GÖZÜYAŞLI

sif. Gözləri yaşarmış olan, gözlərindən yaş axan; ağlar. Gözüyaşlı uşaq.
// Zərf mənasında. Daim ağlayan adam haqqında.
Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı … anasına balalarının əhvalına alışırdı. S.M.Qənizadə.
[Dərviş:] Gözüyaşlı, ciyəri atəşli ocağın qırağında qaldım. A.Divanbəyoğlu.
Qoşun keçib getdi.
Arxasınca da bir sürü uşaq və gözüyaşlı qadınlar toz qopararaq yüyürürdü(lər). Çəmənzəminli.

Синонимы

  • GÖZÜYAŞLI ağlar — mələr

Антонимы

  • GÖZÜYAŞLI GÖZÜYAŞLI – GÜLƏR Sonra da gözüyaşlı onu əsgərliyə yola salıb, heç bir söz deməmişdi (T.Kazımov); Gülər üzünə baxanda adam dərdini unudurdu (“Ulduz”)
GÖZÜTOXLUQ
GÖZÜYAŞLILIQ

Значение слова в других словарях