HƏMRƏY

sif.is. [ fars. həm və ər. rəy] Bir fikirdə, bir rəydə olan; həmfikir, yekdil.
[Əmiraslan ağa:] Hansınız mənimlə həmrəydir, buyursun, gözüm üstə yeri var. S.S.Axundov.
Görünür ki, [Şirin Rüstəmbəylə] bəzi nöqtələrdə həmrəy deyildi. Çəmənzəminli.
□ Həmrəy olmaq – bir rəydə, bir fikirdə olmaq, həmfikir, yekdil olmaq. N.Vəzirov
yeni komediyaları və “Dərviş” imzalı publisist əsərləri ilə mollanəsrəddinçilərlə həmrəy olduğunu göstərirdi “Əkinçi”.

Синонимы

  • HƏMRƏY həmfikir — yekdil
  • HƏMRƏY HƏMRƏY [Əmiraslan ağa:] Hansınız mənimlə həmrəydir, buyursun, gözüm üstə yeri var (S.S.Axundov); HƏMFİKİR Həmfikir, həmdərd olaq, məskən salarsaq hard
HƏMRƏNG
HƏMRƏYLİK
OBASTAN VİKİ
Həmrəylik
Həmrəylik, solidarizm və ya solidarlıq; Bir cəmiyyəti təşkil edən qruplar və ya siniflər arasında psixoloji birlik hissi yaradan duyğuların, düşüncələrin və ümumi maraqların qarşılıqlı olaraq əlaqəsidir(). Həmrəylik, sinfi əməkdaşlığı müdafiə edir və sinfi qarşıdurmanı rədd edir. Kollektivizmdən fərqli olaraq həmrəylik fərdləri rədd etmir və fərdləri cəmiyyətin əsası kimi görür. İnsanların cəmiyyət daxilində olan sosial münasibətlərindən istifadə edərək onların bir-biri ilə bağlı olduğu fikrini müdafiə edir. Bu termindən sosial elmlərdə, xüsusilə də sosiologiya və psixologiyada geniş bir formada istifadə olunur. Həmrəylik Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasının 6 əsasından 4-cü olanıdır. Hər il dekabr ayının 20-si Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd olunur. Ümumdünya Bioetika və İnsan Hüquqları Bəyannaməsinin də 13-cü maddəsi həmrəyliyə həsr olunmuşdur. Həmrəyliyin yaranma yolları cəmiyyətdən cəmiyyətə görə dəyişikliklər nümayiş etdirir. İbtidai cəmiyyətlər qan qohumluğu və qohumluq münasibətləri əlaqələri üzərində formalaşdırıldığı halda, daha inkişaf etmiş və mürəkkəb cəmiyyətlərdə isə sosial həmrəylik bir çox fərqli mənbələrə malik ola bilər.
Həmrəylik günü
Həmrəylik günü (film, 1976)
== Məzmun == Film Asiya və Afrika ölkələri xalqlarının həmrəyliyinin IV sovet konfransına həsr olunmuşdur. Konfrans Bakıda "Böyük Oktyabr Sosialist İnqilabı və Asiya, Afrika və Latın Amerikası xalqlarının milli-azadlıq hərəkatı" devizi altında keçirilmişdir. Qonaqların qarşılanması, onların şəhərimizin görməli yerləri ilə və ən iri müəssisələrlə tanışlığı, konfransın gedişi filmdə öz əksini tapmışdır. Məişət kondisionerləri zavodunda, V.İ.Lenin adına Azərbaycan boru-prokatı zavodunda, Xalqlar dostluğu parkında, Serebrovski adına NQÇİ-də, konfrans iştirakçılarının Qubaya, Şamaxıya, Gəncəyə və Azərbaycanın digər şəhərlərinə səfəri zaman çəkilmiş kadrlar filmə daxil edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Tofiq Sultanov, Mehman Dadaşov, Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında
== Həndbolda qazanılan medallar == Dünyanın məşhur idman növlərindən biri olan həndbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Həndbol yarışlarında 8 kişi komandası və 4 qadın komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilib. Puşkatma Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və İordaniya komandaları yarışacaqlar. == Arena == === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (kişilər) === === Qrup mərhələsi === === A Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == === B Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == == Pley-of mərhələsi == == 7-8 ci yerlər uğrunda oyun == == 5-6 ci yerlər uğrunda oyun == == Bürünc medal uğrunda oyun == == Final == === Final mərhələsi === === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (qadınlar) === Puşkatma Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər. Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışına start verilib.
