FƏRXUNDƏ
FƏRİD
OBASTAN VİKİ
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Baba Fərid
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fəranək Fərid
Fəranək Fərid 1961, Təbriz — azərbaycanlı şairə, tərcüməçi, qadın və insan haqları və çevrə mudafiəçisi. Fəranək Fərid 1961-ci ildə Təbriz şəhərində anadan olub. O, ibtidai və orta təhsilini Təbrizdə alıb. Ali təhsilini isə iki ixtsas üzrə: 1983-cü ildə Təbriz Universitetinin laboratoriya elmləri və 2004-cü ildə ingilis dili dilmanclığı üzrə alıb. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. Fəranək Fərid ədəbiyyatda şeir, nəsr, tərcümə və tənqid kimi fərqli sahələrdə yazıb yaratmaqdadır. O, bir çox əsərlərini "İpək" təxəllüsü ilə nəşr etdirmişdir. 1998-ci ildə təşkil olunan Birinci Şimali-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birinci yeri tutub. İctimai fəal 2001-ci ildə 8 Mart Dünya Qadınlar Günü münasibətilə Təbriz qadınlar zindanı amfi-teatrında təşkil olunan proqramın aparıcısı olmuşdur. Ədibin 2009-cu ildə "Yuxuda ayılmaq", 2010-cu ildə "Cızıq" adlı şeir kitabları, 2013-cü ildə "Xanıməli", "Bağlı otaq", "Afrika macərası", 2015-ci ildə "Brilyant gözlər" adlı nəsr kitabları nəşr olunmuşdur.
Fəriba Vəfi
Fəriba Vəfi (az-əbcəd. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir.
Fəribürz ibn Afridun
II Fəribürz – Şirvanşahlar dövlətinin iyirmi üçüncü hökmdarı, Şirvanşah II Əfridunun oğlu. Bəzi tədqiqatçılar Şirvanşahlar arasında II Fəribürzün olmasına şübhə ilə yanaşmışlar. II Fəribürz ibn II Əfridunun hakimiyyət dövründən akademik Dorna məlum olmayan bu Şirvanşahın mövcudluğunu qəti təsdiq edən sikkələr qalmışdır. Sikkənin üz tərəfində ənənəvi dini rəmz və xəlifə ən-Nasirlidin Allahın (h.575-622) (1180-1225)-ci illər) adı, əks tərəfində isə "əlməlik, əl-adil Cəlal əd-Dünya və-d-Din Fəribürz ibn Əfridun ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk olunmuşdur. Şirvanşahın adında sülalənin ən görkəmli nümayəndələrindən sayılan, sonralar tarixçilərin adına "böyük" təşbehi qoşduqları III Mənuçöhrün nəslindən olmasının qeyd edilməsi nəzərə çarpır. Mənuçöhrün ölümündən sonra gələn bütün Şirvanşahlar öz sikkələrində onun nəslindən olduqlarını göstərməyə başlamışlar. II Fəribürzün sikkələrində dəbdəbəli əl-adil, Cəlal əd- Dünya və-d-Din ləqəblərinin və Şirvanşah titulunun peyda olması sonuncu səlcuq sultanları ilə Eldəgəzlər arasında müharibələr getdiyi XII əsrin 90-cı illərində Şirvanşahın müstəqil olduğunu göstərir. XII əsrin 40-cı illərində Azərbaycanda yeni güclü Eldəgəz Atabəyləri sülaləsi bərqərar oldu. Qızıl Arslanla (h.582-587 (1187-1191)-ci illər) mübarizə aparan sonuncu səlcuq hökmdarı III Toğrul (h.571-590 (1176- 1194)-cı illər) 1194-cü ildə Xarəzmşah Təkişlə (h.567-596 (1172-1200-cı illər) vuruşmada öldürüldü. Eldəgəz Qızıl Arslan h.587 (1191)-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun qardaşı oğlanları arasında ara müharibələri başlandı.
Fəribürz ibn Salar
I Fəribürz – Şirvanşahlar dövlətinin on altıncı hökmdarı, Şirvanşah Salar ibn Yezidin oğlu. Şirvanşah Salar ibn Yeziddən sonra Şirvanda onun qanuni varisi- hələ atasının sağlığında dövlət işləri ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq etmişdi. Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını – mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı". Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı.
Fəribə Vəfi
Fəriba Vəfi (az-əbcəd. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir.
Fərid
Fərid — kişi adı.
Fərid Abbasov
Fərid Abbasov (31 yanvar 1979, Bakı) — azərbaycanlı qrosmeyster (2007). 2558 FİDE reytinqi ilə dünyada 378-ci ölkəsində isə 8-cidir. 1997-ci ildə Avropa Gənclər Şahmat Çempionatında ikinci yeri tutub. 2001-ci ildə beynəlxalq master titulu ilə mükafatlandırılıb. 2007-ci ildə İsveçin Laholm şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. O, doqquz il Azərbaycan Gənclər şahmat komandasına məşqçilik edib. Fərid Abbasov 31 yanvar 1979-cu ildə anadan olub.
