feod 2021

feod
fenotiplik
feodal
OBASTAN VİKİ
Feodal
Dərəbəyi, Feodalizm dövründə torpaq mülkiyətçisi idi. Qərbdə feodallar krallar, hersoqlar, qraflar, baronlar, markizlər, vikontlar və sadəcə cəngavərlər sayılırdı. Şərqdə analoji olaraq xaqanlar, şahlar, xanlar, bəylər, məliklər və b. feodallara aid idi. Dini rəhbərlik olan monastırlar və vəqflər də kollektiv feodal sayılırdı.
Feodal nərdivanı
Feodal nərdivanı — feodal torpaq münasibətlərinin təzahürü olan feodal ierarxiyası. Feodalizmin strukturu torpaq mülkiyyəti münasibətləri ilə və bununla bağlı olan siyasi hakimiyyətlə müəyyən olunurdu. Artıq qurulmuş feodalizm mərhələsində bu münasibətlər feodal ierarxiyası formasında təzahür edirdi. Feodal nərdivanın başında ali süzeren və dövlətin nominal başçısı — kral (şah, xaqan,şoqun.) dururdu. Öz domenindən başqa, onun bütün ölkədə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). İkinci pillədə iri feodallar dururdu — kralın bilavasitə vassalları — arxiyepiskoplar, yepiskoplar, hersoqlar, qraflar (xan, knyaz,daymö) və b. Onlar öz mülklərində məhkəmə-inzibati, pul kəsmək, vergi və xərac yığmaq kimi ali dövlət hökmünə malik idilər. Üçüncü pillədə — kral vassallarının vassalları dururdular — baronlar (bəy, məlik). Onların iri mülkləri vardı və faktiki olaraq muxtar idilər. Ən sonuncu pilləni Avropada cəngavərlər, Yaponiyada samuraylar tuturdu.
Feodalizm
Feodalizm və ya Dərəbəylik (lat. feudum) – torpaq mülkiyyəti. == Feodalizmin mahiyyəti == 18-ci əsrin əvvəllərindən başlayaraq tarixşünaslıq elmi "feodalizm" terminindən geniş istifadə etsə də, bu anlayışı vahid elmi tərifini verə bilməmişdi. Tarixçilər daha çox onun ikinci dərəcəli, başlıca olaraq, siyasi və hüquqi əlamətlərinə görə tərif verirdilər. Bir qrup tarixçi siyasi pərakəndəliyi, dərəbəyliyi, başqaları feodal nərdivanı, üçüncü qrup isə siyasi hakimiyyətin torpaq sahibliyi ilə birləşməsini, bəziləri isə şəxsi əlqələrin hökmranlığını və sairəni onun başlıca əlaməti hesab edirdi. Ş. Monteskyö feodalizmin əsas şərti kimi şərti torpaq mülkiyyətini, feodlar sistemini və onun əsasında artan hərbi-len iyerarxiyasını hesab edirdi. Lakin çağdaş tarix elmi həm də feodalizmin mahiyətini, ikinci dərəcəli, subyektiv, təsadüfi əlamətlərdə deyil, onun obyektiv, mahiyətinə xas olan, və təkrar olunaraq, sistemli səciyə daşıyan əlamətlərinə görə fərləndirirdi. Məhz istehsal münasibətləri bütövlükdə feodalizm ictimai formasiyası üçün xas olan siyasi və ictimai xüsusiyyətləri müəyyən edir. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, digər tərəfdən isə kapitalizmdən fərqləndirən başqa mühüm xüsusiyyət iri torpaq mülkiyətinin bilavasitə istehsalçıların - kəndililərin xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi. Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün kəndlilərə paylayırdılar.
Feodamant
Feodamant, Teodamas, Teyodamant və ya Fiodamant (q.yun. Θειοδάμας) — yunan mifologiyasında personaj. O, driopların padşahı olmuşdur. Həyat yoldaşı Menodika, oğlu isə Hilasdır. Feodamant Deyanira ilə birlikdə torpaqlarından keçən Herakla qonaqpərvərlik göstərmək istəməmişdir. O, bundan sonra araba sürərkən Herakl ilə qarşılaşmış, Herakl zorla öküzün iplərini çıxarmış və yemək üçün kəsmişdir. Feodamant ardınca Herakl tərəfindən öldürülmüşdür. Herakl Feodamanta kömək etməyə çalışan driopları da qılıncdan keçirmişdir. Belə bir versiya var ki, Herakl oğlu Hill ilə oradan keçərkən Feodamantdan yemək istəmişdir. Rədd cavabı aldıqdan sonra o, əkinə yararlı öküzləri kəsmişdir.