Islamda həmrəylik
İslamda həmrəylik – Əqidə və şəriət məsələlərində etiqad edilməsi və qəbul olunması zəruri sayılan mövzulardan başqa digər müxtəlif anlayışları, ümumilikdə isə islam məzhəblərini "vahid İslam ümməti" adı altında bir araya gətirmək, müsəlmanlar arasındakı fikir müxtəlifliyinə səbəb olan məsələlərə obyektiv münasibət bəsləmək, İslamda məzhəblər arasında ortaq məxrəcə gələ bilmək imkanlarını araşdırmaq, fikir müxtəlifliyinin təbii qəbul etmək və qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq prinsiplərin əsas tutan ideyadır. Ideyanın əsas məqsədi məzhəblərarası yaxınlaşmanı təmin etməkdir. == İdeyanın İnkişaf Tarixi == === Qurani-Kərim === Həmrəylik islamın içindən qaynaqlanır. İslamın müqəddəs kitabı Qurani-Kərimdə deyilir: 1) "Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizi müsəlman adlandırdı" (Həcc, 78). 2) "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" (Əli İmran, 103) 3) "Allaha və Peyğəmbərinə itaət edin, birbirinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbir edənlərlədir" (Ənfal,46). === Peyğəmbərin "Üxuvvət" islahatı === İslam dinində din qardaşlığı qan qardaşlığından daha dəyərli hesab olunur. Bu ideoloji yanaşmanın kökündə islamın müqəddəs kitabı olan Qurani-Kərimdən qaynaqlanan "dini qardaşlıq" prinsipi durur. Bu prinsip daxili həmrəyliyi qoruyur. İslamı qəbul etmiş iki şəxs arasındakı etnik, dil və digər fərqlər silinir və onların arasında düşmənçilik yolverilməz hesab olunur.
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü (ing. International Day of Journalists' Solidarity) — Hər il sentyabrın 8-də dünya üzrə qeyd olunan jurnalistlərin, repartyorların və müxbirlərin beynəlxalq həmrəyliyi günü. Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu bayram toplantılarında təcrübə mübadiləsi ilə yanaşı, bəzən hətta təhlükəli olan zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. == Tarixi == Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabr ayının 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. BMT tərəfindən təsis edilmiş bayram sadəcə peşə bayramı kimi qeyd olunmur, bu gün bütün jurnalistlər özlərini həmrəy və birlik içində hiss edirlər.
Kommunal həmrəylik
Kommunal həmrəylik, bir kənd və ya kənd icması (bir cəmiyyət tərəfindən də edilə bilər) içində işlərin könüllü və ya məcburi olaraq həmrəylik göstərərək edilməsidir. Kəndin hər hansı bir probleminin həll edilməsinə qərar verilibsə bu zaman kənddəki hər ev işçi çatışmazlığını ödəməlidir. Əgər pul da toplanacaqsa buna Mərkəz lövhəsi deyilir. Bir çatışmazlıq üçün pul toplanılmasına qərar verilibsə, hər evin ölçüsünə nisbətdə maddi kömək edilməlidir. Kommunal işbirliyi, kəndlərdə və ya kiçik qəsəbələrdə hər kəs tərəfindən qəbul edilmiş yazılmamış qanuna əsaslanan bir həmrəylik təşkilatıdır. Bir bələdiyyənin görməli olub lakin görmədiyi bir çox iş bu şəkildə edilir. Kommunal həmrəyliklə edilən bəzi işlərə nümunə aşağıda göstərilmişdir: Kənddə kanalizasiya sisteminin qurulması Kənddə otlaq sahələrinin təmizlənməsi. Toy və ya yas yerlərinin qurulması. Məktəb tikintisi. Məscid tikintisi.
Mexaniki və üzvi həmrəylik
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
Milli Həmrəylik Partiyası
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. == Tarixçə == === Demokratik Azərbaycan Dünyası Partiyası (1992–2020) === 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib. 2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində 2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. === Milli Həmrəylik Partiyası (2020–2023) === 23 avqust 2020-ci ildə DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi. 9 iyun 2023-cü ildə Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. == Rəhbərlik == Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir.
Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqı
Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqı (RHXHİ; rus. Наро́дно-трудово́й сою́з русских солидаристов) — Rusiya mühacirətinin siyasi təşkilatı. "Posev" adlı nəşriyyatı vardı, "Posev" və "Qrani" jurnallarını, həmçinin "Za Rossiyu" qəzetini nəşr etmişdir. RHXHİ-nin emblemi "ağ, mavi və qırmızı fonda və ya qara-ağ fonda qızıl trident şəklində təsvir edilmiş Kiyev Böyük knyazı Müqəddəs Vladimirin ailə emblemidir". == Siyasi mövqeyi == RHXHİ-yə üzv olmaq üçün 1895-ci ildən sonra doğulmaq zəruri şərt idi. Bu meyar insanların Oktyabr inqilabının başlanmasında birgə məsuliyyət daşımasının qarşısını almaq üçün qoyulmuşdu. İttifaqın üzvləri bolşevik rejimi ilə barışmaq istəyən mühacir təşkilatlarına üzv ola bilməzdilər. RHXHİ-nin ideologiyası XIX əsrin sonunda formalaşan həmrəylik doktrinasına əsaslanırdı. Marksist sinfi mübarizəyə alternativ olaraq, həmrəyliyi və müxtəlif sosial təbəqələrin ümumi idealını təbliğ edirdi. Təşkilatın proqramının əsas elementlərindən biri də qeyri-aqressiv aspektində milliyətçilikdir.
Su polosu 2017 İslam Həmrəyliyi Oyunlarında
2017 İslam Həmrəyliyi Oyunlarında Su polosu yarışları 13 - 18 may tarixində 1 qruplu dairəvi sistem əsasında keçirilmişdir. Bir mükafat dəsti kişilər arasında oynanmışdır. Təsnifat mərhələsi 7 aprel 2017-ci ildə keçirilmişdir.
Taekvondo 2017 İslam Həmrəyliyi Oyunlarında
Voleybol IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 11–21 may tarixləri arasında Bakı Kristal Sarayında baş tutacaq.
Voleybol 2017 İslam Həmrəyliyi Oyunlarında
Voleybol IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 11-21 may tarixləri arasında Bakı Kristal Zalında baş tutacaq. == Voleybolda qazanılan medallar == == Kişilər == Kişilərin yarışında on komanda iki qrupda gücünü sınayacaq. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər. “A” qrupunda Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və Fələstin, “B” qrupunda İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri yer alıblar. === Qurup oyunları === ==== A Qrupu ==== ==== B Qrupu ==== == Pley-of mərhələsi == ==== Yarımfinal ==== ==== Bürünc medal uğrunda oyun ==== ==== Final ==== == Arena == == Qadınlar == Voleybol üzrə qadınların yarışında dörd komanda - Azərbaycan, Türkiyə, Qırğızıstan və Tacikistan bir qrupda dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda ilk dörd yeri tutan komanda yarımfinalda çıxış edəcək.
Vətəndaş Həmrəyliyi (qəzet)
Vətəndaş Həmrəyliyi Partiyası və ya qısaca VHP — Azərbaycanda 26 sentyabr 1992-ci ildə istiqlalçı millət vəkili, xalq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının başçılığı ilə qurulmuş, Ədliyyə Nazirliyi tərəfindən 3 noyabr 1992-ci ildə qeydiyyata alınmış siyasi partiya. == Tarixi == VHP-nin əsas məqsədi Azərbaycan Respublikasında müstəqil, demokratik, dünyəvi, hüquqi dövlətin qorunması, azad vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün təbəqələrdən olan Azərbaycan Respublikası vətəndaşlarını birləşdirməkdir. Azərbaycan Respublikasının Milli Məclisində 3 millət vəkili ilə Yeni Azərbaycan Partiyasından sonra millət vəkili sayına görə 2-ci partiyadır. Partiyanı Azərbaycan Milli Məclisi VII çağırışında 3 millət vəkili — Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilə Rüstəmxanlı təmsil edir. Rafael Hüseynov həmçinin Milli Məclisin sədr müavinidir. Partiyanın 15 dekabr 2006-cı il tarixindən etibarən Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Almas Qəhrəmanlıdır. Partiyanın mətbu orqanı "Vətəndaş Həmrəyliyi" qəzeti, "Bakı Təbriz" jurnalı və "www.vhp.az" internet saytıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin 61%-i kişi, 39%-i isə qadın olmuşdur. === Qurucu üzvlər === == İdeologiya == Vətəndaş Həmrəyliyi Partiyasının əsas ideyası həmrəylikdir. Partiya "həmrəylik" ifadəsini azadlıq, bərabərlik məqsədlərinə çatmaq, bu dəyərləri gerçək məzmunla doldurmaq üçün insanların birgə fəaliyyəti, bütün bölgə və təbəqələrin milli məqsədlər uğrunda birləşməsi, zəiflərə himayə və qarşılıqlı yardım olaraq izah edir.
