FƏZA

[ər.] сущ. 1. цав; 2. пер. кьакьанар, тум-кьил авачир гегьенш бушлух (цавун).
FƏVVARƏLİ
FƏZİLƏT
OBASTAN VİKİ
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Fəza astronomiyası
Fəza astronomiyası - Astronomianın bu sahəsinin vəzifəsi qalaktikamızı və onun quruluşunu öyrənməkdir. Qalaktikamızızdan kənar məkanı, o cümlədən digər qalaktikaları isə qalaktikadankənar astronomiya tədqiq edir. Fəza astronomiası qalakitikaların yaranması və təkamülü məsələlərini öyrənmir. Qalaktikamızın öyrənilməsi digər eyni sistemlərin öyrənilməsi məsələsini asanlaşdırır. Bizim kosmik fəzamızın müəyyən dərinliklərin öyrənilməsi o hissələrin toz dumanına bürünməsi səbəbində problemlidir. Ancaq radoastronomiyanın inkişafı bu problemin həllinə müəyyən qədər kömək edir. Fəza stronomiasyası həmçinin Müxtəlif koordinat sistemləri vasitəsilə göy cisimlərinin yerinin müəyyənləşdirilməsi üçün riyazi metodları hazırlayır.
Kosmik fəza
Kosmos və ya kosmik fəza — Yerin atmosferindən kənarda və digər kosmik cisimlər arasında yerləşən, amma kosmik cismlər istisna olmaqla kainatın geri qalan hissəsində sonsuz olduğu düşünülən boşluğa verilən addır. Orta istiliyi −271 °C, mütləq sıfır nöqtəsi isə −274 santiqrad dərəcədir. Atmosfer ilə kosmos arasında qəti bir sərhəd yoxdur, lakin Yerin atmosferi yuxarı doğru qalxdıqca incəlməkdədir. Kosmosda təxminən milyardlarla qalaktika olduğu ehtimal edilir. Bu təxmini qalaktikaların içərisində təxminən milyonlarla ulduz sistemi, planetlər və asteroidlər var. Fizik Karl Saqanın "Kosmos" kitabında yazdığı kimi universal atom sabiti 1088 qədərdir yəni 10 üstü 88-dir, Karl Saqana görə kainatda təxminən 1-in yanında 88 sıfır dənə atom var (on oktoviqintilyon). Bu formada bir hesablama və insanlığın bildiyi hər növ qalaktika kosmik fəzanın böyüklüyünü sübut edir. Albert Eynşteynin Nisbilik nəzəriyyəsinə görə kosmos elastik bir toxumaya malikdir. Cismlərin bu elastik toxumanı bükmələrindən dolayı cazibə qüvvəsinin olduğunu irəli sürən bir nəzəriyyədir. Kosmosda zaman anlayışı yoxdur.
Üçölçülü fəza
Üçölçülü fəza — yaşadığımız maddi dünyanın həndəsi modeli. Bu fəza ona görə üçölçülü adlanır ki, üç həmcins dəyişəndən (hündürlük, en və uzunluq) ibarətdir, yəni üçölçülü fəza üç tək ortoqonal vektorla təsvir edilir. İnsanın üçölçülü fəzanı təsəvvür etməsi, hələ körpəlik dövründən inkişaf edir və insan hərəkətlərinin koordinasiyası ilə sıx bağlıdır. Analitik həndəsədə üçölçülü fəzanın hər nöqtəsi üç istiqamətlə koordinatlarla təsvir olunur. Koordinat sistemi koordinat başlanğıcında kəsişən üç qarşılıqlı perpendikulyar koordinat oxu vasitəsilə qurulur.
Fəza koordinat sistemi
Fəza koordinat sistemi və ya plan koordinat sistemi Göy sferasını qalaktika ekvatoruna ən yaxın olan böyük dairə boyunca kəsən müstəviyə nəzərən cismin vəziyyətini təyin edir. Qalaktik uzunluq qalaktika ekvatoru ilə göy ekvatorunun kəsişmə nöqtəsindən göy ekvatoru ilə böyük dairənin kəsişmə nöqtəsinədək olan qövslə, qalaktik enlik isə göy cisminə doğru istiqamətlə qalaktika ekvatoru müstəvisi arasındakı bucaqla təyin olunur.
