HALALLAŞMAQ

qarş. Ölərkən və ya uzun müddətə ayrılarkən bir-birinin pisliyinin və ya borclarının üstündən keçmək, bir-birini bağışlamaq.
Səfərlə Miraxur Kürün qırağına qədər bir yerdə getdilər, orada halallaşıb ayrıldılar. Çəmənzəminli.
[Səlimi Rza xana:] …Kəndli öləcəyini gördükdə dostaşna və arvad-uşaqla halallaşmağa başlayır… M.İbrahimov.

HALALLAŞMA
HALALLIQ

Значение слова в других словарях