GÜRCÜCƏ

sif.zərf Gürcü dilində. Gürcücə danışmaq.
GÜRCÜ
GÜRDƏK
OBASTAN VİKİ
Gürcücə
Gürcü dili (ქართული ენა kartuli ena) — Kartvel dilləri ailəsində dil. Meqrel, laz və svan dilləri ilə bir kökdən olub, onlardan çox əski zamanlarda ayrılmışdır. Buna görə onlar arasında qarşılıqlı anlaşılma yoxdur. Gürcü dilinin Kaxetiyada, Kartlidə, Quriyada, İmeretiyada, Acarıstanda, Türkiyədə, Azərbaycanda və Iranda fərqli ləhcələri danışılır. Tərkibində çoxlu yunan, türk, ərəb və fars sözləri vardır. Gürcü dili Gürcüstanın rəsmi dövlət dili olmaqla yanaşı Gürcüstanda yaşayan bütün Kartvel (İber) xalqlarının ortaq dilidir. Çox zəngin dildir. Gürcü dili 1919-cu ildə yaradılmış Bakıdakı Azərbaycan Universitetində tədris edilirdi. 1950-ci illərdə İsveçrədə gürcü dilinin təfsilatlı dərsliyi işıq üzü gördü. 1970-ci illərdən bəri Almaniyanın Yena Universitetində professor Feynrix "Georgica" jurnalını təsis etmişdir.
Gürcücə Vikipediya
Gürcücə Vikipediya (Gürcücə: ქართული ვიკიპედია), Vikipediyanın Gürcü dilindəki olan versiyasıdır. 2003-cü ilin noyabr ayında yaradılmışdır. 22 oktyabr 2024-ci il tarixinə olan məlumata görə, Gürcü dilindəki vikipediyanın 175.964 məqaləsi, 163.980 istifadəçisi və 6 inzibatçısı mövcuddur.

Значение слова в других словарях