FRAKSİOMETR
FRİLANSER
OBASTAN VİKİ
Friqana
Friqana (lat. phryqanon-çırpı) — əsasən Aralıq dənizi ölkələrində yayılmış efemerlər olan kserofit tikanlı kol və yarımkollardan ibarət şiblək qrupudur. == Ümumi məlumat == Azərbaycan respublikası üçün friqana xarakterik deyildir. Lakin dağətəyi zonada bitki örtüyünün məhv olması, yamaclarda hədsiz mal-qara otarılması nəticəsində friqana tipli şibləklər yaranır. Belə bitki qruplaşması əsasən arid meşələrin antropogen deqradasiyasının son mərhələsi sayılır. O, seyrək bozqır və yarımsəhra ot bitkisi fonunda tək-tək və qrup halında açılıq, gəvən, pallas murdarçasından ibarət olur, bəzən orda-burda ardıc, dağdağan, iydəyarpaq armud və saqqızağacına da təsadüf edilir.