payız", "Abşeron qadınları", "Ruhlara dua", "Sevgi", "Şəhid önündə", "Həyat və təbiət", "Uzaq sahillərdə", "Abşeron motivi", "Söhbət", "Yağışlı gün" və s.
Nazim Fərəcov
Nazim Fərəc oğlu Fərəcov (1960, Laçın) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Nazim Fərəcov 1960-cı ildə Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Orta təhsilini Laçın rayonunda alıb. 1978-ci ildə Azərbaycan xalq Təsərrüfatı (indiki İqtisadiyyat Universiteti) institutuna daxil olub. Oranı bitirdikdən sonra əmək fəaliyyətinə Sumqayıt şəhərində başlayıb. 1995–1996-cı illərdə Sumqayıt şəhər Ticarət İdarəsində baş direktor müavini, 1996–1998-ci illərdə Sumqayıt İctimai İaşə Trestinin direktoru vəzifəsində işləyib. Zakir Fərəcovun qardaşıdır. == Siyasi faəliyyəti == 1998–2000 illərdə Sumqayıt Dövlət Əmlak Komitəsi Sumqayıt Bölgə Özəlləşdirmə idarəsində rəis müavini işləyib, eyni zamanda Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə mərkəzində baş direktor əvəzi, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi, Bakı şəhər Əhalinin Sosial Müdafiə idarəsində rəis və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində müdir vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 121 saylı Laçın seçki dairəsindən millət vəkili seçilib.
Nurlan Fərəməzov
Qışlaq-i Fərəchacıovrac (Biləsuvar)
Qışlaq-i Fərəchacıovrac (fars. قشلاق فرج حاج اورج‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (10 ailə).
Qışlaq-i Fərəcismayıl (Biləsuvar)
Qışlaq-i Fərəcismayıl (fars. قشلاق فرج اسماعيل‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Fərəcmühərrəm (Biləsuvar)
Qışlaq-i Fərəcmühərrəm (fars. قشلاق فرج محرم‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (7 ailə).
Qışlaq-i Fərəcullahhacısərxan (Pərsabad)
Qışlaq-i Fərəcullahhacısərxan (fars. قشلاق فرج اله حاج سارخان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (11 ailə).
Qışlaq-i Fərəcullahnimaz (Pərsabad)
Qışlaq-i Fərəcullahnimaz (fars. قشلاق فرج اله نماز‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 22 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Fərəcullahqədir (Pərsabad)
Qışlaq-i Fərəcullahqədir (fars. قشلاق فرج اله قدير‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (10 ailə).
Qışlaq-i Qaradərə-i Köhül Qışlaq Fərəsət (Biləsuvar)
Qışlaq-i Qaradərə-i Köhül Qışlaq Fərəsət (fars. قشلاق قره دره كهل قشلاق فرصت‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (14 ailə).
Rafiq Fərəcov
Rafiq Fərəcov — Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Vətən səsi" qəzetinin baş redaktoru. == Həyatı == Rafiq Fərəcov 1952–ci il dekabrın 18–də Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində müəllim ailəsində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. == Ailə vəziyyəti == Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə mətbuatdan başlayan Rafiq Fərəcov 1975–ci ilin oktyabrından 1979–cu ilin fevralınadək Krasnoselo rayonunda nəşr olunan “Dostluq” rayon qəzetində müxbir, məsul katib, 1979–cu ilin fevralından 1988–ci ilin dekabrınadək həmin qəzetin redaktor müavini, şöbə redaktoru vəzifələrində işləyib. Sonra qaçqınlıq həyatı başlayır və 1988–ci ildən Bakıda Azərbaycan Qaçqınlar Cəmiyyətində çalışır, 1992–ci ilin martında isə sevdiyi peşəsi üzrə işləməyə başlayır. Həmin ildən 1996–cı ilin aprelinədək “Vətən səsi” qəzetində şöbə müdiri, məsul katib, baş redaktorun müavini işləyən Rafiq Fərəcov hazırda bu qəzetin baş redaktorudur. Onun 35 ildən çox jurnalistlik fəaliyyətinin yarısı məhz “Vətən səsi” qəzeti ilə bağlıdır. Rafiq Fərəcov həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Sərdar Fərəcov
Sərdar Fərəculla oğlu Fərəcov (8 dekabr 1957, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycanın fəxri mədəniyyət işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru. == Həyatı == Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirmişdir. Hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilmişdir. == Mükafatları == 17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. == Əsərləri == Opera "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera Operetta "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir Digər vokal əsərləri T. Taisoğlunun sözlərinə səs, xor və simfonik orkestr üçün "Böyük vətəndaş haqqında" Oda (1996); S. Şahbəylinin söz. xor və estrada-simfonik orkestri üçün "Teatr himni" /Milli teatrın 125 illiyinə həsr olunub/ (1998); "Dədə Qorqud" Oratoriyası (1999); A' capella xoru və klarnet üçün Triptix /V.Səmədoğlunun 60 illiyinə həsr olunub/ (1999); M.Füzulinin söz. səs və simfonik orkestr üçün "Cəfadan qeyri" qəzəl-poeması (1994); İnstrumental əsərlər Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə Simli kvartet üçün 3 pyes (1991); Skripka və piano üçün pyeslər (2001).
Toğrul Fərəczadə

Значение слова в других словарях