FƏLAKƏT

сущ.
1. бедствие (большое несчастье с тяжелыми, часто гибельными последствиями). Təbii fəlakət стихийное бедствие, fəlakət illərində в годы бедствий, müharibənin fəlakətləri бедствия войны
2. несчастье. Fəlakət baş verdi произошло (случилось) несчастье, bu ki fəlakətdir это же несчастье
3. беда. Fəlakət üz verdi случилась беда, fəlakətdən qurtarmaq выбраться из беды
4. катастрофа:
1) внезапное событие с трагическими последствиями: Gəmi fəlakətə (qəzaya) uğradı корабль потерпел катастрофу (крушение); dəmir yolunda fəlakət (qəza) катастрофа (крушение) на железной дороге
2) потрясение, влекущее за собой резкий перелом в личной или общественной жизни. İctimai (sosial) fəlakət социальная катастрофа, əsrimizin fəlakəti катастрофа (нашего) века
FƏQİRANƏ
FƏLAKƏTLİ
OBASTAN VİKİ
Fəlakət
Fəlakət — Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şəraitdir. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər, böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir.
Ekoloji fəlakət
Ekoloji fəlakət (ing.
Fəlakət filmi
Fəlakət filmi, mövzusu qarşıdan gələn və ya davam edən təbii fəlakət və ya kataklizm olan film janrıdır. Belə fəlakətlərə daşqınlar, zəlzələlər, sunamilər və ya toqquşmalar kimi təbii fəlakətlər; gəmi və ya təyyarə qəzaları və ya dünya miqyasında xəstəlik epidemiyaları kimi fəlakətlər daxildir. Döyüş filmlərinin alt janrı olan bu filmlərin süjet xətti çox vaxt müəyyən bir personaj və ya onların ailəsinin, ya da müxtəlif insanların fəlakətin baş verdiyi ana qədərki dövrünü, fəlakətin baş verdiyi anı və bəzən də fəlakətdən sonrakı nəticələr zamanı həyatda sağ qalma taktikalarını təsvir edən hadisələri göstərir.
Təbii fəlakət
Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür. Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir. Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır. Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar. Zəlzələ Torpaq sürüşməsi Vulkan püskürməsi Sunami Sel Eroziya Daşqın Uçqun Tufan Quraqlıq Meşə yanğınları İqlim dəyişiklikləri Xortum Qasırğa Torpaq sürüşməsi Günəş fırtınası Tornado Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.
Fəlakət diplomatiyası
Fəlakət diplomatiyası — quraqlıq diplomatiyası, zəlzələ diplomatiyası, tibbi diplomatiya, tsunami diplomatiyası, peyvənd diplomatiyası və vulkan diplomatiyası kimi anlayışları birləşdirən inkişaf edən anlayış. O, humanitar aksiyaların həm effektiv strategiyaları, həm də siyasi nəticələri ilə bağlıdır. == Quraqlıq diplomatiyası == Dünyanın ən böyük suyun duzsuzlaşdırıcı ölkələrdən olan İsrail və dünyanın ən çox su çatışmazlığı olan ölkələrdən olan İordaniya arasında 2021-ci ildə imzalanan müqaviləyə görə, İordaniya İsraildən su alır, əvəzinə isə İsrail İordaniyadan günəşdən gələn elektrik enerjisini alır. O zaman, İordaniya öz tarixində ən ağır quraqlıqlarıdanan birini yaşayırdı. == Zəlzələ diplomatiyası == Türkiyə və Yunanıstan arasındaki Kardak böhranıdan üç il sonra, 1999-cu ildə hər iki ölkədə baş verən zəlzələlər münasibətlərinin yaxşılaşdırmağı ilə nəticələnib. Öncə avqustun 17-də İstanbulun yanında yerləşən İzmit şəhərində baş verən zəlzələdən sonra Yunanıstan Türkiyəyə xilasediciləri, axtırış itləri, həkimləri, mobil xastəxanaları və humanitar yardımı göndərib. Bundan bir ay sonra, Yunanısatan paytaxt şəhəri Afina şəhərində də zəlzələ baş verib və bu dəfə Türkiyə Yunanıstana öz yardımını göndərmiş. 2020-ci ildə Egey dənizində baş vermiş zəlzələ və tsunami ən çox Türkiyənin İzmir şəhərinə təsir edib. Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək baş sağlığını bildirib və Türkiyəyə xilasedici komandaları gönərmiş. Araşdırmacı və jurnalist Güney Yılmazın fikrincə, 1999-cu ilin zəlzələləridən sonra Türkiyə-Yunanıstan münasibətlərində müşahidə olunan yaxınlaşma başqa siyasi amillərlə bağlı idi.
