GƏLƏN


1. sif. Bundan sonrakı, gələcək, gözlənilən, növbədəki.
[Tahir:] Ana, Lətifə, məktəbi gələn il qurtarır. M.Hüseyn.
Fikirləşdi ki, indi də cavabını verməsə, gələn dəfə daha da böyük qələt eləyəcək. H.Seyidbəyli.

// Bir işi davam etdirən, nəsli əvəz edən; nəsil (əsasən cəmdə işlədilir).
…Hansı nicat yolunu açdıq ki, bizdən sonra gələnlər də bizim günümüzə düşməsin? C.Məmmədquluzadə.

2. is. Qonaq, mehman.
Neçə nəfər gələnin var? – Zakir, başdan baxtın qaradır sənin; Göz dikmə yollara, kimdir gələnin? Q.Zakir.
…Gələnlər birbaş mənim nömrələrimə düşürlər. Ə.Haqverdiyev.

GƏLƏLİ
GƏLƏN-GEDƏN
OBASTAN VİKİ
Kənddən gələn var
Kənddən gələn var — 1997-ci il Azərbaycan istehsalı komediya janrında film. == Məzmun == Film-tamaşa kənddən şəhərə qonaq gələn qadının (Xanım Qafarova) başına gələn məzəli əhvalatlardan bəhs edir.
Uzaqdan gələn yağış (roman)
Uzaqdan gələn yağış — Varisin romanı. Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir.
Kənddən gələn var (film, 1997)
Qeybdən gələn səs (film, 2002)
Film-tamaşa repressiya qurbanı olmuş dahi şairimiz Mikayıl Müşfiqin həyatının son aylarını əks etdirir.
Kənddən gələn var. II hissə
Kənddən gələn var. II hissə — 1997-ci il Azərbaycan istehsalı komediya janrında film. == Məzmun == Film-tamaşanın ikinci hissəsində əsasən kənd yerlərində torpaq alqı-satqısından bəhs edilir.
Bahardan sonra gələn qış (film, 1989)
Bahardan sonra gələn qış qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. == Məzmun == Azərbaycan subtropikləri son onilliklərdə "ümumittifaq bağçası"na çevrilmiş varlı diyardır. Məsuliyyətsiz təsərrüfatçılar bu nadir bölgənin torpağına, ab-havasına böyük ziyan vurmuşlar. Xiyar, kələm, pomidor subtropiklərin əsas məhsullarının-valyutaya alınan çay və sitrus meyvələrini sıxışdırmışdır. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. Eyni zamanda qocaman alim Qəmbər Talıblıdan və onun respublikada çay istehsalını artırmaq sahəsindəki xidmətlərindən söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Sirus Zindadel Rejissor: Vyaçeslav Mixaylov Operator: Nemət Rzayev Bəstəkar: A. Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə
"Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə" (ing. Caucasian Albania: A Country from the Depths of the Centuries) — Macarıstan etnoqrafı Peter Veres Tiborun 2021-ci ildə Qafqaz Albaniyası haqqında yazdığı kitab. Monoqrafiya Qafqaz tarixi ilə maraqlanan alimlər, tələbələr və digər şəxslər üçün nəzərdə tutulmuşdur. Monoqrafiya Cənubi Qafqazda mövcud olmuş Qafqaz Albaniyası dövləti haqqında məsələlərə toxunur. Müəllif əsərdə yazılı mənbələr, etnoqrafiya, linqvistika və digər sahələrdən istifadə edərək dövlətin siyasi tarixini, toponimlərin etimologiyasını, regiondakı tarixi prosesə təsir göstərən xalqların etnik mənşəyini araşdırır. Burada bütpərəst inanclar, xristianlığın formalaşması, Alban kilsəsinin beynəlxalq və mədəniyyətlərarası münasibətlərinə də toxunulmuşdur. Əsər 2021-ci ildə Budapeştdə, "Z-füzetek Alapítvány" tərəfindən nəşr edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Şuşa ili" ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Azərbaycanı dünyaya tanıdaq" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan monoqrafiya dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərilmişdir. Kitab ABŞ Konqres Kitabxanasına, Los-Anceles Universitet Kitabxanasına, Fransa, Britaniya, İsveç, İspaniya, İsrail, Estoniya, Belarus, Bolqarıstan, Çexiya, Çin, Qətər, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Rusiya Milli və Dövlət, Pakistan Milli Kitabxanalarına, eləcə də Roma Milli Mərkəzi Kitabxanasına, Kanada Milli Elmi Kitabxanasına, Makedoniya Kliment Ohrid Universitet və Milli Kitabxanasına, Danimarka Kopenhagen Kral Kitabxanasına, Serbiya Matice adına Elmi İnstitutunun Kitabxanasına, Yaponiya Milli Parlament Kitabxanası daxildir.
Kənddən gələn var. II hissə (film, 1997)
Avqust gələndə (film, 1984)
Avqust gələndə filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1984-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 15 yaşlı Arifin və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Filmdə əsas rolları Natiq Abdullayev, Şahmar Ələkbərov, Valeri Rıjakov, Dadaş Kazımov, Şükufə Yusupova və Ayan Mirqasımova ifa edirlər. == Məzmun == Film yeniyetmələr üçün nəzərdə tutulmuşdur, lakin hər bir uşaq filmi yaşlı tamaşaçıya da ünvanlanır. Burada 15 yaşlı Arifin (Natiq Abdullayev) və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Arifin atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olub. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır.
Bayquş gələndə... (film, 1978)
Bayquş gələndə filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Filmdə əsas rolları Emin Qafarzadə, Fikrət Məmmədov, Həsənağa Turabov, Gülşən Qurbanova, Firəngiz Şərifova, İsmayıl Osmanlı, Vidadi Əliyev və Sevil Rəsulova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi (İsmayıl Osmanlı) yaşayır.
Lənətə gələnlər
"Lənətə gələnlər" — yazıçı Rövşən Yerfinin ən çox oxunan əsərlərindən biridir. 2008-ci ildə yazılmış, 2014-cü ildə çap olunmuşdur. == Əsər haqqında == Əsərdə bir ailənin timsalında cəmiyyətimizdəki acı reallıqların, mənəviyyatımızdakı aşınmaların təsviri verilir. Kitab oxucunu bəhs edilən məsələlərlə bağlı düşünməyə vadar edir. == Qısa məzmunu == Ananın tək oğlunu Rusiyada qalmaqla Qarabağ döyüşlərindən yayındırması. Yaşlaşandan sonra ailəsi ilə vətənə qayıdan oğulun işsizlikdən əyyaşa dönməsi və sonda ananın daim ehtiyatlandığı faciəli oğul itkisi. == Çapı == Kitab 2014-cü ildə çap olunub. Kitabxana.net Milli Virtual kitabxanasında, Milli Kitabxana-İnformasiya Mərkəzinin elektron kitabxanasında, Android əməliyyat sistemində və digər internet saytlarında yayımlanır. == Xarici keçidlər == Siz də “lənətə gələnlər”dənsiniz!

Значение слова в других словарях