HARAY

гьарай (1. межд. дад, аман, дад-феряд; 2. сущ. гьай-гьуй, гьарай-эвер, арам-шарам, чӀеря-пӀеря; гьарайдай, цӀвагъдай ван; haray salmaq гьарай кутун а) гьарай авун, гьараюн, цӀвагъун; б) гьарай-эвер кутун, ван кутун; 3. сущ. куьмек, имдад; haraya gəlmək (yetmək, yetirmək, çatmaq) гьарайдиз атун (агакьун, агакьарун), куьмекдиз атун, куьмек авун).
HARAMZADƏLİK
HARAY-HƏŞİR
OBASTAN VİKİ
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Haray (film)
Haray (film, 1989) —
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Molla, haray
Molla, haray – Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə və ya digər vaxtlarda uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Oyunun quruluşu == Uşaqlar halay gəlmək yolu ilə mollalar arasıda iki dəstəyə ayrılırlar. Mollalardan birinin gözünü yumurlar. Gözüaçıq mollanın dəstəsində olanlar qaçıb gizlənirlər. Gözüyumulu mollanın uşaqları sığınacaqda otururlar. O, gözünü açır, gizlənən uşaqların mollası ilə uşaqları axtarmağa başlayır. Hər yerdən keçdikdə gizlənən uşaqların mollası bərkdən xəbərdarlıq edir. Məsələn, "Bulağın yanından keçdik", "Dərəni o taya adladıq", "Əlinin evinin yanındayıq" və i. a. Bu xəbərdarlıqdan məqsəd gizlənən uşaqların möhkəm gizlənməsi, gözə görünməməsidir.
Haray (film, 1990)
== Məzmun == Film öz sənət dünyası ilə yaşayan bir sənətkarın-sazbəndin yaşantıları haqqında hekayətdir. Belə ki, qurumuş ağac lətif bir saza çevrilir. Bunun rəmzi mənası vardır: həyatda gözəllik, rahatlıq, zövq bəxş edən nə varsa məhvə məhkum deyil, çünki bu yaradıcılıq məhsullarının hər birində insan qəlbinin hərarəti duyulur. == Festivallar və mükafatlar == 1) 1991-ci ildə Bakıda "Şərqdən Baxış" devizi altında keçirilən Beynəlxalq Gənclər filmləri kinofestivalı Kinolent sənədli filmlər üzrə Baş Prizə layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Haray (film, 1993)
"Haray" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Film Xocalı faciəsi haqqındadır. Burada iki yeniyetmənin — qardaşla (Tacir Əzizov) bacının (Nüşabə Abdullayeva) düşmən əhatəsindən çıxmaq üçün olmazın əzablara qatlaşmalarından danışılır. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri olmazın əzablara şahid olan iki yeniyetmə, çıxış yolunu özlərini dağdan atmaqda görürlər. == Film haqqında == Kinolent yazıçı Nüşabə Məmmədovanın "Haray" pyesinin motivləri əsasında çəkilmişdir. Film Qurani-Kərimin Fatihə surəsi ilə başlayır. Filmin çəkilişlərinə Xocalı, Hacıkənd, Xanlar (indiki Göygöl), Goranboy rayonlarının və Gəncə şəhərinin camaatı köməklik göstərmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nüşabə Məmmədova, Eldəniz Quliyev Quruluşçu rejissor: Oruc Qurbanov Quruluşçu operator: Rövşən Quliyev Quruluşçu rəssam: Asif Məmmədov Bəstəkar: Qalib Məmmədov Səs operatoru: Əsəd Əsədov Rejissor: Ənvər Həsənov Operator: Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi), Vaqif Muradov Rejissor assistenti: Mirvahab Əmirov Operator assistenti: Nadir Mehdiyev Montaj edən: Rəfiqə İbrahimova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Məsləhətçi: Yusif Məmmədov (polis polkovniki) İşıq ustası: Sabir Əliyev, Akif Rəhimov İnzibatçı: Hümbət Abbasov, Vladimir Şevulov, Çingiz Əliyev Çalır: Rafiq Babayevin İdarəsi ilə İnstrumental Ansambl Mahnı ifa edən: Brilliant Dadaşova, Azər Zeynalov Musiqi redaktoru: İsmayıl Dadaşov Redaktor: Ziyafət Abbasov Filmin direktoru: Əlfi Şükürov === Rollarda === Nüşabə Abdullayeva — bacı Tacir Əzizov — qardaş Pərvanə Qurbanova Xələf Cəfərov Dokoşto Erneşto — zənci əsgər Konstantin Artyomov Qədir Həsənov Y.Məmmədov Səidə Quliyeva — ana Maya Məmmədova S.İsmayılov R.Nadirov Məmmədəli Balayev C.Məmmədov == Çəkilişə köməklik edən qurumlar == Gəncə Toxuculuq Kombinatı Gəncə Şəhər İcarə Mətbəəsi Gəncə Sənaye-Ticarət Birliyi Qarabağ Əlillərinin "Xatirə" Xeyriyyə Cəmiyyəti Bakı-Qafqaz Enerjitəmir İdarəsi == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Haray (film, 2004)
== Məzmun == Filmdə ermənilərin xalqımızın başına gətirdiyi faciə və müsibətlər arxiv materiallarına əsasən real süjetlər əsasında əks etdirilir. Bu haray Qarabağın harayıdır. Bu haray Şuşadan didərgin düşmüş qaçqınlarımızın, Natəvanın, Üzeyirin, Bülbülün güllələnmiş daş heykəllərinin harayıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Operator: Sərdar Vəliyev, Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatçısı: Rauf Əliyev Montaj edən: Samirə Seyidbəyli (Samirə Seyidbəyova kimi) Kompüter dizaynı: Rauf Umud İcraçı prodüser: Kamil Məmmədov Mətni oxuyan: Əliabbas Qədirov == Çəkilişə köməklik edən qurumlar == Bülbülün Ev Muzeyi Üzeyir Hacıbəyovun Ev Muzeyi Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi == Çəkilişə kömək edənlər == Adilə Məmmədova Səadət Qarabağlı Altay Hacıyev (xalq rəssamı) Elton Avalov (sənətşünas-rəssam) Rəfael Gülməmmədov == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Ana harayı (abidə)
Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidədir. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.[1] Hər il soyqırımın il dönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir. == Tarixi == Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "...sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər." 2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir. Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir ki, "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki, Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb.
