GUŞƏNİŞİN

is. [ fars. ] Cəmiyyətdən, adamlardan qaçan adam; asket, zahid.
□ Guşənişin olmaq – bir yerdə qapanıb qalmaq, evdən bayıra çıxmamaq.
[Şah:] Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Ə.Haqverdiyev.

// Sif. mənasında.
Guşənişin bir adamdır; Xeyrə, şərə yaramaz. M.Müşfiq.

Синонимы

  • GUŞƏNİŞİN GUŞƏNİŞİN [Çəmbərkəndli:] Guşənişin olub qalmışam, işim-peşəm televizora baxmaqdı (H.Abbaszadə); ASKET

Этимология

  • GUŞƏNİŞİN Farscadır, guşə “bucaq” (künc), nişin isə “oturan” deməkdir (bir küncə çəkilib oturan). (Bəşir Əhmədov
GUŞƏDAŞI
GUŞƏNİŞİNLİK

Значение слова в других словарях