1. Ələ alınaraq qaldırılmaq. Çamadan götürüldü.
// Dəfn etmək üçün qaldırılmaq (cənazə haqqında). Cənazə saat 5-də götürüldü.
2. Özü ilə bərabər, yanınca aparılmaq. Uşaq kəndə götürüldü.
3. Qəbul olunmaq, daxil edilmək. Dəstəyə götürülmək. İşə götürülmək.
4. Əldə edilmək, məhsul alınmaq. Bol taxıl götürüldü.
5. Ləğv edilmək, qaldırılmaq. Qadağan saatı götürüldü.
6. Əxz edilmək, alınmaq. Söz dialektdən götürülmüşdür. Mövzu xalq həyatından götürülmüşdür.
7. Çıxarılmaq (baş geyimləri haqqında).
8. Yox olmaq, aradan çıxmaq.