GƏDALIQ

is.
1. Əsil-nəsəbi olmama, aşağı təbəqədən olma.
Əl versə gədayə padişahlıq; Sanman ki, qılır dəxi gədalıq. Füzuli.

// Nökərlik.
Dərgəhində müttəsil fəxrim gədalıqdır mənim. S.Ə.Şirvani.

2. məc. Alçaqlıq, nanəciblik.
Vəfalı qulunam, sana nökərəm; Padşahım, gəl gədalıq eyləmə. Aşıq Mədəd.
[Şəmsi bəy:] Quldurbaşı Əlimərdanın oğlu Çingiz də öz gədalığını göstərdi. S.S.Axundov.
Verilən ənamı geri almaq gədalıqdır. C.Cabbarlı.

Синонимы

  • GƏDALIQ köləlik — nökərlik
  • GƏDALIQ yaltaqlıq — satqınlıq
GƏDA
GƏDƏ

Значение слова в других словарях