HƏNDÜR-HÜNDÜR

(Bakı)
çala-çuxur. – Küçelər həndir-hündürdü, asvalt da döşemillər
HƏNDİR-HAMAR
HƏNƏ
OBASTAN VİKİ
Hündür acıyonca
Hündür acıyonca (lat. Coronilla coronata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü. == Arealı == Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Hündür araliya
Hündür araliya (lat. Aralia elata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Koreyada, Uzaq Şərqdə, Saxalində və Kuril adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-12 m-dək, düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu, budaqlı və gövdəli kiçik ağacdır. Yarpaqları növbəli, tökülən, iri, uzunluğu 1 m-dək, mürəkkəb, lələkvari, birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir. Çətirləri çoxsaylıdır, iri, mürəkkəb, süpürgəvari çiçək qruplarına, bəzən şaxələnmiş salxıma yığılmışdır. İyul-avqustda çiçəkləyir. Çiçəkləri xırda, ikicinsli və erkəkcikləri, inkişaf etməmiş yumurtalıqlı, əsasən beşhissəli, bəzən 4 və ya 6 hissəlidir. Kasacığı xırda dişlidir. Erkəkcikləri uzunsov tozluqludur: sütuncuğun altı hamst və ya zəif qabarıqdır; yumurtalığı iki-altı yuvalıdır.
Hündür ardıc
Hündür ardıc (lat. Juniperus excelsa) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Qara dəniz sahillərində, Krasnodar vilayətində, Krımda, Balkanda və Kiçik Asiyada yayılmışdır. Dəniz səviyyəsindən 360-400 m-ə qədər hündürlükdə dağ yamaclarında bitir. Toxumla çoxalır, palıdla, ardıcların digər növləri ilə birlikdə meşə qruplaşmalrında bitir. Toxumvermə bir ildən sonra müşahidə edilir. 600 ilə qədər yaşayır. 1941-1943-cü illərin hərbi hərəkatları, ardıc meşələrinin sistemsiz qırılması əkinlərə böyük ziyan vurmuşdur. Bundan əlavə 1951-1957-ci illərin quraqlıqları, zərərverici və xəstəliklərin kütləvi yayılması meşələrin vəziyyətinə mənfi təsir göstərmişdir. Hazırda Şimal-Qərbi Qafqazın hündür ardıc meşələrinin vəziyyəti acınacaqlıdır.
Hündür cil
Hündür cil (lat. Carex elata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. == Yarımnövləri == Carex elata subsp. elata — Avropa, Qərbi Asiya, Şimali Afrika Carex elata subsp. omskiana (Meinsh.) Jalas — Avropa, Sibir, Qərbi Asiya Carex elata subsp. reuteriana (Boiss.) Luceco & Aedo — İspaniya Carex elata subsp.
Hündür mahmızçiçək
Hündür mahmızçiçək (lat. Delphinium elatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Delphinastrum elatum (L.) Spach Delphinastrum hybridum (L.) Spach Delphinastrum urceolatum (Jacq.) Nieuwl. Delphinium alopecuroides R.Hogg Delphinium alpinum Waldst. & Kit. Delphinium alpinum var. hebecarpum Kulikov Delphinium atropurpureum Pall. Delphinium belladonna (Kelway) Bergmans Delphinium clusianum Host Delphinium cryophilum Nevski Delphinium davuricum Georgi Delphinium elatum var. belladonna Kelway Delphinium elatum var. bosniacum Pawł.
Hündür mərəvcə
Hündür mərəvcə (lat. Smilax excelsa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Kiçik Asiya və İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə, diametri 10-15 mm-ə çatan lianadır. Zoğları şirəli, lətli, qırmızıtəhər və çılpaqdır. Gövdələrinin uzunluğu 4-8 mm, iti iynələrlə örtülmüş, elastik, möhkəm, yaşılımtıl-boz rəngdədir. Yarpaqlari parlaq həmişəyaşıl, növbəlidir, dəyirmi və ya üçbucaq-yumurtavari, ucları sivriləşmiş, qaidə hissələri ürək şəklindədir. Yarpaq saplaqları tikanlı, qisadır. Çiçəkləri bircinsli, ikievli olub, yarımçətir şəklində, yaşilimtıl və ya yaşıl-qonur rəngdədir, uzunluğu 15-20 sm-dir. Salxım formalı qoltuq çiçəklərin uzunluuğu 4-10 mm, çiçək saplağının uzunluğu isə 5-7 mm-dir.
Hündür oplopanaks
Hündür oplopanaks (lat. Oplopanax elatus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin oplopanaks cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yatıq kol bitkisi olub, az budaqlanan və ya tək gövdəli olur. Cavan gövdələrindən tez sınan kövrək iynəcikli çıxıntılar çıxır. Yarpaqları azsaylı, növbəli, uzun saplaqlı, yuxarı gövdəyə bərabər səviyyədə yerləşir. Yarpaqlarının diametri 15-35 sm, 5-7 iri, çoxlu dişcikli-pərli və saplaqlı olub, uzunluğu 6-18 sm, qısa və sıx tikancıqları vardır. Çiçəkləri kiçik, görkəmsiz, az budaqlanan, kiçik çətirli, və metal parlaqlığı olan tükcükləri vardır. Lətli meyvələri qırmızı-çəhrayı olub, çəyirdəklidir. Xammal kimi bitkinin kök və kökümsovlarından istifadə edilir. Kökümsovları oduncaqlı olub, uzunluğu 35 sm, eni isə 2 sm, silindrik, əyilən, hətta budaqlanandır.