Feodareylər
Feodareylər (lat. Phaeodarea) — İbtidailərin Foraminiferida dəstəsinə daxil olan sinifdir. == Ümumi məlumat == Daxili skeleti var. Əksər hallarda bədəni kürəşəkillidir. Bədəndən çoxsaylı, qismən anastomozlaşan psevdopodiyalar çıxır. Bir sıra əlamətlərinə görə onlar günəşkimiləri xatırladır, ancaq mərkəzi xitinoid kapsulunun olması ilə fərqlənirlər. Şüalıların əksəriyyətinin bir nüvəsi var, ancaq çoxnüvəli formalar da olur. Sitoplazmada çox vaxt simbiotik yaşıl (zooxlorella) və ya sarı (zooksantella) su bitkiləri olur. == Qidalanmada rolu == Bu simbiontlar şüalıları oksigenlə təmin edir, özləri də qida mənbəyi rolunu oynayırlar. == Çoxalması == Qeyri-cinsi yolla ikiyə bölünməklə çoxalır.
Feodorit
Feodorit (təq. 393, Antioxiya – 457 və ya ən tezi 458 və ən geci 466) — Erkən dövr xristian dini ilahiyyatçısı və din xadimi. == Həyatı == Məşhur xristian ilahiyyatçısı Feodorit təxminən 386 və yaxud 393-cü ildə Antioxiya (indiki Antakya) şəhərində doğulmuşdur. Onun həyatının ilk illəri haqqında çox az məlumat vardır. Əldə olan məlumatlarda, varlı ailədə dünyaya gəldiyi, anasının dindar qadın olduğu bildirilmişdir. Doğma şəhərində öz dövrünə görə yaxşı təhsil aldıqdan sonra, kilsəyə qatılmış, dyakon vəzifəsinədək yüksəlmişdir. Tarixçilər onun hələ bu dövrdən tərki-dünyalığa meyl göstərdiyini bildirirdilər. == Dini fəaliyyəti == 423-cü ildə Antakyanın yaxınlığındakı kiçik Kir şəhərində İsidorun yerinə yepiskop olmuşdur. Bu şəhərdəki ilk illəri çətin keçmişdir, belə ki, şəhər əhalisinin xeyli hissəsi qeyri-xristianlardan (yəhudi və bütpərəstlərdən) ibarət idi. Əhali arasında onun nüfuzu xeyriyyəçəliyinə görə yüksək idi, çünki, o hələ Antakyada yaşayarkən, əmlakının mühüm hissəsini fəqirlərə vermişdi, Kirə gəldikdən sonra isə qalan bütün əmlakını şəhərin abadlaşdırılmasına sərf etmişdir.
Feodosi Kosoy
Feodosi Kosoy (rus. Феодосий Косой) — İvan Qroznı dövründə yaşamış rus mütəfəkkiri. O, kilsə iyerarxiyasını, Üçlüyü, müqəddəs mərasimləri, ikonaları və məbədləri rədd edərək tam bərabərliyi təbliğ etmişdir. Onun bu hərəkətləri 1553-cü ildə Matvey Başkin və kilsə xadimi Artemi tərəfindən pislənmişdir. O, təhlükəsizlik üçün Litvaya qaçmış və polyak qardaşlar cəmiyyətinə qoşulmuşdur.
Feodosi obeliski
Feodosi obeliski (türk. Dikilitaş) — Konstantinopol Hippodromunun ayrılma səddində qurulan firon III Tutmosun (XVIII sülalə) şərəfinə ucaldılan qədim Misir obeliski. Bu gün Türkiyənin İstanbul şəhərində At meydanı ya da Sultanəhməd meydanı olaraq bilinən ərazidə yerləşir. 390-cı ildə Roma İmperatoru Böyük I Feodosi tərəfindən qurulmuşdur. Konstantinopola Misirdən gətirilən obelisklərin ən yaxşı qorunanıdır. Misir porfirindən hazırlanan ikinci obelisk, İstanbul Arxeoloji Muzeyinin həyətindədir. Onun vəziyyəti Feodosi obeliskinə nisbətdə ideal deyildir. == Təsviri == Bu çəhrayı Asuan qranitindən hazırlanmış bir kvadrat monolitdir. Yuxarıya doğru çəkilən hissə adi piramida ilə bitir. Obeliskin dörd üzünün hamısı Misir iyeroqliflərinin məktubları ilə örtülmüşdür.
