«Gəmi bortu boyunca sərbəst» kommersiya şərtinin mənası odur ki, dəniz daşınmalarında satıcı malı razılaşdırılmış yükləmə limanına gətirərək, onu gəmi bortu boyunca sahildə və ya lixterlərdə yerləşdirdikdə öz öhdəliyini yerinə yetirmiş olur. Bu andan etibarən malların korlanması və ya xarab olması üzrə öhdəliklər satıcıdan alıcıya keçir. FAS şərtində tələb olunur ki, malın ixrac rəsmiləşdirilməsini alıcı yerinə yetirsin. Əgər alıcı birbaşa və ya bilavasitə ixrac gömrük rəsmiləşdirilməsini yerinə yetirə bilmirsə, bu termindən istifadə etmək olmaz