GÜZƏRANLIQ

is.
1. Yaşayış, keçinəcək, dolanacaq.
[Hacı Nuru şair:] …Hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir. M.F.Axundzadə.

2. Yaşayış üçün lazım olan maddi nemətlər.
Çəkirsə onlar gecə-gündüz nigaranlıq bizə nə! Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə! M.Ə.Sabir.
O gün olaydı nə mənzil dərdi qalaydı; nə güzəranlıq dərdi. R.Rza.

Синонимы

  • GÜZƏRANLIQ varlılıq — hallılıq — dövlətlilik
GÜZƏRANLI
GÜZƏRANSIZ

Значение слова в других словарях