Balıqların harayı (film, 1990)
Balıqların harayı qısametrajlı sənədli filmi rejissor Ramiz Əliyev tərəfindən 1990-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Filmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır. == Məzmun == Filmdə respublikamızda ərzaq proqramının tərkib hissəsini təşkil edən balıqçılığın inkişafına mənfi təsir göstərən amillərdən söhbət açılır. Film əyani şəkildə göstərir ki, Xəzər və ona tökülən çayların hamısı ekoloji fəlakət həddindədir. Buna baxmayaraq dənizin çirklənməsi gərgin şəkildə davam edir. Film xəbərdarlıq edir ki, Xəzər həm də İttifaqın Avropa və Asiya hissəsi üçün yeganə oksigen mənbəyidir. Ona görə də ekologiyanın pozulması insan üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər.
Boz Qurdun Harayı (1991)
Boz qurdun harayı qısametrajlı sənədli filmi rejissorlar Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən 1991-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur.
Boz qurdun harayı (film, 1991)
Boz qurdun harayı qısametrajlı sənədli filmi rejissorlar Tofiq Məmmədov və Ramiz Əliyev tərəfindən 1991-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanda 1990-cı il yanvarın 20-də həlak olmuş şəhidlərin ildönümünə həsr olunmuşdur.
Harayçı qu quşu
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.
Harayçı qulələk
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.
Külək haraya əsir? (film, 1989)
Kəndlərin Harayı (1987)
== Məzmun == Azərbaycanda əhalisi tamamilə tərk olunmuş, minə yaxın kənd vardır. Bəs, ata-baba yurdu nə üçün boş qalmışdır? Cavab belədir: əlverişli iş və məişət şəraiti, yararlı yollar, qaz və elektrik enerjisi olmadığı üçün orduda xidməti, yaxud ali təhsili başa vuran cavanların bir çoxu kəndə qayıtmır. Elə kəndlər var ki, bu yerlərdə cəmi iki nəfər-qoca ilə qarı qalmışdır. Filmdə məhz bu problemlər qaldırılır, tezliklə tədbir görülməsi üçün haray çəkilir.
Kəndlərin harayı (film, 1987)
== Məzmun == Azərbaycanda əhalisi tamamilə tərk olunmuş, minə yaxın kənd vardır. Bəs, ata-baba yurdu nə üçün boş qalmışdır? Cavab belədir: əlverişli iş və məişət şəraiti, yararlı yollar, qaz və elektrik enerjisi olmadığı üçün orduda xidməti, yaxud ali təhsili başa vuran cavanların bir çoxu kəndə qayıtmır. Elə kəndlər var ki, bu yerlərdə cəmi iki nəfər-qoca ilə qarı qalmışdır. Filmdə məhz bu problemlər qaldırılır, tezliklə tədbir görülməsi üçün haray çəkilir.
Ulu diyarın harayı (film, 1993)
== Məzmun == Kinolentdə Naxçıvan Muxtar Respublikasının Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ağır blokada şəraitində yaşamasından bəhs olunur. == Film haqqında == Film "Bakı Fəhləsi" Zavodunun sifarişi ilə çəkilmişdir.
Əcdadların harayı
Əcdadların harayı — Amerika yazıçısı Cek Londonun 1903-cü ildə nəşr olunmuş əsəri. Bu povest Cek Londonun ilk əsərlərinə aiddir. Əsas personaj it olduğu üçün çox vaxt uşaq ədəbiyyatı kimi təsnif edilir. Bununla belə, povestdəki ideyaların böyüklüyü və dərinliyi onu yetkin oxucular üçün də aktual edir. Əsərdə ən güclülərin sağ qalması, sivilizasiya və təbiət, tale, azad iradə və xüsusilə də heyvanlara qarşı zorakılıq kimi mövzulara toxunulur. Bu povesti ingilis dilindən azərbaycan dilinə tərcümə edən Seyran Şiriyev olmuşdur. == Mövzusu == Povest Kanadanın Yukon şəhərində Qızıl Hücum zamanı baş verir. O dövrdə iri və güclü itlərə tələbat xüsusilə yüksək idi. Baş qəhrəman olan Bak də Kaliforniyadakı çoban fermasından gətirilmişdi. O, zaman keçdikcə özünü xizək itinin həyatının sərt reallığında tapır.

Значение слова в других словарях