Feodosi sülaləsi
Feodosi sülaləsi — 378–472-ci illərdə Qərbi Roma imperiyasını, 378–457-ci illərdə fasilələrlə Bizans imperiyasını idarə etmiş doqquz imperatordan ibarət olub, əsası I Valentinianın kürəkəni I Feodosi tərəfindən qoyulmuşdur.
Feodosipol (Anadolu)
Ərzurum (türk. Erzurum, gürc. კარნუქალაქი, Karnukalaki) — Türkiyənin şimal-şərqində şəhər. Ən qədim şəhərdir. 1473-cü ildən Türkiyənin tərkibindədir. Əvvəllər Karin Feodosiopol adlanmış, VII əsrdə xilafətə qatılmış, XI əsrdə Ərzurum səlcuqlar tərəfindən tutulmuş və Ərzən-ər Rum adlanmışdır. Ərzurum adı da elə buradandır.
Feodosiya
Feodosiya (ukr. Феодосія, rus. Феодо́сия, yun. Θεοδοσία — "Tanrıdan Verilmiş") ya də Kəfə (krımtat. Kefe, osman. کفه, liq. Cafà) — Ukraynanın Krım Muxtar Respublikasında kurort şəhəri, Qara dənizin limanı.
Feodosiya Blaçford
Feodosiya Blaçford (ing. Theodosia Blachford; d. 1744 – ö. 9 noyabr 1817) — irland filantropist və metodist. == Həyatı == 1744-cü ildə Uiklou qraflığında anadan olmuşdur. O, dörd övladı olan Uilyam Tiqrenin yeganə qızı idi. Onun Uilliam, Eduard və Riçard adlarında üç qardaşı var idi. Onun uşaqlarla olan yazışmaları İrlandiya Milli Kitabxanasında saxlanılır. 9 noyabr 1817-ci ildə vəfat etmişdir. Necə dəfn edildiyi məlum deyil.
Feodosiya Morozova
Feodosiya Morozova (rus. Феодо́сия Проко́пьевна Моро́зова; 21 (31) may 1632 və ya 1632, Moskva – 2 (12) noyabr 1675 və ya 1 noyabr 1675) — din xadimi.
Feodosiya sülaləsi
Feodosi sülaləsi — 378–472-ci illərdə Qərbi Roma imperiyasını, 378–457-ci illərdə fasilələrlə Bizans imperiyasını idarə etmiş doqquz imperatordan ibarət olub, əsası I Valentinianın kürəkəni I Feodosi tərəfindən qoyulmuşdur.
III Feodor Alekseyeviç
III Fyodor Alekseyeviç (30 may (9 iyun) 1661 – 27 aprel,(7 may 1682) — 1676-cı ildən rus çarı, Romanovlar sülaləsindən, çar I Aleksey Mixayloviçinvə çariça Mariya Miloslavskayanın oğlu, çar V İvanın(doğma) və I Pyotrun böyük qardaşı (eyni qan). == Həyatı == Böyük qardaşı I Alekseyin ölümündən sonra taxtın varisi elan edilmiş Fyodor Alekseyeviç, Mariya Miloslavskayadan olan Aleksey Mixayloviçin bütün övladları kimi, çox zəif və xəstə bir uşaq idi. Tədqiqatçılar Fyodorun sinqa xəstəliyindən əziyyət şəkdiyini iddia edirdilər. Bu xəstəliyin əlaməti padşahın ən çox çəkdiyi ayaqların şişməsi idi. Atası və babası kimi Fyodor Alekseyeviç kral taxtına gənc yaşda gəldi — 15 yaşında gəldi. Müəllimlərindən biri Reç Pospolitadan olan Simeon Polotsk adlı təhsilli bir monarx idi,polyaklar kimi vacib olan hər şeyi ona aşılamışdı. Kral polyak dilində səlis danışırdı. Bəzi tədqiqatçılar onun latın dilini də bildiyini iddia edirdilər. Fyodor Alekseyeviç Avropa siyasəti ilə də maraqlanırdı. Boyar Dumasının iclaslarında ona və boyarlara səfirlik sifarişində tərtib olunan Qərb mətbuatının rəylərini oxuyurdular.
