HAMİLİK
HAMPA
OBASTAN VİKİ
Hamm
Hamm (alm. Hamm‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Arnzberq inzibati dairəsində şəhər. Sahəsi 226.43 km2, əhalisi 176 048 nəfərdir (2013).
Banu Hammud
Həmmudilər və ya Bəni-Həmmud (ərəb: بنو حمود) — qısa müddət ərzində Kordova xilafətini və Malaqa və Algeciras taifalarını idarə edən Bədəvi ərəb müsəlman ailəsi. == Sülalə == Bu sülalə onların əcdadı, İdrisilər sülaləsinin banisi İdris ibn Abdullahın və Fatimə və Əlinin oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsi olan Həsənin, şərəfinə Həmmudun adlandırılmışdır. Süleyman ibn əl-Həkəm bərbər müttəfiqləri üçün Əndəlüs torpağını ələ keçirdikdə, Hammudid ailəsinin iki üzvünə Algeciras, Seuta və Tangier qubernatorluğu verildi. Beləliklə, Hammudilər Cəbəllüttariq boğazından keçən nəqliyyata nəzarəti ələ keçirdilər və birdən-birə güclü bir qüvvəyə çevrildilər. Taxtdan salınmış II Hişamın adından hərəkət etdiyini iddia edərək, Seutanın Hammudid valisi Əli ibn Həmmud əl-Nasir 1016-cı ildə Xəlifə taxtına oturduğu Kordova üzərinə yürüş etdi. 1056-cı ildə sonuncu Hammudi xəlifəsi taxtdan endirildi və əvvəllər Hammudilərin ən mühüm dəstəkçiləri olan Qranada Ziriləri Malaqanı itirdi. Sonra Hammudi ailəsi Seutada məskunlaşmağa məcbur oldu.
Burc Hammud
Burc Hammud (ərəb. برج حموﺪ‎, erm. Պուրճ Համուտ) - Livanın paytaxtı Beyrut şəhərinin inzibati vahidlərindən biri. Burc Hammud Livan ermənilərinin Livanda ən çox yaşadığı yer hesab olunur. Ermənilərin Burc Hammuda kütləvi şəkildə yerləşməsi, 1915-ci il hadisələrindən sonra baş vermişdir. Həmin dövrdə Burc Hammuda minlərlə erməni ailələri köçmüşdür. Qısa zamanda səmtdə Erməni Qriqoryan Kilsəsi açılmışdır. Livan vətəndaş müharibəsi zamanı, müharibədə aktiv iştirak etmiş Daşnaksütun partiyası və digər erməni terrorçuları, Burc Hammuddan qərargah kimi istifadə etmişdilər. 2011-ci ilə olan məlumata əsasən səmtdə 150.000 insan yaşayır. Burc Hammudda ermənilərə məxsus bir neçə orta məktəb və kilsələr fəaliyyət göstərir.
Daq Hammarşeld
Daq Yalmar Aqne Karl Hammarşeld (isv. Dag Hjalmar Agne Carl Hammarskjöld; 29 iyul 1905[…] – 18 sentyabr 1961[…]) — İsveç diplomatı, iqtisadçısı və müəllifi, BMT-nin ikinci Baş katibi (1953-1961). 1961-ci ilin sentyabr ayında Şimali Rodeziyada təyyarə qəzasında həlak olmuşdur. O, ölümündən sonra Nobel Sülh Mükafatına layiq görülmüş ilk şəxsdir (1961). O, həmçinin şair, jurnalist və esse müəllifi kimi tanınır. İsveç Akademiyasının üzvü (1954). ABŞ Prezidenti Con Kennedi onu XX əsrin ən böyük dövlət xadimi adlandırmışdı. == Erkən həyatı == Daq Hammarşeld Yönçöpinqdə, 1914-1917-ci illərdə İsveçin baş naziri olmuş Hyalmar Hammarşeldin ailəsində doğulmuş, uşaqlığının əksər hissəsini Uppsalada keçirmişdir. Onun nəsli XVII əsrdən İsveç monarxiyasına qulluq edirdi. Daq Hammarşeld Uppsala Universitetində əvvəlcə Hüquq ixtisası üzrə bakalavr, sonra isə Siyasi-İqtisad magistr təhsili almışdır.