Vətəndaş Həmrəyliyi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası və ya qısaca VHP — Azərbaycanda 26 sentyabr 1992-ci ildə istiqlalçı millət vəkili, xalq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının başçılığı ilə qurulmuş, Ədliyyə Nazirliyi tərəfindən 3 noyabr 1992-ci ildə qeydiyyata alınmış siyasi partiya. == Tarixi == VHP-nin əsas məqsədi Azərbaycan Respublikasında müstəqil, demokratik, dünyəvi, hüquqi dövlətin qorunması, azad vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün təbəqələrdən olan Azərbaycan Respublikası vətəndaşlarını birləşdirməkdir. Azərbaycan Respublikasının Milli Məclisində 3 millət vəkili ilə Yeni Azərbaycan Partiyasından sonra millət vəkili sayına görə 2-ci partiyadır. Partiyanı Azərbaycan Milli Məclisi VII çağırışında 3 millət vəkili — Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilə Rüstəmxanlı təmsil edir. Rafael Hüseynov həmçinin Milli Məclisin sədr müavinidir. Partiyanın 15 dekabr 2006-cı il tarixindən etibarən Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Almas Qəhrəmanlıdır. Partiyanın mətbu orqanı "Vətəndaş Həmrəyliyi" qəzeti, "Bakı Təbriz" jurnalı və "www.vhp.az" internet saytıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin 61%-i kişi, 39%-i isə qadın olmuşdur. === Qurucu üzvlər === == İdeologiya == Vətəndaş Həmrəyliyi Partiyasının əsas ideyası həmrəylikdir. Partiya "həmrəylik" ifadəsini azadlıq, bərabərlik məqsədlərinə çatmaq, bu dəyərləri gerçək məzmunla doldurmaq üçün insanların birgə fəaliyyəti, bütün bölgə və təbəqələrin milli məqsədlər uğrunda birləşməsi, zəiflərə himayə və qarşılıqlı yardım olaraq izah edir.
Zorxana 2017 İslam Həmrəyliyi Oyunlarında
Zorxana IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 20-22 may tarixləri arasında Bakı Kristal Zalında baş tutacaq.
İslam Həmrəyliyi Oyunları
İslam Həmrəylik Oyunları — dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. == Tarix == İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir. İkinci İslam Həmrəylik Oyunları planlaşdırılırdı ki, 2009-cu ildə oktyabrda İranda keçirilsin, amma sonra tarixi 2010-cu ilin aprel ayına saldılar, lakin Fars Körfəzinin (Ərəb) adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən ləğv edildi. İran və ərəb dövlətləri arasında olan körfəzin ad verilmə ilə bağlı mübahisələri həmişə ziddiyyətlərə səbəb olmuşdur, ona görə ki, bəzi ərəb ölkələrində "Fars körfəzi" Ərəb körfəzi kimi tanınır. 3-cü dəfə oyunlar 2013-cü ildə İndoneziyada keçirildi. Yarış dördüncü dəfə 2017-ci ildə Bakıda keçirildi. == İdman növləri == İslam Həmrəyliyi Oyunlarında 18 idman növü təqdim olunur. == Medal sayı == Aşağıda İslam Həmrəyliyi Oyunları turnirlərində medal cədvəli göstərilib.
İslam Həmrəyliyi Oyunları 2005
2005 İslam Həmrəyliyi Oyunları və ya I İslam Həmrəyliyi Oyunları — Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutmuş olan idman oyunlarıdır. 8-20 aprel tarixləri ​​arasında baş tutmuş olan oyunlarda 6000-ə idmançı iştirak etmişdir. 55 dövlətin iştirakı ilə bu oyunlar baş tutmuşdur. Əbdülməcid bin Əbdüləziz tərəfindən rəsmi açılışı edilib. Oyunlar Kral Əbdüləziz Stadionunda baş tutmuşdur.