Hündür podokarp
Hündür podokarpus — Avstraliyada Cənubi Uelsin şərqində və Kvinslenddə bitən bitki. Hündürliyi 30–36 m-ə qədər və gövdəsinin qalınlığı 1,5m-ə qədər olan, qonur və ya tünd-qonur qabıqlı, orta ölçülü və ya iri, həmişəyaşıl ağacdır. Yarpaqları neştərvaridir, uzunluğu 5-15 sm və eni 6–18 mm- dir. Mikrostrobilləri xırdadır , spiral şəklində yerləşmiş çoxsaylı xırda mikrosporofillərdən ibarətdir və hərəsində 2 mikrosporangi vardır. Meqastrobil reduksiyaya uğramışdır və toxum qabığı ilə əhatə olunmuş bir toxum rüşeymindən ibarətdir. Bəzən toxum qabığı tamamilə olmur. Mayda iyulda çiçəkləyir. Erkək strobilləri ensiz-silindirik, sırğavari, uzunluğu 3 sm olub, təxminən oturaqdır. Dişi qozaları saplaqlı, tək, azsaylı qabıqlıdır, yarpaq qoltuğunda yerləşir. Meyvələri al-qırmızıdır, göy mum çöküntüsü ilə örtülmüş, ətlidir.
Hündür turşəng
Hündür turşəng (lat. Oxyria elatior) - turşəng cinsinə aid bitki növü.
Hündür xəşənbül
Hündür xəşənbül (lat. Melilotus altissimus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Medicago altissima (Thuill.) E.H.L.Krause Sertula altissima (Thuill.) Kuntze Trifolium altissimum (Thuill.) Loisel.
Hündür şişkinot
Hündür şişkinot (lat. Gastrodia elata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin şişkinot cinsinə aid bitki növü.
Hündür mərtəbəli avtobus
Hündür mərtəbəli avtobus, avtobus və ya trolleybus. Avtobusa girmək üçün bir neçə pilləkən vardir. Midiavtobuslar, mikroavtobuslar, şəhərlərarası avtobuslar, sərnişin avtobusları, qatarlar, yüngül relsli sistemlər və digər dəmir yolu nəqliyyat vasitələri kimi ictimai nəqliyyat vasitələri bu xüsusiyyəti daşıyır. Müasir dövrdə ictimai nəqliyyatda edilən yeniliklərlə əlaqəli, daha çox şəhər xaricində və xüsusi məqsədlər üçün istifadə olunur.
Antarktikanın ən hündür dağları
Antarktikanın ən hündür dağları — siyahıda Antarktida və Antarktika ərazisində mövcud olan hühüm yüksəkliklər əsk olunmuşdur. Dünyada «Ultra-pik» adlandırılan 1515 zirvə mövcuddur. Antarktida ərazisində və ətraf adalarda 40 bu tip piklər mövcuddur. == Antarktida == == Cənubi Atlantika == == Həmçinin bax == Antarktika vulkanlarının siyahısı == İstinadlar == == Mənbə == «Antartica — Ultra Prominences».
Ən hündür binaların siyahısı
Ən hündür binaların siyahısına hündürlüyü 300 metr və daha artıq olan göydələnlər daxil edilmişdir. Bu alt siyahıya tikintisi başa çatmış və hal-hazırda tikilməkdə olan, ancaq maksimal hündürlüyünə çatmış binalar daxil ediliblər. Bina sözünün altında insanların yaşayışı üçün və/yaxud fəaliyyəti üçün nəzərdə tutulmuş yerüstü tikililər başa düşülür. Digər məqsədlər üçün nəzərdə tutulmuş tikililər (məsələn: televiziya qüllələri, tüstü turbaları və d.) hesaba alınmır.
Avropanın ən hündür binalarının siyahısı
Avropanın ən hündür binalarının siyahısı —
Dünyanın ən hündür binalarının siyahısı
Ən hündür binaların siyahısına hündürlüyü 300 metr və daha artıq olan göydələnlər daxil edilmişdir. == Tikilmiş və tikilmək üzrə olan binalar == Bu alt siyahıya tikintisi başa çatmış və hal-hazırda tikilməkdə olan, ancaq maksimal hündürlüyünə çatmış binalar daxil ediliblər. Bina sözünün altında insanların yaşayışı üçün və/yaxud fəaliyyəti üçün nəzərdə tutulmuş yerüstü tikililər başa düşülür. Digər məqsədlər üçün nəzərdə tutulmuş tikililər (məsələn: televiziya qüllələri, tüstü turbaları və d.) hesaba alınmır.
Dünyanın ən hündür heykəllərinin siyahısı
Dünyanın ən hündür heykəllərinin siyahısına hündürlüyü 25 m-ə bərabər və ya daha çox olan heykəllər daxildir. Siyahıda hazırda mövcud olan müxtəlif ölçülü heykəllər, heykəlin özünün hündürlüyünə görə (postamentsiz) sıralanır. Siyahıya yalnız obyekti ayrılıqda və tam boyunda təsvir edən heykəllər daxildir. Xüsusilə, buna görə də, siyahıya İmperator Ya və Xuanın heykəlləri (106 m), Leşanda Budda heykəli (71 m) və Bamiyan Budda heykəlləri (55 və 37 m) daxil edilmir. Böyük Sfinks (20 m) kimi bir çox tanınmış monumental heykəllər 25 m hündürlüyə çatmır və onlar da siyahıya daxil edilmir. Siyahıdakı tünd boz dağıdılmış heykəlləri, açıq boz — məhv edilmiş, lakin sonradan bərpa edilmiş heykəlləri göstərir.