Aerozol katastrof (fəlakət)
Təbii fəlakət filmi
Təbii fəlakət filmi - film qəhrəmanları qəzaya düşdüb və xilas olmağa çalışırlar. Spesifik növ triller və dram.Söhbət təbii fəlakət (qasırğa, zəlzələ, vulkan püskürməsi və s) barədə məlumat, həm də texnogen qəza (təyyarənin qəzaya uğraması, məsələn) barədə gedə bilər. 1990-cı illərdən başlayaraq inkişaf edən kompüter effektlərinin nəticəsində daha canlandırıcı və baxımlı filmlər çəkilməyə başladı,bunlara " Sürət ",Armageddon (film, 1998), tarixi fəlakət filmlərindən Titanik (film, 1997) kimi filmləri misal göstərmək olar.
Tenerife aeroportunda fəlakət (27 mart 1977)
Tenerife aeroportunda fəlakət — 27 mart 1977-ci ildə baş vermiş hadisə. Kanar adalarında İki Boeing 747 Tenerife Aerodromunda toqquşdu və 583 adam öldü. Bu qəza sərnişin təyyarə qəza tarixində ən çox can itkisi verən qəza olaraq tarixə düşdü. Final reports from Spanish authorities and commentary from Dutch authorities (ing.) "KLM, B-747, PH-BUF and Pan Am, B-747, N736, collision at Tenerife Airport, Spain, on 27 March 1977." ( Arxivləşdirilib 15 avqust 2011 at the Wayback Machine) - Subsecretaría de Aviación Civil, Spain.
2014 Nepal qar tufanı fəlakəti
2014 Nepal qar çovğunu fəlakəti (nep. नेपाल हिमपात) — 2014-cü ilin 14 oktyabrdan mərkəzi Nepalın Annapurna və Dhaulagiri dağlarında və ya ətrafında baş verən və müxtəlif millətlərdən ən azı 43 insanın öldüyü fəlakətdir. Ölənlər va yaralanlar mövsümə uyğun olmayan və son 10 ildə Nepalda baş vermiş qar çovğunlarının ən şiddətlisi hesab edilən qar çovğununa tutulublar. Bu hadisə Nepalda indiyə qədər səyyahların başına gələn ən böyük fəlakət hesab edilir.
2014 Nepal qar çovğunu fəlakəti

Bhopal fəlakəti
Bhopal fəlakəti - 1984-cü ilin 2 dekabr tarixində Hindistanın Bhopal şəhərində yerləşən, ABŞ-nin "Yunion Karbayd" şirkətinə məxsus pestisidlər zavodunun rezervuarlarında baş vermiş sızıntının səbəb olduğu fəlakət hadisəsi. Hadisə 43 ton metilizosionat qazının sızması nəticəsində baş vermişdir.