Proyektiv fəza (riyaziyyat)
Proyektiv fəza-qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış Evklid fəzasından alınmış fəza: (qeyri-məxsusi nöqtə, qeyri-məxsusi düz xətt və qeyri-məxsusi müstəvi). Hər bir düz xətt təkcə bir qeyri-məxsusi nöqtə ilə, hər bir müstəvi təkcə bir qeyri-məxsusi düz xətlə, bütün fəza isə təkcə bir qeyri-məxsusi müstəvi ilə tamamlanır. Proyektiv fəzanın məxsusi (adi) elementi ilə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementi arasında heç bir fərq yoxdur: ixtiyari iki düz xətt kəsişir, ixtiyari düz xətt və müstəvi kəsişir, ixtiyari iki müstəvi kəsişir. Proyektiv fəza aksiomatik olaraq üç növ obyektdən (nöqtələr, düz xəttlər və müstəvilər) təşkil olunmuş çoxluq kimi təyin olunur. Onlar üçün aidolma və tərtib münasibətləri təyin olunur. Bu münasibətlər proyektiv həndəsənin müəyyən tələblərini ödəyir. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Şöhrət-fəza xanım
Şöhrət-fəza xanım (1829, Soçi – 1895) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı. == Həyatı == Əslən şimali Qafqaz əsilli olan Şöhrət-fəza xanım 1829-cu ildə Soçidə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ almadan öncə təqdim edildiyi bilinir. Cütlüyün Tövhidə və Fatimə İsmayıl adlı 2 qızı dünyaya gəldi. İsmayıl Paşanın Misir hakimi təyin edilməsinin ardından Şöhrət-fəza xanım paşanın ilk xanımı olması səbəbilə "Birinci Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Şöhrət-fəza xanım Misirdə Böyük xanım olaraq anılmağa başlandı. Qərb mədəniyyətinin Misirdə geniş vüsət aldığı illərdə o, Osmanlı motivli geyimlər geyinirdi. 1876-cı ildə İsmayıl Paşanın digər xanımı olan Camalnur Qadınəfəndinin ölümünün ardından, onun oğlu Əli Camalı da övladlığa götürən Şöhrət-fəza xanım 1895-ci ildə vəfat etdi və cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. == Mənbə == Tanman, M (2011).
Ehtimal fəzası
U = { E 1 , E 2 , … , E n } {\displaystyle U=\{E_{1},E_{2},\ldots ,E_{n}}\} elementar hadisələr çoxluğunun hər bir E k {\displaystyle E_{k}} hadisənin onun ehtimalı adlanan yeganə P ( E k ) {\displaystyle P(E_{k})} ədədi uyğundur, belə ki, bu ədədlər üçün ∑ k = 1 n P ( E k ) = P ( E 1 ) + P ( E 2 ) + … + P ( E n ) = 1 {\displaystyle \sum \limits _{k=1}^{n}P(E_{k})=P(E_{1})+P(E_{2})+\ldots +P(E_{n})=1} şərti ödənir. Onda U {\displaystyle U} hadisələr çoxluğuna ehtimal fəzası deyilir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Fəzail Abdullayev
Fəzail Ağamalı
Fəzail Rəhim oğlu Ağamalı (26 avqust 1947, Qızıl Şəfəq, Sisian rayonu, Ermənistan SSR) — Azərbaycanın ictimai-siyasi xadimi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993), tarix elmləri doktoru, professor. == Həyatı == Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır. 1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır.
Fəzail Ağamalıyev

Fəzail Fidail oğlu Abdullayev
Fəzail Miskinli
Fəzail Cəfər oğlu Orucov (12 mart 1976, Çaldaş, Gədəbəy rayonu) — Azərbaycan aşığı; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Aşıqlar Birliyinin və Yunus Emre kültür mərkəzinin (2000) üzvü. == Həyatı == Fəzail Orucov 12 mart 1976-cı ildə Gədəbəy rayonunun Çaldaş kəndində qulluqçu ailəsində doğulmuşdur. 1984-cü ildə Gədəbəy rayonunda keçirilən "Gədəbəyin yazı – aşığın sazı" adlı müsabiqənin laureatı olmuşdur. 1993-cü ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii yaradıcılıq fakültəsinin teatr-rejissorluğu ixtisasına daxil olmuşdur. 1997-ci ildə universitetin bakalavr pilləsini bitirib, teatrşünaslıq ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 1999-cu ildə magistraturanı bitirib, teatrşünaslıq ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 2000-ci ildən etibarən Yunus Emre kültür mərkəzinin üzvüdür. Xarici ölkələrdə Almaniyada, Fransada, İspaniyada, Malayziyada, Özbəkistanda, İranda, Çində, Qazaxıstanda, Macarıstanda, Maltada, Belarusiyada, Qırğızıstanda, Rusiyada, Bosniyada, Azərbaycan aşıq musiqisini təmsil etmişdir. == Elmi-pedaqoji fəaliyyəti == 1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Eyni zamanda AMEA Folklor İnstitutunda laborant, elmi işçi vəzifələrində çalışmışdır.