İslam Həmrəyliyi Oyunları 2010
II İslam Həmrəyliyi Oyunları — 2010-cu ildə keçiriliməsi nəzərdə tutulan idman oyunları. İdman oyunu baş tutmamış, təxirə salınmışdır. II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında Tehranda (İran) keçirilməsi planlaşdırılırdı. Lakin 2009-cu ilin mayında məlum oldu ki, Fars körfəzinin adı ilə bağlı mübahisə yarandığından İran onların keçirilməsini 2010-cu ilin aprel ayına qədər təxirə salmağa məcbur olub. Belə ki, oyunlar barədə çap məhsullarında "Fars körfəzi" sözunun işlədilməsindən sonra, Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələri bu ifadənin istifadəsinə etiraz ediblər. Onlar bunun əvəzinə “Ərəb körfəzi” və ya sadəcə “Körfəz” ifadəsinin işlədilməsini təkid edirdilər. Tərəflər razılığa gəlmədiyi üçün 2010-cu il yanvarın 17-də II İslam Həmrəyliyi Oyunlarının keçirilməyəcəyi açıqlandı.
İslam Həmrəyliyi Oyunları 2013
İslam Həmrəyliyi Oyunları — 2013-cü ildə İndoneziyada keçirilən idman oyunları. == İştirakçı ölkələr == 2013 İslam Həmrəylik Oyunlarında 41 ölkə iştirak etmişdir.
İslam Həmrəyliyi Oyunları 2013 — Yüngül atletika
İslam Həmrəyliyi Oyunları 2017
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ilin 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi-idman turniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdir. Turnirin sayca ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu. == Yer seçiminin keçirilməsi == 2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanı Azərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü. 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olundu. == İştirakçı ölkələr == İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak etmişilər. Küveyt Olimpiya Komitəsinin fəaliyyətininin dayandırılması səbəbindən Küveytli idmançılar oyunlarda İslam Həmrəyliyi Federasiyasının bayrağı altında İHİF-in müstəqil idmançıları kimi iştirak etməsi nəzərdə tutulurdu, amma bu ölkə Liviya və Sudan kimi açılış mərasimindən bir gün əvvəl Oyunlarda iştirakdan imtina etdilər. Aşağıda iştirakçı ölkələrin siyahısı göstərilib, mötərizədə nümayəndə heyətinin sayı göstərilib. == Məkanlar == İslam Həmrəyliyi Oyunları üçün yeni heç bir idman arenası tikilmədi. Yarışlar 16 idman arenasında keçirildi.
İslam Həmrəyliyi Oyunlarında futbol
İslam Həmrəyliyi Oyunlarında futbol — Milli futbol yığmalarının İslam Həmrəyliyi Oyunlarında qarşılaşdığı turnir.
2017 İslam Həmrəyliyi Oyunlarında futbol
Dünyanın ən məşhur idman növlərindən biri olan futbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Futbol yarışlarında 8 kişi komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən bir neçə məkanda keçirilib. Azərbaycan milli futbol komandasının ənənəvi ev stadionu olan Tofiq Bəhramov adına Respublika Stadionu final qarşılaşmasına, Dalğa Arena yarımfinal oyunlarına, Azal Arena və Bayıl Arena isə qrup mərhələsinin yarışlarına ev sahibliyi edib. Mayın 8-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib.. == Qrup mərhələsi == === Birinci tur === Səkkiz komandanın qatıldığı yarışda ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri də qələbə uğrunda mübarizə aparırlar. Azərbaycan millisi ev sahibi olduğu üçün "A" qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləridir. "B" qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışırlar. Yarışın ilk günündə Azərbaycan millisi "Bayıl Arena" stadionunda Kamerun yığması ilə qarşılaşıb.
2017 İslam Həmrəyliyi Oyunlarında həndbol
== Həndbolda qazanılan medallar == Dünyanın məşhur idman növlərindən biri olan həndbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Həndbol yarışlarında 8 kişi komandası və 4 qadın komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilib. Puşkatma Kişilər arasında həndbol yarışı üzrə püşk Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb. Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq. “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və İordaniya komandaları yarışacaqlar. == Arena == === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (kişilər) === === Qrup mərhələsi === === A Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == === B Qrupu === == Birinci tur == == İkinci tur == == Üçüncü tur == == Pley-of mərhələsi == == 7-8 ci yerlər uğrunda oyun == == 5-6 ci yerlər uğrunda oyun == == Bürünc medal uğrunda oyun == == Final == === Final mərhələsi === === Həndbol 2017 İslam Həmrəyliyi Oyunlarında (qadınlar) === Puşkatma Həndbol üzrə qadınların mübarizəsində beş komanda – Kamerun, Özbəkistan, Kot d`İvuar, Türkiyə və Azərbaycan yığma komandaları dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qrupda birinci və ikinci yeri tutan komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşan millilər isə bürünc medallar uğrunda mübarizəni davam etdirəcəklər. Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışına start verilib.

Значение слова в других словарях