Oksigen fəlakəti
Oksigen fəlakəti və ya Oksigen böhranı — Paleoproterozoy dövründə, 2.4 milyard il əvvəldən 2.1–2.0 milyard il əvvələ qədər Yer atmosferində və ilkin okeandakı oksigenin birdən-birə artdığı dövrdür. Geoloji, izotopik və kimyəvi dəlillər molekulyar oksigenin (O2) Yer atmosferində toplanmağa başladığını və nəticədə bunun Yer kürəsindəki demək olar ki, bütün canlıların məhv olmasına səbəb olduğunu göstərir. Oksigen istehsal edən sianobakteriyalar, çoxhüceyrəli həyat formalarının sonrakı inkişafına imkan verdi. Oksigen fəlakətinə gətirən xronologiya sərbəst oksigenin əvvəlcə prokariot, sonra isə okeandakı eukariot orqanizmlər tərəfindən istehsal olunduğunu göstərir. Bu orqanizmlər fotosintezi daha səmərəli şəkildə həyata keçirir, tullantı məhsulu olaraq oksigen istehsal edirdilər. İlk oksigen istehsal edən sianobakteriyalar hadisədən əvvəl, 2.7–2.4 milyon il, bəlkə də daha əvvəl yaranmış ola bilər deyə düşünülür. Bununla birlikdə, oksigenli fotosintez səthi mühitdə oksigen yığılmasına imkan yaratmaq üçün oksigendən ayrılmalı olan üzvi karbon istehsal edir, əks halda oksigen üzvi karbonla reaksiyaya girir və yığılmırdı. Üzvi karbonun, sulfidin və tərkibində qara dəmir (Fe2+) olan mineralların çöküntüsü oksigen yığılmasında əsas amildir. Məsələn, üzvi karbon oksidləşmədən məhv olarsa oksigen atmosferdə qalır. Ümumilikdə, üzvi karbon və piritin çürüməsi bu gün ildə 15.8 ± 3.3 T mol (1 T mol 1012 mol) oksigen deməkdir.
Stupino altında Cessna 208 fəlakəti
Stupino altında Cessna 208 fəlakəti (rus. Катастрофа Cessna 208 под Ступино) — Cessna 208 təyyarəsinin qəzaya uğraması kəndin yaxınlığında Köhnə Stupin rayonunda 19 noyabr 2005-ci il. Nəticədə təyyarədə 8 nəfərin hamısı həlak olub. Fəlakət Moskva vaxtı ilə saat 19:27-də Stupinskiy rayonundakı köhnə kəndin yaxınlığında baş verib.
Təbii fəlakətlər
Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür. Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir. Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır. Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar. Zəlzələ Torpaq sürüşməsi Vulkan püskürməsi Sunami Sel Eroziya Daşqın Uçqun Tufan Quraqlıq Meşə yanğınları İqlim dəyişiklikləri Xortum Qasırğa Torpaq sürüşməsi Günəş fırtınası Tornado Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.
Rəfah fəlakəti
Rəfah fəlakəti - Böyük Britaniyadan sifariş edilmiş olan sualtı qayıqları və təyyarə donanmasını qəbul etmək üçün ayrılmış olan personalı daşıyan "Rəfah" yük gəmisinin 23 iyun 1941-ci ildə batması hadisəsidir. Türkiyə, Iİkinci Dünya müharibəsindən əvvəl Böyük Britaniyaya hərbi gəmi sifarişi etmiş, lakin müharibənin başlanması ilə çatdırılma prosesi gecikmişdir. Türk-Alman dostluq paktının gündəmə gəlməsi ilə İngiltərənin gəmiləri çatdırması prosesi sürətlənmişdir. Bundan sonra Türkiyə gəmiləri qəbul edəcək üçün heyəti Böyük Britaniyaya göndərməyə qərar verir. Heyətin əvvəlcə dəniz yolu ilə Misirə, daha sonra isə hava yolu ilə Böyük Britaniyaya getməsi nəzərdə tutulmuşdu. Misirə gedən hərbçilərin və mülki şəxslərin içərisində olduğu "Rəfah" gəmisi Kipr ətrafındakı Mersin limanından İsgəndəriyyə limanına hərəkət edərkən Aralıq dənizi sahillərində naməlum sualtı qayıq tərəfindən batırılmış və hadisə nəticəsində 168 nəfər ölmüş, 32 nəfər isə sağ qalmışdır. Hadisədən sonra Türkiyə Böyük Millət Məclisi təhqiqata başlamış və bu təhqiqat nəticəsində məlum olmuşdur ki, Rəfah gəmisi Vişi Fransasına məxsus olan sualtı qayıq tərəfindən təsadüfən torpeda ilə batırılmışdır. Daha sonra aparılmış olan məxfi danışıqlar nəticəsində Fransadan iki ədəd döyüş gəmisi alınmışdır. Lakin sonradan italyan dəniz zabiti gəminin İtaliya donanmasına məxsus hərbi gəmi tərəfindən batırıldığını iddia etmişdir.
