HÜQUQ SİYASƏTİ

1) siyasi subyekt tərəfindən (vətəndaş, ictimai-siyasi təşkilat (partiya) və hərəkat, dövlət orqanları və beynəlxalq təşkilatlar tərəfindən) hüququn inkişaf etdirilməsi və təkmilləşdirilməsi, ictimai münasibətləri - ictimai-hüquq münasibətləri çərçivəsinə salınması, hüququn nüfuzunun qaldırılması, vətəndaşların, müəssisə və təşkilatiların hüquqa, tam və dolğun şəkildə riayət olunmasına cəlb edilməsi, hüququn qorunması, hüquq pozuntusuna qarşı qəti mübarizə aparılması kimi Ali məqsədlərə xidmət edən (siyasi) fəaliyyət; 2) hüquqi islahatın sinonimi.
HÜQUQ POZUNTUSU
HÜQUQİ DÖVLƏT
OBASTAN VİKİ
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu. Onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir.
Dividend siyasəti
Dividend siyasəti Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir. Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir.
Maliyyə siyasəti
Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir. Maliyyə siyasəti həm də kateqoriya adlandırıla bilər. Bu termin adətən maliyyə menecmenti ilə məşğul olan iqtisadçılar tərəfindən tətbiq edilir. Yəni, onu maliyyə menecmenti metodu aləti və məqsədi kimi götürülən maliyyə münasibətlərinin sosial-iqtisadi mahiyyəti kimi götürsək kateqoriya kimi qəbul etməliyik. Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir. Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur. == Maliyyə siyasətinin çatışmazlıqları == Hal-hazırda maliyyə siyasətinin çatışmazlıqları daha kəskin nəzərə çarpır və bu respublikamızın sosial-iqtisadi inkişafını ləngidən amilə çevrilir. Bu çatışmazlıqlar aşağıdakıladır: Maliyyə siyasətinin doqmatik xarakter daşıması (təşəbbüskarlığın olması) və ölkənin inkişaf şəraitinin dəyişməsinə dərhal reaksiya vermək qabiliyyətinin olması. Strateji xarakter daşıyan konsepsiyaların işlənib hazırlanması.
Pul siyasəti
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar.
Qiymət siyasəti
Qiymət siyasəti — məhsul və xidmətlərin qiymətlərinin müəyyən edilməsi prinsipləri və üsullarıdır. Qiymətqoymanın mikro (firma səviyyəsində) və makro (qiymət və tariflərin dövlət tənzimlənməsi sferasında) səviyyələrini ayrılır. Firmanın qiymət siyasəti firmanın ümumi strategiyası çərçivəsində formalaşır və qiymət strategiyası və qiymətqoyma taktikasını ehtiva edir. Qiymət strategiyası təklif olunan məhsulun bazarda yerləşdirilməsini nəzərdə tutur. Hədəf seqmentinin müəyyən edilməsi və strategiyanın qurulması üçün müxtəlif yanaşmalar mövcuddur (Ansoff matrisi, BCG matrisi, Porter matrisi). Həmçinin qiymət strategiyası çərçivəsində qiymətin müəyyən edilməsi (təyin edilməsi) üçün istifadə olunan üsullar, eləcə də qiymət ayrı-seçkiliyi formaları seçilir. Gələcəkdə strategiyanın həyata keçirilməsi çərçivəsində alıcılar üçün qiymət endirimləri və qeyri-qiymət stimulları sistemləri daxil olmaqla, taktiki tədbirlər (satışı stimullaşdırmaq üçün) hazırlanır. Qiymət siyasətinin həyata keçirilməsi zamanı şirkət rəhbərliyi təxirəsalınmaz tədbirləri tənzimləməli və strategiyanın dəyişmə vaxtına nəzarət etməlidir. Qiymətlər kifayət qədər mənfəət səviyyəsini təmin etmək üçün rəqabətdə fəal şəkildə istifadə olunur. Malların və xidmətlərin qiymətlərinin müəyyən edilməsi hər bir müəssisənin ən vacib problemlərindən biridir, çünki optimal qiymət onun maliyyə rifahını təmin edə bilər.
Sertifikat siyasəti
Sertifikat siyasəti — sertifikatın idarə edilməsi ərzində yerinə yetirilən elektron tranzaksiyalara köklənmiş inzibati siyasətin xüsusi formasıdır. Bu sənəd ictimai əsas struktur (İƏS) sərhədində dərc olunur. Sertifikat siyasəti rəqəmsal sertifikatların yaradılması, istehsalı, paylanması, uçotu, nüfuzdan düşmüşlərin ləğvi ilə əlaqədar bütün aspektləri nəzərə alır. Sertifikat siyasəti həmçinin sertifikatlara əsaslanan təhlükəsizlik sistemi vasitəsilə qorunan kommunikasiya sistemindən istifadə edən tranzaksiyaları da idarə edə bilər. Kritik sertifikat genişlənmələrinə nəzarət etməklə belə siyasətlər və əlaqədar məcburiyyət texnologiyaları xüsusi tətbiqlər üçün tələb edilən təhlükəsizlik servislərinin təmin edilməsini dəstəkləyə bilərlər. İmamverdiyev Y. N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Təhlükəsizlik siyasəti
Təhlükəsizliyin təşkil olunma siyasəti dedikdə informasiyanın müdafiəsinə yönəldilmiş və onunla birlikdə resursların assosiasiya olunmasının idarəetmə qərarlarının sənədləşdirilməsinin toplumu başa düşülür. Təhlükəsizlik siyasəti vasitələrdən ibarətdir və onların köməyilə kompüter informasiya sisteminin təşkil olunması fəaliyyəti həyata keçirilir. Ümumiyyətlə, təhlükəsizlik siyasəti kompüter mühitində istifadə edilir və təşkilatın spesifik tələbatını əks etdirir. Adətən kompüter informasiya sistemləri (KİS) dedikdə müxtəlif xüsusiyyətli mürəkkəb kompleks başa düşülür və ya aparat və proqram təminatının arabir öz aralarında lazımi səviyyədə işləmələrinin uyuşa bilməməsi qəbul edilir. Bura kompüterlər, əməliyyat sistemləri, şəbəkə vasitələri, verilənlər bazalarını idarəetmə sistemləri, müxtəlif əlavələr aiddir. Bütün bu komponentlər (təşkiledicilər) özünəməxsus müdafiə vasitələrinə malikdir və bunların bir-biri ilə razılaşdırılması mütləqdir. Bu baxımdan da korporativ sistemlərin təhlükəsizliyinin təmin olunması təhlükəsizlik siyasətinin effektiv həyata keçirilməsində mühüm rol oynayır. Təhlükəsizlik siyasəti rəhbərliyin faydalı saydığı və seçdiyi informasiya təhlükəsizliyi sahəsində idarəetmə strategiyasını, resursların miqdarını və onlara yanaşmanın ölçüsünü müəyyən edir. Təhlükəsizlik siyasəti müəssisənin informasiya sistemi üçün real sayılan cəsarətin (və ya cürətin) təhlil edilməsinə əsaslanaraq qurulur. Belə olan halda cürət təhlil edilir, müdafiə strategiyası müəyyən olunur, informasiya təhlükəsizliyini təmin edən proqram tərtib edilir - bütün bunlar təhlükəsizlik siyasətidir.
Valyuta siyasəti
Diaspor siyasəti
Diaspor siyasəti — transmilli etnik diasporların siyasi davranışları, onların etnik vətənləri və qəbul etdikləri dövlətlərlə münasibətləri və etnik münaqişələrdəki mühüm rolu. Diaspor siyasətinin öyrənilməsi diaspor tədqiqatlarının daha geniş sahəsinin bir hissəsidir. Diaspor siyasətini başa düşmək üçün əvvəlcə onun tarixi kontekstini və bağlılığını anlamaq lazımdır. Diaspor — ortaq kimliyinə əsaslanan tək etnik qrup kimi müəyyən edilən transmilli cəmiyyətdir. Diasporlar əsl vətəndən tarixi mühacirət nəticəsində yaranır. Bu ərazinin əslində konkret etnik qrupun vətəni olub-olmaması siyasi məsələdir. Miqrasiya nə qədər köhnədirsə, hadisə ilə bağlı dəlillər də bir o qədər azdır. Məsələn, qaraçılara gəldikdə, miqrasiya, vətən və miqrasiya yolu hələ dəqiq müəyyən edilməmişdir. Vətən iddiası həmişə siyasi məna daşıyır və tez-tez mübahisə doğurur. Özünü tanıyan diasporlar vətənlərinə, etnik və mədəni bağlılıqlarına böyük əhəmiyyət verirlər, xüsusən də vətənlərini “itirilmiş” və ya “fəth edilmiş” hesab edirlərsə.
Gizlilik siyasəti
Məxfilik siyasəti və ya Gizlilik siyasəti — tərəfin müştərinin məlumatlarını toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi yollarının bəzilərini və ya hamısını açıqlayan bəyanat və ya hüquqi sənəd (məxfilik hüququnda). Şəxsi məlumat, şəxsin adı, ünvanı, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyət vəsiqəsinin verilməsi və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi tarixçəsi kimi fərdi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir şey ola bilər. Biznesə gəldikdə, bu, çox vaxt partiyanın topladığı şəxsi məlumatları necə toplaması, saxlaması və yayması ilə bağlı siyasətini bəyan edən bəyanatdır. Müştəriyə hansı xüsusi məlumatların toplandığını və onların məxfi saxlandığını, tərəfdaşlarla paylaşıldığını və ya digər firma və ya müəssisələrə satıldığını bildirir. Məxfilik siyasətləri adətən daha təfərrüatlı və spesifik olan verilənlərdən istifadə bəyanatlarından fərqli olaraq daha geniş, daha ümumiləşdirilmiş yanaşmanı təmsil edir. Müəyyən məxfilik siyasətinin dəqiq məzmunu qüvvədə olan qanundan asılıdır və coğrafi sərhədlər və hüquqi yurisdiksiyalar üzrə tələblərə cavab verməli ola bilər. Əksər ölkələrin öz qanunvericiliyi və kimin əhatə olunduğu, hansı məlumatların toplana biləcəyi və nə üçün istifadə oluna biləcəyi ilə bağlı təlimatları var. Ümumiyyətlə, Avropada məlumatların mühafizəsi qanunları dövlət sektoru ilə yanaşı özəl sektoru da əhatə edir. Onların məxfilik qanunları dövlət əməliyyatlarına, özəl müəssisələrə və kommersiya əməliyyatlarına şamil edilir. == Tarixi == 1968-ci ildə Avropa Şurası texnologiyanın insan hüquqlarına təsirini öyrənməyə başladı, kompüter texnologiyasının yaratdığı və əvvəllər geniş yayılmayan yollarla əlaqələndirə və ötürə bilən yeni təhlükələri tanımağa başladı.
Klaster siyasəti
Klaster siyasəti — klasterə daxil olan regionların və müəssisələrin rəqabət qabiliyyətinin artırılmasını, klasterlərin formalaşmasını stimullaşdıran institutların inkişafını, habelə innovasiyaların tətbiqini təmin edən klasterlərin və klaster təşəbbüslərinin dəstəklənməsi üzrə dövlət və ictimai tədbirlər və mexanizmlər kompleksi. Ölkə və ya regionun klaster siyasəti onun həyata keçirilməsinin təsirləri və riskləri baxımından optimallaşdırılmış klaster təşəbbüsləri portfelini dəstəkləmək üçün əlaqələndirilmiş tədbirlər kimi təqdim edilə bilər. Dövlət klaster siyasəti, regional klaster siyasəti və sektoral klaster siyasəti mövcuddur. Tipik olaraq, klaster siyasəti konkret müəssisə və ya sənaye sahələrini dəstəkləyən ənənəvi "sənaye siyasətinin" rəqabət əleyhinə tədbirlərinə alternativ kimi görünür. == Klaster siyasətinin istiqamətləri == Klaster siyasətinin əsas istiqamətləri bunlardır: Klasterlərin institusional inkişafının təşviqi, o cümlədən, klasterin inkişafı üzrə ixtisaslaşmış təşkilatın, klaster inkişaf mərkəzlərinin yaradılması şəklində klaster təşəbbüslərinin təşəbbüskarı və dəstəklənməsi, habelə klaster inkişafının strateji planlaşdırılması üzrə fəaliyyətlər, klasterlər arasında səmərəli informasiya əlaqəsinin qurulması. klaster iştirakçıları və onlar arasında əməkdaşlığın gücləndirilməsinin stimullaşdırılması. Müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına və onların qarşılıqlı fəaliyyətinin effektivliyinin təşviqinə yönəlmiş layihələrə dəstək mexanizmlərinin hazırlanması. Ehtimal olunur ki, müvafiq layihələrə dəstək onların həyata keçirilməsində iştirak edən müəssisələrin konkret klasterə aid olub-olmamasından asılı olmayaraq həyata keçirilməlidir. Federal səviyyədə innovativ ərazi klasterlərinin siyahısının formalaşdırılması və onlara dəstək tədbirlərinin həyata keçirilməsi. Klasterlərin inkişafı üçün əlverişli şəraitin formalaşdırılmasının təmin edilməsi, o cümlədən peşə təhsili sisteminin səmərəliliyinin artırılması, müəssisələrlə təhsil təşkilatları arasında əməkdaşlığın inkişafına kömək etmək, mühəndis-nəqliyyat infrastrukturunun inkişafına, mənzil tikintisinə məqsədyönlü investisiyaların qoyulması, mövcud qanunvericiliyə uyğun olaraq klasterin inkişafı, vergi güzəştlərinin verilməsi və inzibati maneələrin azaldılması vəzifələrini nəzərə alaraq == Tənqidi == Klaster siyasətinin tənqidçiləri qeyd edirlər: klaster daxilində istehsalın müəyyən ərazidə cəmləşməsi regional iqtisadiyyatın sabitliyini azaldır, onun diversifikasiyasını azaldır; müəyyən bir ərazidə klasterdə işləyən insanların üstünlük təşkil etməsi innovasiyanı azaldır, çünki bu, əhəmiyyətli dərəcədə fərqli bilik və təcrübəyə malik insanların əlaqəsinin nəticəsidir; əks yanaşma öz-özünə davam edən qrup düşüncəsini, köhnə fikirlərin, stereotiplərin və yanaşmaların təkrar istehsalını yaradır; klasterin formalaşmasının stimullaşdırılması ənənəvi sənaye siyasəti tədbirləri ilə eyni subsidiyadır.
Məxfilik siyasəti
Məxfilik siyasəti və ya Gizlilik siyasəti — tərəfin müştərinin məlumatlarını toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi yollarının bəzilərini və ya hamısını açıqlayan bəyanat və ya hüquqi sənəd (məxfilik hüququnda). Şəxsi məlumat, şəxsin adı, ünvanı, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyət vəsiqəsinin verilməsi və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi tarixçəsi kimi fərdi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir şey ola bilər. Biznesə gəldikdə, bu, çox vaxt partiyanın topladığı şəxsi məlumatları necə toplaması, saxlaması və yayması ilə bağlı siyasətini bəyan edən bəyanatdır. Müştəriyə hansı xüsusi məlumatların toplandığını və onların məxfi saxlandığını, tərəfdaşlarla paylaşıldığını və ya digər firma və ya müəssisələrə satıldığını bildirir. Məxfilik siyasətləri adətən daha təfərrüatlı və spesifik olan verilənlərdən istifadə bəyanatlarından fərqli olaraq daha geniş, daha ümumiləşdirilmiş yanaşmanı təmsil edir. Müəyyən məxfilik siyasətinin dəqiq məzmunu qüvvədə olan qanundan asılıdır və coğrafi sərhədlər və hüquqi yurisdiksiyalar üzrə tələblərə cavab verməli ola bilər. Əksər ölkələrin öz qanunvericiliyi və kimin əhatə olunduğu, hansı məlumatların toplana biləcəyi və nə üçün istifadə oluna biləcəyi ilə bağlı təlimatları var. Ümumiyyətlə, Avropada məlumatların mühafizəsi qanunları dövlət sektoru ilə yanaşı özəl sektoru da əhatə edir. Onların məxfilik qanunları dövlət əməliyyatlarına, özəl müəssisələrə və kommersiya əməliyyatlarına şamil edilir. 1968-ci ildə Avropa Şurası texnologiyanın insan hüquqlarına təsirini öyrənməyə başladı, kompüter texnologiyasının yaratdığı və əvvəllər geniş yayılmayan yollarla əlaqələndirə və ötürə bilən yeni təhlükələri tanımağa başladı.
Sığorta siyasəti
Sığorta siyasəti və ya sığorta polisi (ing. insurance policy, fr. police, it. polizza — çek, qəbz) — bir qayda olaraq sığorta şirkəti (sığortaçı) tərəfindən sığortalıya (sığorta olunana) verilən sığorta müqaviləsinin bağlanmasını təsdiq edən şəxsi sənəd. Sığorta polisində həmçinin sığorta münasibətlərinin subyektləri və sığorta müqaviləsinin əsas şərtləri, məsələn, sığortanın növü, obyekti, başlanğıcı və sonu, sığorta məbləğinin məbləği, sığorta müqaviləsi haqqında sığortalı, sığortaçı və digər şərtlər. Polis müqavilə bağlandıqdan və sığorta haqqı ödənildikdən sonra sığortalıya verilir. Siyasətdə həmçinin mövcud sığorta qaydalarına istinad olmalıdır. Sığorta siyasəti qiymətli kağızlara şamil edilmir. Dəniz sığortası polislərində memorandum sığortaçının heç bir riski öz üzərinə götürmədiyi təhlükələrin hesablanmasıdır. Sığorta polisində adətən aşağıdakılar olmalıdır: Sənədin adı; sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri; sığortalının tam adı və ya soyadı, adı, atasının adı və ünvanı; sığorta obyektinin göstərilməsi; sığorta məbləğinin məbləği; sığorta riskinin göstəricisi; sığorta haqqının (bağışlarının) məbləği, onun ödənilməsi şərtləri və qaydası; sığorta müqaviləsinin qüvvədə olma müddəti, sığorta müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi qaydası; tərəflərin razılığı ilə digər şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr və ya istisnalar; tərəflərin imzaları.
Dəvəquşu siyasəti
"Dəvəquşu siyasəti" — açıq-aşkar olan məsələlərə məhəl qoymamaq və onları yoxmuş kimi göstərmək tendensiyasına aid edilən metaforik ifadə. İfadə dəvəquşuların təhlükə ilə üzləşməkdənsə, başlarını quma soxmaq vərdişindən irəli gəlir. Dəvəquşu əslində təhlükədən qaçmaq üçün başlarını quma basdırmır.
Sakitləşdirmə siyasəti
Təcavüzkarı sakitləşdirmə siyasəti (ing. Appeasement) — təcavüzkara güzəştə getməyə əsaslanan siyasət. Təcavüzkarı sakitləşdirmə siyasəti işğalçı dövlətin süni şəkildə qızışdırdığı beynəlxalq mübahisələrin həllindən və bu doktrina müəlliflərinin nöqteyi-nəzərindən təcavüzkar siyasət yürüdən tərəfə təslim olmaq yolu ilə münaqişələrin həllindən, ikinci dərəcəli və əhəmiyyətsiz məsələlərdən ibarətdir. Termin ən çox Nevill Çemberlen, eləcə də Boldvin və Makdonaldın başçılıq etdiyi Britaniya hökumətinin 1933-1939-cu illərdə nasist Almaniyasına və qismən də faşist İtaliyasına qarşı xarici siyasətinə istinad etmək üçün istifadə olunur, xüsusilə də 1937-1939-cu illərdə aydın şəkildə özünü göstərir. Bu siyasət Versal sisteminin, Millətlər Liqasının və kollektiv təhlükəsizlik sisteminin həlledici şəkildə deqradasiyasına, Avropada qüvvələr balansının köklü şəkildə dəyişməsinə, Böyük Britaniya və Fransanın geosiyasi mövqelərinin zəifləməsinə, Almaniya və İtaliyanın mövqelərinin isə güclənməsinə səbəb olmuşdur. == Birinci Dünya müharibəsindən sonrakı siyasi vəziyyət == Birinci Dünya müharibəsində qalib gələn keçmiş Antanta müttəfiqləri Böyük Britaniya, Fransa və İtaliya Avropada tam hərəkət azadlığına malik idilər. Avropanın geosiyasi xəritəsi əsasən 1919-cu ildə Versal müqaviləsinin imzalanması ilə yaradılmışdı. Müqavilə Almaniya Respublikasına ciddi məhdudiyyətlər qoymuş, bir sıra alman torpaqlarının ilhaqına, Almaniyanın daxilində sosial-siyasi gərginliyə gətirib çıxarmış iqtisadi zəifliyin, revanşizm ideyalarının yaranmasına və radikal siyasi partiyaların populyarlaşmasına səbəb olmuşdu. Avstriya-Macarıstan imperiyası bir neçə nisbətən kiçik müstəqil dövlətlərə bölünərək mövcud olmağı dayandırdı. Antanta ölkələrindən biri olan Rusiya imperiyasında Birinci Dünya müharibəsi illərində fevral və oktyabr inqilabları baş verdi və bolşeviklər hakimiyyətə gəldilər.
Hüquq Klinikası
Hüquq Klinikası — Hüquq klinikası (eyni zamanda qanuni klinika və ya hüquq fakültəsi klinikası) müxtəlif müştərilərə xidmət göstərən və tez-tez hüquq fakültəsi tələbələrinə hüquqi təcrübə verən bir hüquqi yardım və ya hüquq fakültəsi proqramıdır. Klinikalar , ümumiyyətlə, klinik professorlar tərəfindən idarə olunur. Hüquq klinikaları müəyyən bir sahədə pro — bono işi aparır və müştərilərə pulsuz hüquqi xidmətlər göstərir. Hüquq klinikası Palacky Universitetində tələbələrin hüquqi yardım ofisində iş üzərində işləyərkən hüquq fakültəsi tələbələrinin praktik tədrisi metodu kimi yaranıb, lakin bu gün akademik əlaqələri olmayan pulsuz hüquqi yardımı da əhatə edir. Vəkillərə, hakimlərə və hüquqşünaslara qanunun tətbiqi — etik ölçüləri barədə praktiki bacarıqları təmin edən , akademik əlaqəsi olmayan təcrübi əsaslı hüquq klinikaları mövcuddur ki , onlar eyni zamanda pulsuz ictimai hüquqi xidmətləri də təklif edirlər. == Klinikalara ehtiyac və əhəmiyyəti == Avani Bansalın sözlərinə görə, tərəflərin vəkil tuta bilmədikləri və dövlət tərəfindən hüquqi xidmətlər göstərildiyi hallarda, bu qanuni nümayəndəliyin keyfiyyəti çox vaxt şübhə doğurur. Bu səbəbdən hüquqşünasların kasıb insanlara hüquqi məsləhət verə biləcəyi hüquq fakültələrindəki hüquqi yardım klinikaları və ya qanuni yardım klinikaları yaradılmasına ehtiyac vardır. == Məqsəd və metodlar == Tələbələr, ümumiyyətlə, araşdırma, hüquqi dəlillər hazırlamaq və müştərilərlə görüşməkdə kömək edirlər. Bir çox halda, klinikanın professorlarından biri Məhkəmə qarşısında şifahi mübahisələrdə iştirak edir. Bununla birlikdə, bir çox yurisdiksiyada hüquq klinikasında tələbələrinin məhkəməyə çıxıb mübahisə etməsinə imkan verən "tələbə təcrübəsi" qaydaları mövcuddur.
Hüquq fakültəsi
Hüquq fakültəsi — hüquq elminin tədris olunduğu və bu elm daxilində müxtəlif sahələr üzrə tədqiqatların aparıldığı fakültədir. Onun məzunları hüquqşünas, hakim, prokuror, hüquq məsləhətçisi, notarius və icra hakimi kimi fəaliyyət göstərə bilərlər. Türkiyədə təhsil müddəti 4 ildir. Türkiyədə ilk hüquq fakültəsi 1874-cü ildə yaradılan İstanbul Universiteti Hüquq Fakültəsi olub, Respublika dövründə isə ilk yeni açılan fakültə 1925-ci ildə yaradılmış Ankara Universiteti Hüquq Fakültəsi olmuşdur. Ankara Universiteti Hüquq Fakültəsi 5 Noyabr 1925-ci ildə Atatürk tərəfindən Ankara Ədliyyə Hüquq Məktəbi adı ilə təsis edilmişdir. İstanbul Hüquq Fakültəsinin əsasını 1874-cü ildə Qalatasaray Liseyində “Dârülfünun-u Sultani” şöbəsi olaraq açılan “Məktəb-i Hüquq” təşkil edir. Konya Hüquq Məktəbi 1907-ci ildə qəbul edilmiş qərarla yaradılmış və 1908-ci ildən bu universitetdə təhsil verilməyə başlanmışdır. Ege Universiteti Hüquq Fakültəsi 1978-ci ildə yaradılmışdır. 1982-ci ildə Dokuz Eylül Universitetinin yaradılması ilə hüquq təhsili bu universitetə ​​keçmişdir.
Hüquq jurnalistikası
Hüquq jurnalistikası, ictimai və ya siyasi məqsəd üçün qəsdən və şəffaf şəkildə qərəzsiz bir nöqteyi-nəzərdən qəbul edilən jurnalistika janrıdır. Çünki, həqiqətə uyğun və təbliğatdan fərqlidir. Həm də medianın qərəzli olması və mediada obyektivliyin olmaması hallarından fərqlənir, çünki qərəz olduğu ehtimal olunur. Bəzi insan haqları jurnalistləri ənənəvi obyektivlik idealının ya bütövlükdə, ya da reklamda korporativ sponsorların olması səbəbindən mümkün olduğunu inkar edirlər. Bəziləri ictimai marağın fərqli şəffaf baxışları olan müxtəlif KİV-lər tərəfindən daha yaxşı təmin olunduğunu və ya təbliğat jurnalistikasının makkraker və ya məlumat verən kimi eyni rol oynadığını düşünürlər. == Hüquq jurnalistlərindən perspektivlər == Müstəqil Media Mərkəzi olan "alternativ" jurnalist kooperativinin bir yazarı fəaliyyətə çağırışda aşağıdakıları yazır: Jurnalistikanın klassik prinsipləri obyektivlik və neytrallıq tələb edir. Bunlar artıq ümumdünya hörməti olmayan köhnəlmiş prinsiplərdir … Onlara bağlılığımızı hiss etməməliyik. Əgər biz hər zaman mənalı dəyişiklik etmək istəyiriksə, təbliğat jurnalistikası zəruri təşkilatı təmin edən ən vacib element olacaqdır. Buna görə də, təbliğat sahəsində uğurlu jurnalist olmağı öyrənməyimiz çox vacibdir. Çoxları üçün bu, məqsədləri müəyyənləşdirmək və əldə etmək üçün fərqli bir yol tələb edəcəkdir.
