Fəzail Ağamalıyev

Fəzail Rəhim oğlu Ağamalı (26 avqust 1947, Qızıl Şəfəq, Sisian rayonu, Ermənistan SSR) — Azərbaycanın ictimai-siyasi xadimi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, VVI çağırış deputatı,[1] Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993), tarix elmləri doktoru, professor.[2]

Fəzail Ağamalı
Vəzifədədir
1995-ci ildən
Seçki dairəsi1995 — 39 saylı Sumqayıt ikinci
2000 — 30 saylı Yevlax
2005 — 60 saylı Salyan-Neftçala
2010 — 60 saylı Salyan-Neftçala
2015 — 60 saylı Salyan-Neftçala
2020 — 60 saylı Salyan-Neftçala
ƏvvəlkiVəzifə təsis edildi. (30 saylı)
Şəfiqə Məmmədova (39 saylı)
Vəzifə təsis edildi. (60 saylı)
SonrakıXıdır Alovlu (30 saylı)
Vəzifə ləğv edildi. (39 saylı)
Vəzifədədir
24 noyabr 1990-cı ildən
ƏvvəlkiVəzifə təsis edildi.
1993 – 1994
PrezidentHeydər Əliyev
1992 – 1993
NazirAkif Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1947(1947-08-26) (76 yaş)
Doğum yeri
Vətəndaşlığı  Azərbaycan
Partiya
Təhsili
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 2017 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022
"Sodrujestvo" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır.[3][4]

1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.

1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır.[2] 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərmişdir.[1]

Ailəlidir, 3 övladı var.[5]

Siyasi Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Erkən fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1989-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Xalq Cəbhəsinin yaradılması prosesinə qoşulmuş, onun nizamnamə və proqramının hazırlanmasında, təşkilatın formalaşmasında fəal iştirak etmişdir. AXC-nin 1989-cu ilin iyul ayında keçirilən təsis konfransının təşəbbüs qrupunun üzvü kimi iştirak etmiş və konfransda təşkilatın Səbail rayonu üzrə əlaqələndiricisi və Məclis üzvü seçilmişdir. 1990-cı ilin iyun ayına qədər AXC-də məclis üzvü kimi fəaliyyət göstərmiş, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə AXC rəhbərliyi ilə yaranmış ciddi fikir ayrılığına görə həmin təşkilatdan istefa vermişdir.[6]

1990-cı ilin sentyabrında hərəkatda iştirak edən həmfikirlərilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaratmış və 1990-cı ilin noyabr ayının 24-də partiyanın təsis qurultayında sədr seçilmişdir.[6]

1992-ci il martın 9-da AXC-nin qərargahında keçirilən Azərbaycan Demokratik Qüvvələr Birliyinin yığıncağında Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi haqqında bəyanat vermiş,[7] 1993-cü ildə ölkədəki mürəkkəb situasiyanın fonunda geniş xarakter alan Heydər Əliyev hərəkatında fəal iştirak etmişdir.[8]

Nazirlər kabinetində[redaktə | mənbəni redaktə et]

1992–1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqustunda dövrün baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri əvəzi vəzifəsindən istefa vermişdir.[9]

Parlamentdə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI çağırış deputatı seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyasının sədr müavini və Azərbaycan – Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.[1][10]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Fəzail Ağamalı "XIX əsrin əvvəllərində xanlıqların sosial-iqtisadi münasibətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, ardınca isə professor elmi adını almışdır.[11]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Fəzail Ağamalının rəhbərliyi və redaktorluğu ilə Heydər Əliyev haqqında bir və ölkə prezidenti İlham Əliyevin 2003-cü ilədək fəaliyyətinin bütün tərəflərini əks etdirən 12 cildlik kitab nəşr olunmuşdur.[12] 2005-ci ildə "Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi" və 2010-cu ildə Sankt-Peterburqda "Prezident-Reformator" monoqrafiyaları çapdan çıxmışdır.[13]

Bütövlükdə, beş kitab, üç monoqrafiya, bir dərslik, beş kitabça və 50-ə qədər elmi və elmi-publisist məqalənin müəllifidir.[14]

Təltifləri[redaktə | mənbəni redaktə et]

2007-ci ildə MDB Parlamentlərarası Assambleyadakı uzunmüddətli və səmərəli fəaliyyətinə görə Assambleyanın yüksək mükafatı olan "Sodrujestvo" ordeni ilə təltif olunmuşdur.[14]

25 avqust 2017-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[15]

25 avqust 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[16]

ABŞ-nin Nebraska ştatınınLinkoln şəhərinin fəxri vətəndaşıdır.[17]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Meclis.gov.az. "Ağamalı Fəzail Rəhim oğlu". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  2. 1 2 Modern.az. "Fəzail Ağamalı özünün seçki şüarını elan etdi". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  3. "FƏZAİL AĞAMALI "YENİ MÜSAVAT"a "KQB İTTİHAMI"ndan YAZIR". musavat.com (az.). 22 January 2013. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2020.
  4. "DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB". ovqat.com (az.). 26 July 2018. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2020.
  5. Modern.az. "Fəzail Ağamalının övladları barədə dedikləri..." 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  6. 1 2 Modern.az. "Fəzail Ağamalı: "Qabil Hüseynli dedi ki, gəl bir partiya yaradaq". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  7. ""Səs" qəzeti ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi gün - 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə dəyirmi masa keçirdi". anl.az (az.). Səs qəzeti. 10 iyun 2010. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021. Həmin ilin mart ayının 9-da AXC-nin qərargahında demokratik qüvvələr birliyinin yığıncağı keçirildi. Orada mən çıxış edərək, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması təklifini irəli sürdüm
  8. "Elçibəyi inandırdıq ki, Heydər Əliyevin Bakıya gəlişi..." muxailfet.az (az.). 4 iyun 2019. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021.
  9. Modern.az. "Fəzail Ağamalı: "Nazir postundan getməyimdə Sürət Hüseynov çox ciddi rol oynadı"". 7 yanvar 2022 tarixində arxivləşdirilib.
  10. "Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  11. ""Siyasilərin elmi fəaliyyəti" – "Elmə vaxtım olmadı" deyən Fəzail Ağamalı". xeberle.com (az.). 20 avqust 2014. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
  12. Sesqazeti.az. "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu fəaliyyəti". 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  13. Modern.az. "Azərbaycanlı deputatın İlham Əliyevdən yazdığı kitabın Sankt-Peterburqda təqdimatı olacaq". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
  14. 1 2 Azertag.az. "AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜÇ ÜZVÜ MDB PA-NIN "SODRUJESTVO" ORDENİ İLƏ TƏLTİF OLUNMUŞDUR". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  15. "F.R.Ağamalının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  16. "F. R. Ağamalının 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  17. Xeberlertv.info. "Fəzail Ağamalının:Həyat yolu". 2020-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.