1. Birinin əyninə paltar geydirmək yaxud paltarı geyməyə kömək etmək.
Pişxidmətlər … şüru etdilər… Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geyindirməyə.
[Gəlini] yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib allah-allah ilə aparırlar.
2. məc. Örtmək, sarmaq, çulğalamaq.
Ağ örtüyə büründürür aləmi; Çulğalayır, geyindirir aləmi.
◊ Don geyindirmək – bax don.