Fərid Abışov
Fərid Əlfayım oğlu Abışov (28 dekabr 1996; Yevlax, Azərbaycan — 19 noyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Abışov 1996-cı ildə Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olmuşdur. Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Fərid Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsində savaşıb. Fərid Abışov oktyabrın 10-də Suqovuşan istiqamətində yaralanıb. 19 noyabrda şəhid olub. Yevlax Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Abışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Adıgözəlov
Fərid İlqar oğlu Adıgözəlov (8 sentyabr 1992; Naftalan, Azərbaycan — 18 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Adıgözəlov 8 sentyabr 1992-ci ildə Naftalan şəhərində anadan olmuşdur. 1999-2009-cu illərdə İmadəddin Nəsimi adına Naftalan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Gülsurə adına 1 qız övladı Vətənə əmanət qaldı. Fərid Adıgözəlov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naftalan şəhəri üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətə davam etmişdir. Fərid Adıgözəlov 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Fərid Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tankçı olaraq iştirak etmişdir.
Fəridə Vəlixanova
Fəridə Vəlixanova (tam adı:Fəridə Ağaəli qızı Vəlixanova; ) 21 oktyabr 1935 — 3 sentyabr 2023 - Bakı Ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), əməkdar elm xadimi (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub. Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir.
Fəridə Vəzirova
Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981). Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur. Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir. Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ənvər Çingizoğlu. Sərdarlı kəndi.
Fəridə xanım Sultan
Fəridə xanım Sultan (30 aprel 1847, Konstantinopol – dekabr 1920) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Fəridə xanım Sultan 30 aprel 1847-ci ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 3 yaşında ikən anası vəfat etdi və bacısı Səniyə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Fəridə xanım bacısının ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il 1868-ci ildə Mahmud Nədim Paşayla evləndirildi və bu nigahdan bir oğlu dünyaya gəldi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar. 1904-cü ildə ərinin ölümüylə dul qalan Fəridə xanım Sultan 1920-ci ilin dekabrında vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsi yaxınlığındakı məzarlığa bacısının yanına dəfn olundu. Mehmed Sahib bəy (ö.
Fəridə Əliyarbəyli
Fəridə Həsən qızı Əliyarbəyli (2 iyun 1924, Gəncə – dekabr 2011, Gəncə) – şairə, dramaturq, 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. Fəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur. 1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989). 1959-1989-cu illərdə Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur.
Fəridə Əliyeva
Fəridə Əzizova
Fəridə Əzizova (6 iyun 1995, Qusar) — Azərbaycanı təmsil edən taekvondoçu. Fəridə Əzizova 2007-ci ildə Macarıstanın Budapeşt şəhərində gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bu onun beynəlxalq turnirlərdə imza atdığı birinci uğuru idi. Bir il sonra, 2008-ci ildə isə Fəridə Əzizova İzmir şəhərində yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Fəridə Əzizova 2009-cu ildə İsveçin Trelleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu, Xorvatiyanın Zaqreb şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2011-ci ildə Fəridə Əzizova Rusiyada Russian Open və Xorvatiyada Croatia Open beynəlxalq turnirlərinin qızıl medallarına sahib oldu. Fəridə Əzizova həm də həmin il Azərbaycanda Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu. 2012-ci ildə Fəridə Əzizova Las-Veqas şəhərində US Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu, Şərm əş-Şeyx şəhərində isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. Fəridə Əzizova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. −67 Kq.
Fəridəddin Gəncşəkər
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fəridəddin Əttar
Fəridəddin ibn Məhəmməd Əttar (fars. فرید الدین عطار, Farid od Din Əttər; 1145–1229) — Orta əsr fars şairi və mütəfəkkiri. Sufizm nəzəriyyəçisi. Fəridəddin Əttar 1136-cı ildə Nişapurda anadan olub. Onun anadan olduğu tarixlə bağlı tədqiqatçılar yekdil rəyə gələ bilməyiblər. A. Knış bu tarixi 1119, (A. D, Knış. Musulmanskiy mistisizm. Moskva-Sankt-Peterburq, "Dilə", 2004), Y. Bertelts isə 1150-ci il olaraq göstərir (E. G. Bertels. Sufizm i sufiyskaə literatura. Moskva, "Nauka", 1965.).
Fəridən şəhristanı
Fəridən şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Daran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 81,622 nəfər və 20,215 ailədən ibarət idi.
Fərim
Fərim — İranın Mazandaran ostanının Sari şəhristanının Dodangə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 180 nəfər və 50 ailədən ibarət idi.
Fəriman
Fəriman — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Fəriman şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 32,610 nəfər və 8,203 ailədən ibarət idi.
Fəriman şəhristanı
Fəriman şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fəriman şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 86,428 nəfər və 20,925 ailədən ibarət idi.
Fərisabad
Fərisabad (fars. فريس اباد‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 25 ailədə 46 nəfəri kişilər və 41 nəfəri qadınlar olmaqla cəmi 87 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Fərizə Allahverdiyeva
İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev (12.6.1962–20.1.1990) və Fərizə Çoban qızı Allahverdiyeva (11.8.1970–21.1.1990)) — Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur. İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı. İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir.