Natiq Məmmədov (hüquqşünas)
Natiq Seyfulla oğlu Məmmədov (5 aprel 1966, Naxçıvan Muxtar Respublikası, Babək rayon, Didivar k.) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini, 3-cü dərəcəli dövlət müşaviri.
Natiq Məmmədov 5 aprel 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayon Didivar kəndində anadan olub.
1983 −1987-ci illərdə müxtəlif qurumlarda əmək fəaliyyəti ilə məşğul olmuş və hərbi xidmət keçmişdir. 1987–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsilini başa vurduqdan sonra sahibkarlıq, diaspora quruculuğu, nəzəri və praktik biliklərinin təkmilləşdirilməsi də daxil olmaqla, SOCAR, məhkəmə, seçki və dövlət qulluğu sistemlərində səmərəli fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetinin dissertantı olmuş, "Konstitusiya hüququ kimi seçkilərin hakimiyyət orqanlarının formalaşdırılmasında rolu" mövzusunda elmi işin və bir neçə elmi məqalənin müəllifidir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən kadrların ixtisas artırma kurslarında, habelə, seçki (referendum) subyektlərinin maariflənməsinə yönəlmiş çoxsaylı müxtəlif tədbirlərdə mühazirəçi olmuşdur.
Çoxsaylı beynəlxalq tədbirlərdə iştirak etmişdir həm də müxtəlif ölkələrdə seçki müşahidə missiyalarının rəhbəri və ya üzvü olmuş, müxtəlif ölkələrin seçki və məhkəmə təcrübəsini öyrənmiş, Konstitusiya hüququ, məhkəmə — hüquq islahatları, seçki sistemi, seçki (referndum) təşkilatçılığı, seçki hüququ, siyasi partiyalar və.s ilə bağlı KİV(kütləvi informasiya vasitələri)-lərdə çoxsaylı çıxışlar etmişdir.
Harvard Universitetində hüquq, fəlsəfə, siyasət, seçki və s. sahələrə aid aşağıdakı kursları keçmişdir:
1. Justice (Mənəvi və siyasi fəlsəfəyə giriş üzrə Harvard Universitetinin ən məşhur kurslarından biri)
2. Contract Law: From Trust to Promise to Contract
3.