GURULTULU

sif.
1. Gurultusu olan, çox səs salan, gurultu salan.
Yağış nə qədər gurultulu (z.) yağsa, o qədər sonra hava xoş və aydın olur… A.Divanbəyoğlu.
Səndə gurultulu bir çağlayan var; Bu dönməz çağlayan durmadan axar. M.Müşfiq.

□ Gurultulu alqış(lar) – uzun sürən, sürəkli alqış(lar).
Oğlan və qızların sevinc və səsləri, gurultulu alqışları salonu bürüdü. H.Seyidbəyli.

2. Səs-küy çox olan, səs-küylü, gedişgəliş çox olan, izdihamlı. Gurultulu gecə. Gurultulu meydan.
[Nərgiz:] Mən əvvəllər təsəvvürümə gətirə bilmirdim ki, gurultulu şəhər həyatından sonra kənddə necə dolanacam. İ.Şıxlı.

3. məc. Həddindən artıq təntənəli, bəzəkli, dəbdəbəli, təmtəraqlı. Gurultulu sözlər.

Синонимы

  • GURULTULU haylı-küylü — həyəcanlı — coşğun — uğultulu

Антонимы

  • GURULTULU GURULTULU – SAKİT Bir-birlərinə olan sədaqəti gurultulu sözlərlə izah edərək badə qaldırıb içir, içirlər (S
GURULTU-PATILTI
GURULTULULUQ

Значение слова в других словарях