Eyad Hammoud
Eyad Hammoud (Bolqarca: Ияд Хамуд; 24 iyul 2001-ci ildə anadan olub) — Çempionşip təmsilçilərindən olan Şeffild Uensdey komandasında hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan — Livan futbolçusudur. == Karyerası == === Lokomotiv Plovdiv === Hammoud öz peşəkar karyerasında debütünü Lokomotiv Plovdiv klubu ilə 20 noyabr 2016-cı ildə yerli derbilərdən sayılan Botev Plovdiv klubu ilə oyunda etmişdir. Meydana 15 yaş 3 ay 26 günlüyündə çıxan Hammoud Bolqarıstan Milli Futbol Çempionatında oyuna çıxan ən gənc ikinci futbolçu hesab edilir. Həmin görüşdə Lokomotiv 2-0 hesabı ilə qələbə qazandı və Hammoud birinci qol vurularkən qol ötürməsi ilə yadda qaldı. === Şeffild Uensdey === 2017-ci ilin əvvələrində Hammoud Şeffild Uensdey klubunda baxışdan keçmişdir. O, yayda klub ilə müqavilə imzalamaq üçün Lokomotiv klubuna geri dönmüşdür. 27 iyun 2017-ci ildə Hammoud icazə əldə edənə qədər klubun U-18 millisi ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == === Gənclər === Hammoud 23 may 2017-ci ildə Bolqarıstan U-16 millisi ilə Kipr U-16 millisinə qarşı oyunda iştirak etmiş və görüş 1-1 hesabı ilə başa çatmışdır. == Karyera statistikası == === Klub === 3 Dekabr 2016 tarixində yenilənib == Şəxsi həyatı == Hammoud Livanda anadan olmuşdur. Onun atası Omar Hammoud Livanlı, anası Mariya isə Bolqarıstanın Burqas şəhərindəndir.
Hamad Əl-Hammadi
Hamad Əl-Hammadi (26 noyabr 1975) — Qətəri təmsil edən stolüstü tennisçi. == Karyerası == Hamad Əl-Hammadi Qətəri 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Hamad Əl-Hammadi Qətəri 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
HammAli & Navai
HammAli & Navai — Azərbaycanlı repçilər HammAli (Aleksandr (Sadiq) Əliyev) və Navai-dən (Nəvai Bəkirov) ibarət olan Rusiya rep dueti. Nəvai 2021-ci ilin aprel ayında qrup mövcudluğuna son qoyub.
Hammam (Çaroymaq)
Hammam (fars. حمام‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (7 ailə).
Hammamiyan (Bükan)
Hammamiyan (fars. حماميان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 836 nəfər yaşayır (160 ailə).
Hammer burnu
Hammer burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən qayalardan ibarət burundur. Burun Dreyk boğazından 1 km şimal-qərbdə yerləşmişdir. Burun Nevestino buxtasından isə cənub-qərbdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur.Burunun kim tərəfindən adlandırılması məlum deyil. == Yerləşməsi == Fort Vilyam burnundan 5.17 km şimal-şərqdə, Katarina burnundan 2.08 km cənub-qərbdə, Nevell burnundan 6.79 km şimal-qərbdə, Heyvuud adasından 2.24 km-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Hammurapi
Hammurapi (təq. e.ə. 1810, Babilistan – təq. e.ə. 1750, Babilistan) — Babil hökmdarı. Qədim Babil imperiyasının banisi və amarilərin ən qüdrətli hökmdarı. == Hakimiyyəti == Onun hakimiyyətə gəldiyi vaxt amarilər cənubi Mesopotamiyada müharibə aparan bir neçə tayfadan biri idi. Lakin e.ə. 1763-cü ildə Hammurapi bütün Şumeri isğal etdi ve e.ə. 1755-ci ildən etibarən o Suriya sərhədlərindəki ən son torpaqlara qədər, Mesopotamiyanın yerdə qalan bütün ərazilərini də fəth etmişdi.