Fəzail İbrahimli
Fəzail Feyruz oğlu İbrahimli (12 aprel 1951, Çanaxbulaq, Yardımlı rayonu) — Azərbaycan tarixçisi, dövlət xadimi, Azərbaycan Milli Məclisinin deputatı və sədr müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini (1992), professor. == Həyatı == Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1969–1973-cü illərdə Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Ardınca, təyinatla Yardımlıya göndərilmiş, 1973–1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləmişdir. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir. == Siyasi fəaliyyəti == 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
Fəzail Əliyev
Fəzazaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Hardi fəzası
Hardi fəzası — funksional fəzanın kompleks analizində xüsusi növüdür, funksional analizdə L p {\displaystyle L^{p}} -fəzanın analoqudur. Hardi fəzası ingilis yazıçısı Hardinin adına həsr olunub. == Tərifi == Hardi fəzası H p {\displaystyle \ H^{p}} , 0 < p < ∞ {\displaystyle 0<p<\infty } olduqda— aşağıdaki şərti ödəyən açıq vahid kürədə kompleks müstəvidə holomorf funksiyanın sinfidir sup 0 < r < 1 ( 1 2 π ∫ 0 2 π | f ( r e i θ ) | p d θ ) 1 p < ∞ . {\displaystyle \sup _{0<r<1}\left({\frac {1}{2\pi }}\int \limits _{0}^{2\pi }\left|f(re^{i\theta })\right|^{p}\;d\theta \right)^{\frac {1}{p}}<\infty .} Bərabərsizliyin sol tərəfi p {\displaystyle \ p} -Hardi fəzasında norma və ya sadəcə f {\displaystyle \ f} üçün Hardi norması adlanır, və | f | H p {\displaystyle \ |f|_{H^{p}}} işarələnir. L p {\displaystyle L^{p}} -fəzasında olduğu kimi, p = ∞ {\displaystyle p=\infty } norma üçün | f | H ∞ = sup 0 < r < 1 sup z : | z | = r | f ( z ) | = sup z : | z | < 1 | f ( z ) | {\displaystyle |f|_{H^{\infty }}\ =\ \sup _{0<r<1}\sup _{z:\ |z|=r}|f(z)|\ =\ \sup _{z:\ |z|<1}|f(z)|} kimi ümumiləşdirilmişdir. 0 < p < q ≤ ∞ {\displaystyle 0<p<q\leq \infty } hal üçün H q {\displaystyle \ H^{q}} çoxluğu H p {\displaystyle \ H^{p}} çoxluğun altçoxluğu olduğunu göstərmək olar.
Hilbert fəzası
Hilbert fəzası — dahi riyaziyyatçı David Hilbert tərəfindən ortaya atılan və riyazi isbatı verilən unitar fəza növüdür. == Tərif == Sonsuz ölçülü dolu unitar fəzaya Hilbert fəzası deyilir. Qeyd edək ki, doluluq yığılma və ya məsafə ilə bağlıdır.
Qırışıqlıq fəzası
Qırışıqlıq fəzası (rus. - фаза складчатости, ing. folded phase) — (tektogenez) – uzunmüddətli və fasiləsiz tektonik hərəkətlərin, (xüsusilə qırışıq əmələgəlmənin) nisbətən qısa müddətli sürətlənməsi hadisəsi, qalxma və yuyulma sayəsində yaranan bucaq qeyri-uyğunluğu şəklində öz əksini tapır.
Fəzail Orucov
Fəzail Cəfər oğlu Orucov (12 mart 1976, Çaldaş, Gədəbəy rayonu) — Azərbaycan aşığı; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Aşıqlar Birliyinin və Yunus Emre kültür mərkəzinin (2000) üzvü. == Həyatı == Fəzail Orucov 12 mart 1976-cı ildə Gədəbəy rayonunun Çaldaş kəndində qulluqçu ailəsində doğulmuşdur. 1984-cü ildə Gədəbəy rayonunda keçirilən "Gədəbəyin yazı – aşığın sazı" adlı müsabiqənin laureatı olmuşdur. 1993-cü ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii yaradıcılıq fakültəsinin teatr-rejissorluğu ixtisasına daxil olmuşdur. 1997-ci ildə universitetin bakalavr pilləsini bitirib, teatrşünaslıq ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 1999-cu ildə magistraturanı bitirib, teatrşünaslıq ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 2000-ci ildən etibarən Yunus Emre kültür mərkəzinin üzvüdür. Xarici ölkələrdə Almaniyada, Fransada, İspaniyada, Malayziyada, Özbəkistanda, İranda, Çində, Qazaxıstanda, Macarıstanda, Maltada, Belarusiyada, Qırğızıstanda, Rusiyada, Bosniyada, Azərbaycan aşıq musiqisini təmsil etmişdir. == Elmi-pedaqoji fəaliyyəti == 1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Eyni zamanda AMEA Folklor İnstitutunda laborant, elmi işçi vəzifələrində çalışmışdır.

Значение слова в других словарях