Böyük Şərqi Yaponiya Zəlzələsi və Nüvə Fəlakəti Memorial Muzeyi
Böyük Şərqi Yaponiya Zəlzələsi və Nüvə Fəlakəti Memorial Muzeyi (東日本大震災・原子力災害伝承館) – Yaponiyanın Fukuşima prefekturasının Futaba qəsəbəsində yerləşən muzey. Muzey 2011-ci ilin martında Yaponiyanın şərqində baş vermiş Tohoku zəlzələsi və sunamisi, eləcə də, Fukişima-1 AES nüvə fəlakəti hadisəsinə həsr olunmuşdur. == Tarix == Muzey Fukuşima prefekturasının hökuməti tərəfindən tikilmiş və 20 sentyabr 2020-ci ildə açılmışdır. 1 oktyabrda muzeydə Futaba Biznes İnkubasiyası və İcma Mərkəzinin açılışı baş tutmuşdur. == Xüsusiyyətlər == Muzeyin məqsədi 2011-ci ildə baş vermiş Tohoku zəlzələsi və sunamisi fəlakətinin səbəb olduğu dağıntılar, eləcə də, fəlakətdən sonra aparılmış yenidənqurma işləri haqqında məlumat verməkdir. Muzeyin yerləşdiyi ərazi həm zəlzələ, həm sunami, həm də nüvə fəlakətinin fəsadları ilə üzləşmişdir. Muzey Fukuşima-1 AES-dən cəmi 4 kilometr uzaqlıqda tikilmişdir. Muzey üçmərtəbəlidir və ümumi sahəsi 5.256 ㎡ təşkil edir. Muzeyin divarlarında və tavanında quraşdırılmış yeddi ekranda fəlakətin detalları və təxliyə haqqında videomateriallar nümayiş etdirilir. Ziyarətçilər fəlakət haqqında fotoların sərgiləndiyi ikinci mərtəbəyə qalxmaq üçün qıvrılmış pandusdan istifadə edirlər.
Ufada qatar fəlakəti
Ufada qatar fəlakəti - Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar Başqırd MSSR-na daxil olan İglin rayonunun inzibati ərazisində baş vermiş dəmiryolu qəzası. 1989-cu ilin 4 iyun tarixində baş vermiş qəza Sovet Sosialist Respublikaları İttifaqı tarixindəki ən dəhşətli dəmiryolu qəzası kimi tarixə düşmüşdür. Qəza baş verən ərazinin yaxınlığından qaz kəməri keçirdi və qəzadan təxminən 3 saat əvvəl burada sızma başlamışdı. Həmin ərazinin yaxınlığından qaz kəməri keçirdi və qəzadan təxminən 3 saat əvvəl burada sızma başlamışdı. Kəmərdə təzyiqin aşağı düşdüyünü görən növbətçi heyət bunun səbəbinin araşdırmaq əvəzinə qaz vurulmasını artırmışdır. Nəticədə sızma miqdarı da çoxlamışdır. Sızan təhlükəli maddələr dəmiryolu xəttinin yaxınlığında yerə yataraq bir növ qaz gölü yaratmışdır. Qəzadan daha əvvəl buradan keçən qatarların maşinistləri ətrafdan qoxu gəlməsi barədə dispetçerə xəbər vermişdilər, amma heç bir reaksiya olmamışdı. 1989-cu ilin 4 iyun tarixində hadisə baş verən ərazidən əks istiqamətdə iki qatar hərəkətdə olub. Novosibirsk-Adler qatarında 21, Adler-Novosibirsk qatarında isə 19 vaqon vardı.

Значение слова в других словарях