I Feodosi
I Feodosi ya Böyük Feodosi (Flavi Feodosi, lat. Flavius Theodosius, Theodosius Magnus, yun. Θεοδόσιος Α΄, Θεοδόσιος ο Μέγας; 11 yanvar 347 – 17 yanvar 395, Milan) — sonuncu bütöv Roma İmperiyasının imperatoru. 379-cu ildə Şərqi Roma üzərində Qrasianla həmimperator kimi hakimiyyətə gəlmiş, artıq 394 cü ildə bütöv Roma imperiyasının imperatoru olmuşdur. 395 ci ildə vəfatından sonra Roma sonuncu dəfə şərq və qərbə bölünmüş olur. I Feodosi xristianlığın Nikey formulunu seçərək, onu imperiyanın vahid dini kimi təsdiq etmişdir. Bundan başqa o, digər dini təriqətlərə qarşı təqiblər apararaq bütpərəst dininə qadağan qoymuşdur. Nəticə etibarilə 393 cü ildən sonra olimpiya oyun mərasimləri aradan qaldırılmış olur. I Feodosi Avropada dinin inkişaf istiqamətini təyin etmişdir. Bununla da xristian səlnaməçiləri ona "Böyük Feodosi" epiteti vermişlər.
I Feodosiy
I Feodosi ya Böyük Feodosi (Flavi Feodosi, lat. Flavius Theodosius, Theodosius Magnus, yun. Θεοδόσιος Α΄, Θεοδόσιος ο Μέγας; 11 yanvar 347 – 17 yanvar 395, Milan) — sonuncu bütöv Roma İmperiyasının imperatoru. 379-cu ildə Şərqi Roma üzərində Qrasianla həmimperator kimi hakimiyyətə gəlmiş, artıq 394 cü ildə bütöv Roma imperiyasının imperatoru olmuşdur. 395 ci ildə vəfatından sonra Roma sonuncu dəfə şərq və qərbə bölünmüş olur. I Feodosi xristianlığın Nikey formulunu seçərək, onu imperiyanın vahid dini kimi təsdiq etmişdir. Bundan başqa o, digər dini təriqətlərə qarşı təqiblər apararaq bütpərəst dininə qadağan qoymuşdur. Nəticə etibarilə 393 cü ildən sonra olimpiya oyun mərasimləri aradan qaldırılmış olur. I Feodosi Avropada dinin inkişaf istiqamətini təyin etmişdir. Bununla da xristian səlnaməçiləri ona "Böyük Feodosi" epiteti vermişlər.
Kirenalı Feodor
Kirenalı Feodor (yun. Θεόδωρος ὁ Κυρηναῖος; E.ə. V əsr – E.ə. IV əsr) — Liviya əsilli qədim yunan riyaziyyatçısı, pifaqorçusu; irrasional ədədlər nəzəriyyəsinin inkişafına böyük töhfələr vermişdir..
Mariya Feodorovna
Mariya Feodorovna (rus. Мария Фёдоровна; 14 (25) oktyabr 1759, Şetsin – 5 noyabr 1828[…], Qış sarayı) — Rusiya imperatoru I Pavelin ikinci xanımı.
Müqəddəs Feodosi kilsəsi
Gül məscidi və ya Müqəddəs Feodosi kilsəsi (yun: Μονή τής Άγιας Θεοδοσίας εν τοις Δεξιοκράτους, Ayia Theodosia) — İstanbulun Ayakapı ərazisindəki Bizans İmperiyası dövründən qalma bir dini binadır. Köhnə adı və tikilmə tarixi barədə dəqiq bir məlumat olmasa da, X və ya XI əsrlərdə inşa edildiyi təxmin edilir. İkonoklazma hərəkatı zamanı Böyük Sarayın əsas girişi olan Halki qapısının üstündəki Məsih ikonasının götürülməsinə qarşı çıxdığı üçün öldürülən Theodosia adlı qadının müqəddəs yadigarlarının bu kilsəyə qoyulduğuna və bu kilsənin Ayas Theodosia olduğuna inanılır. 1499-cu ildə məscidə çevrilmişdir. Bina kərpicdən tökülmüş zirzəmidə tikilib. Kilsənin planı bir yunan xaçı formasındadır. Günbəz divarlara bitişməyən dörd ayağın üzərində dayanır. Binanın şərq tərəfində ortadakı daha geniş olmaqla üç apsidası mövcuddur. Apsislərdəki nişlər və kərpic bəzəkləri onun XIII–XIV əsrlərdə təmir zamanı yenidən qurulduğunu göstərir. Orta apsis ilə sağ yan nef arasındakı sütunun içərisində bir qəbr olan hücrə yerləşir.