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. == Tərif == İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Hüquq normaları
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq norması
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq prinsipləri
Hüquq prinsipləri — hüquqi tənzimlənmənin məzmununu və istiqamətlərini müəyyən edən rəhbər qanunlardır. Bir tərəfdən, müəyyən hüquq qanunlarını ifadə edirlər, digər tərəfdən, hüquqi tənzimləmə bütün sahələrində tətbiq olunan və bütün subyektlərə tətbiq olunan ən ümumi normaları təmsil edirlər. Bu normalar ya qanunda birbaşa ifadə olunur, ya da qanunların ümumi mənasından irəli gəlir. Qanun prinsipləri qanunverici üçün istiqamətləndirici fikirlər kimi çıxış edərək, standartların təkmilləşdirilməsinin yollarını müəyyənləşdirir. Bunlar cəmiyyətin inkişafı və fəaliyyətinin əsas qanunları ilə hüquq sistemi arasındakı əlaqədir. Prinsiplər sayəsində hüquq sistemi bir insanın və cəmiyyətin ən vacib maraqlarına və ehtiyaclarına uyğunlaşır, onlarla uyğunlaşır. Hüquq prinsipləri bütövlükdə qanuna xas olanlara (ümumi hüquqi), onun ayrı-ayrı sahələrinə (sənayesinə) və ya əlaqəli sahələr qrupuna (sektorlararası) bölünür. Məsələn, filial prinsipi cəza hüququnda cəzanın fərdiləşdirilməsi prinsipini, şöbələrarası prinsip mülki prosessual və cinayət-prosessual hüquqdakı rəqabət prinsipini özündə cəmləşdirir. == Hüquq prinsiplərinin növləri == Hüquq prinsipləri bir çox səbəbə görə təsnif edilə bilər. Ən vaciblərindən biri ictimai həyatın bu və ya digər sahəsidir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Hüquq sosiologiyası
Hüquq sosiologiyası — hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır. == Tarixi == "Hüquq sosiologiyası" konsepsiyası ilk dəfə Dionisio Antsilotti tərəfindən 1892-ci ildə təqdim edilmişdir və 1913-cü ildə "Hüquq Sosiologiyasının əsasları" adlı əsər avstriyalı Oyhen Erlix tərəfindən nəşr edilmişdir. Daha sonra, hüquq sosiologiyası Maks Veber, Emil Durkhaym və Leon Düqinin araşdırmaları sayəsində inkişaf etdi. Xüsusilə, Maks Veber və Emil Durkhaym qanunların ictimai münasibətlərə təsirini araşdırdılar. == Hüquq sosiologiyası anlayışları == Hüquq sosiologiyası və hüquq elmləri mövzusu tez-tez təmasda olur, lakin müəyyən hüquqi münasibətlərin öyrənilməsinə yanaşmalar çox fərqlidir. Hüquq elmini ilk növbədə sosial münasibətlərin hüquqi forması maraqlandırır, sosiologiya isə bu münasibətlərin sosial funksiyaları və digər qeyri-hüquqi aspektləri ilə maraqlanır.
Korporativ hüquq
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir. Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla korporativ hüquqi münasibətləri birləşdirir. Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir. == Ədəbiyyat == Emin Kərimov. Azərbaycan korporativ (şirkətlər) hüququ. Bakı, 2014, 233 səh.