1. Əsil-nəsəbi olmama, aşağı təbəqədən olma.
Əl versə gədayə padişahlıq; Sanman ki, qılır dəxi gədalıq.
// Nökərlik.
Dərgəhində müttəsil fəxrim gədalıqdır mənim.
2. məc. Alçaqlıq, nanəciblik.
Vəfalı qulunam, sana nökərəm; Padşahım, gəl gədalıq eyləmə.
[Şəmsi bəy:] Quldurbaşı Əlimərdanın oğlu Çingiz də öz gədalığını göstərdi.
Verilən ənamı geri almaq gədalıqdır.