Tereza Feoderovna Riyes
Tereza Fyodorovna Ris (rus. Тереза Фёдоровна Рис, d. 1874, Moskva, Rusiya imperiyası — ö. 1950, Luqano, İsveçrə) — Rus və Yəhudi əsilli Avstriya heykəltaraşı və rəssamı. Tereza 1874-cü ildə, Rusiya imperiyasında yəhudi əsilli bir ailədə anadan olmuşdur. Moskva Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq Məktəbində (rus. Московское училище живописи, ваяния и зодчества) təhsil almağa başladı. Çox gənc yaşlarında Moskvada evləndi və uşaq saldı. Professoruna dərs vaxtı etdiyi hörmətsizliyə görə məktəbdən atıldı. 21 yaşında Vyanaya köçdü.
Toma Feodosyeviç Çorba
Toma Feodosyeviç Çorba ( mold. Toma Ciorbă; 15 yanvar 1864, Kişinyov, Bessarabiya quberniyası[d] – 30 dekabr 1936) — Bessarabiya həkimi, ictimai səhiyyə təşkilatçısı və ictimai xadim. Toma (Foma Feodosyeviç) Çorba 1864-cü ildə Kişinyov şəhərində anadan olub. Kişinyov kişi gimnaziyasında təhsil almışdır. 1893-1896-cı illərdə Kişinyovda sanitariya həkimi vəzifəsində işləmiş, 1893-1903-cü illərdə isə rayon xəstəxanasının psixiatriya şöbəsində çalışmışdır. 1896-cı ildə bir yoluxucu xəstəliklər xəstəxanasını qurdu, burada 1932-ci ilə qədər baş həkimi vəzifəsini icra etdi. Çorba, 1896-1935-ci illərdə təsis etdiyi xəstəxananın binasında yaşayırdı. 1903-cü ildə Kişinyov talanından sonra sanitariya doktoru M. Frenkel ilə birlikdə şəhərin yəhudi qəbiristanlığında öldürülənlərin cəsədlərini və şəhərin yəhudi xəstəxanasında yaralananları yoxladı və sənədləşdirdi . Rus-Yapon müharibəsinin başlanmasından sonra, Qırmızı Xaçın yerli şöbəsinin üzvləri tərəfindən qərara alındı ki, Çorba bir il yarım işlədiyi Uzaq Şərqdə bərpa olunan Bessarabiya hərbi qospitalını idarə etsin. Toma Çorba Bessarabiya şəhərində məcburi olaraq təbii çiçəyə qarşı peyvənd və difteriyaya qarşı isə seroterapiya tətbiq etdi.
Uc (feodalizm)
Uc (türk. Uç; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, Balkanlar və Pireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi. Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar. Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu. Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar.
Akinqanor feodu
Akinqanor feodu (lat. Feudum Acinganorum) — təqribən 1360-cı ildə Korfuda (o dövrdə Venesiya Respublikasının koloniyası) yaradılmış və əsasən qaraçı təhkimlilərinin istifadə edildiyi, adadakı qaraçıların tabe olduğu feod.
Feodora Kantakuzenos (Orxanın həyat yoldaşı)
Feodora Kantakuzenos (yun. Θεοδώρα Καντακουζηνή; təq. 1332, Bizans imperiyası – ən tezi 1381, Konstantinopol) və ya Feodora Xatun — Bizans şahzadəsi, imperator VI İohann ilə alman mənşəli kraliça İrini Asaninin üç qızından biridir. O, Osmanlı sultanı olan Orxan Qazinin dördüncü və sonuncu həyat yoldaşı olmuşdur. == Mənşəyi == İmperator VI İohann ilə onun german mənşəli həyat yoldaşı olan kraliça İrini Asaninadan olan üç qızından biridir. Tarixçi Nikifor Qriqora bir fəsildə onu səhvən “Mariya” adlandırmışdır. == Bioqrafiyası == 1346-cı ilin yanvar ayında o, atasının yüksələn Osmanlı bəyliyi ilə ittifaqını möhkəmləndirmək və davam edən Bizans vətəndaş müharibəsində Osmanlıların Savoyyalı imperator-regenti olan Annaya yardım göndərməsinin qarşısını almaq üçün Osmanlı hökmdarı olan Orxan Qazi ilə nişanlanmışdır. Evlilikləri də elə həmin ilin yayında baş tutmuşdur. Valideynləri və bacıları onu Orxanın sarayının nüfuzlu adamları ilə bir atlı qaravul alayının da iştirak etdiyi Osmanlı nümayəndə heyətinin 30 gəmidən ibarət donanma ilə gəldikləri Selimbriyaya qədər onu müşayiət etmişdirlər. Tədbir Selimbriyada baş tutmuş və Orxanın nümayəndələri onu toyun keçiriləcəyi Mərmərə dənizinin o tayındakı Vifiniya torpaqlarında olan Osmanlı ərazisinə qədər onu müşayiət etmişdirlər.