GEDİŞ

is.
1. Getmə işi; getmə.
Gəlişin istər aşiq; Heç istəməz gedişin. Sarı Aşıq.
[Uluq bəy:] Gedişi köksümə çəkir odlu dağ; Görüşü qəlbimdə yandırır çırağ. A.Şaiq.
Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu gedişdən. M.Müşfiq.

// Getmə (yerimə) tərzi. Bu gedişlə axşama ancaq çata bilər.
2. məc. Bir işin, hadisənin inkişafı, cərəyanı. Hadisələrin gedişi. Xəstəliyin gedişi. Mübarizənin gedişi.
– Lakin həyatın gedişi Fərmanın düşündüyü kimi olmadı. Ə.Sadıq.
Kimsədə yoxdur günah, dünyanın gedişi bu; Mənim də ilk eşqimin fırtınalı qışı bu… A.İldırım.

3. idm. Kart, şahmat, dama və s. oyunlarda oyunçunun növbəti çıxışı. Növbəti gediş. Bir neçə gedişdən sonra oyun təxirə salındı. İkinci gedişdə oyunu uduzdu.

Синонимы

  • GEDİŞ çıxış

Антонимы

  • GEDİŞ GEDİŞ – GƏLİŞ Gülüm, gəlmişəm mən özüm qurban; Gəlişin gözəldir, gedişin yaman (B.Vahabzadə)
GEDİLMƏK
GEDİŞ-GƏLİŞ
OBASTAN VİKİ
Madatov adasına gediş və dönüş
Madatov adasına gediş və dönüş - Aka Morçiladzenin romanı.Postsovet dönəmi Gürcü ədəbiyyatının ən parlaq imzalarından biri Aka Morçiladzenin "Madatov adasına gediş və dönüş" adlı romanı Alatoran Yayınlarında işıq üzü görüb. == Məzmun == "Madatov adasına gediş və dönüş" romanını oxuyarkən insan fərqli düşüncələrin şahisi olur. Rəngsaz Hafo romanın əsas qəhrəmanıdır. Sənətində əsl peşəkar olan Hafo cəmiyyət tərəfindən əxlaqsız hesab olunur. İnsanlardan ondan şikayətlər edirlər. Hafo kişibazlıqda günahkar bilinir. Hətta romanda elə bir məqam var ki, yeddi kişi birlikdə münasibətdə olurlar. Rəngsaz lal oğlanı evinə gətirir. İnsanlar deyir ki, o oğlan Hafonun arvadını əvəz edir. Guya ki, həmin uşağı Hafo qorxutmuş və bu qorxunun nəticəsində uşaq lal olmuşdu.

Значение слова в других словарях