1. Gülər kimi olmaq, təbəssüm etmək, qımışmaq, dodaqaltı gülmək, öz məmnunluğunu, ya istehzasını təbəssümlə ifadə etmək.
Mənasını anlamadığı bu sözə Aydəmir sadəcə gülümsəyərək kupeyə girdi.
Şəmsiyyə kədərli və fikirli olsa da [Sərhənglə] danışarkən gülümsəməyə, şad görünməyə çalışırdı.
2. məc. Adamın üzünə gülmək, fərəh oyatmaq. Bahar gülümsəyir. Hər yer gülümsəyirdi.