FƏRAMUŞ

is. [ fars. ] klas. Unutma, yaddan çıxarma.
□ Fəramuş etmək (qılmaq) – unutmaq, yaddan çıxarmaq.
Bir mey mənə sun ki, məstü mədhuş; Daim özümü qılam fəramuş. Füzuli.
[Lələ:] Kərəm qıl, sultanım, etmə fəramuş; Müntəzirdi, məlumata gəlmişəm. “Lətif şah”.
Fəramuş olmaq – unudulmaq, yaddan çıxarılmaq (çıxmaq).
Səni sevən çox bəlayə tuş olur; Ağıl gedir başdan, fəramuş olur. M.P.Vaqif.
Düşməyir əsla birinin yadına! Oldu fəramuş bu bizim köhnələr! Ə.Nəzmi.

FƏRAQ
FƏRAR
OBASTAN VİKİ
Məclisi-fəramuşan
"Məclisi-fəramuşan" ("Unudulmuşlar məclisi") və ya "Məclisi-xamuşan" ("Dinməz, sakit adamlar məclisi"). Ədəbi məclis. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M.M.Nəvvab, H.Qaradaği, F.Kəminə, A.Asi, M.Ə.Baki, B.Səbur, B.Fədai, M.Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.

Значение слова в других словарях

бескри́зисный козоны́ пре́ние сырца́ христо́сик чаесуши́льный лексе́ма общежите́йский оживля́ть приме́рочный гиена Antichrist appliqué bellow brood chamber cappuccino dribblet providing syllabification viscosimeter арендный лопух нервический припасть сочувствующий