GÖYNƏMƏK

f.
1. Qıcıqlanmaq, qaşınmaq.
Onun üzü-gözü qırışır və elə bil boğazı da göynəməyə başlayırdı. Ə.Əbülhəsən.
Əvvəla, kətmən dəyən yer bərk göynəyirdi.
İkincisi, qolları az qalırdı ki, qırıla. Ə.Vəliyev.

2. Ağrımaq, sızıldamaq, gizildəmək.
Şad idi, vücudim oynar idi; Can həsrət odunda göynər idi. Xətayi.
Zirzəmi yaman rütubətdir ha… Hələ heç bir saat da keçməyib, amma indidən qıçlarım göynəyir. M.Hüseyn.
Lakin deyin, söyləyin, hansı təbib bağlayar; Ruhun gözəgörünməz, göynəyən ( f.sif. ) yarasını? R.Rza.

3. məc. Yazıq-yazıq, yavaşdan ağlamaq, sızlamaq, inləmək. Uşaq göynəyirdi.
4. məc. Bir şeyin üstündə əsmək. [Əşrəf:] Başqasının ürəyinə çalın-çarpaz dağ çəkə bilirsən, özünə isə bir balaca toxunanda göynəyirsən.
Bu insafdırmı? İ.Şıxlı.

Синонимы

  • GÖYNƏMƏK titrətmək — əsmək — qorxmaq — üşümək
  • GÖYNƏMƏK sızıldamaq — zoqquldamaq
  • GÖYNƏMƏK gicişmək — qaşınmaq — dolamaq — yandırmaq — sancmaq — çalmaq — dişləmək
  • GÖYNƏMƏK GÖYNƏMƏK Könül onların üzünə baxanda ürəyi göynəyirdi (X.Hasilova); ACIŞMAQ Professor bu dəfə də dəsmalı ilə acışan gözlərini sildi (S

Антонимы

  • GÖYNƏMƏK GÖYNƏMƏK – QIZIŞMAQ Nə ürəyim göynəyir; nə sözlər yandırır dodaqlarımı (R.Rza); Otağın havası onu qızışdırırdı

Этимология

  • GÖYNƏMƏK Göy (od) sözü ilə qohumdur, “yanmaq” (soyuqdan da yanmaq olur) anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
GÖYNƏDİCİLİK
GÖYNƏRTİ

Значение слова в других словарях