Hammurapi qanunları
Hammurapi qanunları - Eşnunna şəhər dövlətinin qanunları, akkad dilində yazılmış ilk sənəddir. Eşnunna (indiki Tel abu-Harmal) Diyala çayı hövzəsində yerləşirdi. Bu irihəcmli qanunlar külliyyatı qədim Babilistanda yaradılmışdı. Bu məşhur qanunlar hökmdar Hammurapiyə məxsusdur. == Tarixi == Qanunlar 2,25 metr hündürlüyündə qara bazalt daş üzərinə mixi yazılar ilə həkk olunmuşdu. E.ə. XII əsrdə Elam hökmdarı I Şutruk-Nahhunti həmin qara daşı qənimət kimi paytaxt Suz şəhərinə gətirmişdi. Daşın bir hissəsi Elam hökmdarının göstərişi ilə qaşınmışdı. O, əməllərini buraya yazdırıb öz adını əbədiləşdirmək istəyirdi. Lakin bizə məlum olmayan səbəbdən bu, baş tutmamışdı.
Hammurapi qanunu (roman)
Hammurapi qanunu — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Roman Qanun nəşriyyatında nəşr edilib. == Məzmun == Kseniya Morjikova — bu ad oxucuya müəllifin Azərbaycan dilində nəşr olunmuş "İngilis bulvarı" və "Tver bulvarı" romanlarından tanışdır. O, Moskvada, Mark Borisoviç Rozentalin vəkil kontorunda çalışan hüquqşunas qadındır. Eyni zamanda bütün tanışları bu qadını həvəskar detektiv kimi tanıyırlar.
Pentacalia hammenii
Pentacalia hammenii (lat. Pentacalia hammenii) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid biki növü.
Qriqor Hammam
Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı, alim, yazıçı. == Həyatı == Atrnersehin oğlu idi. Nə vaxt doğulduğu haqda məlumat yoxdur. == Hakimiyyəti == Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi. O, qısa müddətə olsa da,"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi." Moisey Kalankatlı onun haqqında yazır: "Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər gördü." == Sacilərlə münasibətlər == 893-cü ildə Qriqor Hammam Sacilər sülaləsindən olan Azərbaycan əmiri Məhəmməd ibn Əbu Sac tərəfindən tutulmuş erməni katolikosu II Georqu böyük məbləğ qarşılığında azad edərək Ermənistana göndərmişdi. == Yaradıcılığı == Qriqor Hammam eyni zamanda "Suallar və Cavablar" (856–865) traktatının müəllifidir. Onun bir neçə dini-liturgiya xarakterli şeirləri də dövrümüzə çatmışdır. O, Frakiyalı Dionisiyanın qrammatikasının tərcüməsinin və bir neçə başqa əsərin müəllifidir.
Riçard Hammond
Richard Hammond (19 dekabr 1969) — İngilis televizya aparıcısı. Müxtəlif televiziya şouları aparsa da xüsusilə təqdim etdiyi sənədli filmlər və dünyanın ən çox izlənən TV proqramı ünvanına sahib Top Gear ilə tanınır. Richard Hammond's Crash Course, Richard Hammond's Engineering Connections, Total Wipeout kimi proqramların aparıcısıdr. Bundan əlavə Blast Lab və Top Gear: Uncoveredin quruluşcu rejissorudur.
Yan Hammer
Yan Hammer (çexcə: Jan Hammer, 17 aprel 1948, Praqa, Çexiya) - Çexiya kompozitorudur. Bir neçə dəfə "Qremmi" mükafatına layiq görülmüşdür. 1970-ci illərin əvvəllərində "Mahavishnu Orchestra" musiqi qrupunda çalışmış, "Mayami polisləri" teleserialı, Qaranlıq mələyi və çox filmlərə musiqi bəstələmişdi.

Значение слова в других словарях

винто́вочный ду́рень не под ма́сть понакопи́ться забази́ровать несоотве́тственный обокра́сть попасться на уду́, удочку послу́шница со́тый центризбирко́м онава правописание себра dulse headscarf idiot's lantern logic nucha rachides separatistic волчок созерцать тонко фрачный