HƏŞƏM

is.
1. Döyülmək üçün dərzdən açılıb xırmana tökülən taxıl.
…Vələ qoşulmuş öküzlər, atlar həşəmin üstündə günortaya qədər hərlənir, birtəhər dəni küləşdən ayıra bilirdilər. B.Bayramov.

□ Həşəm etmək – taxılı dərzlərdən açıb döyülmək üçün xırmana tökmək.
[Uşaqlar:] Eybi yoxdur, biz həşəm eləyənədək gün qızar. Q.İlkin.

2. Quru ot, ələf.
Qızıl gülü dərərlər; Həşəm üstə sərərlər; Rəngimi yar saraldıb; Qızdırmadan görərlər. (Bayatı).
Bezdən bir adam fiquru tikib içinə həşəm doldurardılar. H.Sarabski.

HƏSSASLIQ
HƏŞƏMƏT

Значение слова в других словарях