HARM

harm1

n 1. zərər, ziyan, xəsarət; grievous bodily ~ hüq. ağır bədən xəsarəti; ~ to the health sağlamlığa ziyan; 2. bəla, bədbəxtlik, müsibət, təhlükə; to be safe from ~ təhlükədən uzaq olmaq; to keep smb. out of ~’s way bir kəsi təhlükədən / bəladan qorumaq

harm2

v ziyan vurmaq, zərər yetirmək / vermək

HARING
HARMFUL
OBASTAN VİKİ
Bone Thugs-N-Harmony
ABŞ-nin Ohayo ştatının Klivland (Cleveland) şəhərindən olan rep qrupu. Onlar harmoniyalı və sürətli deyiliş tərzinə görə digərlərindən fərqlənirlər. Rep tarixində ən çox albomu satılan qrupdur. Dünya üzrə 35 milyon albomları satılıb. Onlar həmçinin ən yaxşı rep çıxışına görə Grammy mükafatı alıblar. Qrup dağılandan sonra, 2004-ci ildə qrupun 3 üzvü, Krayzie, Layzie, Wish yenidən birləşdi. Bizzy Bone qrupdan ayrı solo karyerasını davam edir, Flesh-N-Bone isə hal-hazırda 11 illik həbsdədir. Onlardan 3-ü, Layzie Bone və Flesh-N-Bone müsəlmandır. Bizzy Bone isə bu yaxınlarda İslam dinini qəbul edib.
Harmandöven (İğdır)
Harmandöven — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == kəndin adı 1918-ci il mənbələrində Harmaşen, 1928-ci il qaynaqlarında Germaşov və 1946-ci ildə isə Germeşof olaraq keçməkdədir. Kəndin öncəki adı çevrədə yetişən germeşof bitkisinin adından gəlməkdədir. 1960-cı ildə sonra "Harmandöven" adını almışdır. == Coğrafiyası == İğdırdan 39 km uzaqlıqdadır. Kəndin qüzeyində Karvansaray məhəlləsi və Nişanqaya; şərqində Mezraa; qərbində Asma; güneyində isə Şərqi Bəyazidin Qucaq kəndi yer alır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 251 nəfər kürd yaşayırdı. Kəndin Karvansaray adlı məhəlləsində isə o dönəmdə 211 kürd yaşamışdır.
Harmatan
Harmatan (ing. Harmattan) — Böyük səhradan Qvineya və Yaşıl burun adaları tərəfə əsən (noyabr-mart) çox quru və tozlu şimal-şərq passatının, həmçinin müvafiq mövsümün yerli adı. == Təsirlər == Bu mövsüm qışdan fərqli olaraq soyuq, quru və tozlu külək, həmçinin gecə və gündüz ətraf mühitin temperaturunda geniş dalğalanmalar ilə xarakterizə olunur. Bəzən günortadan sonra temperatur 30 °C (86 °F)-a qədər yüksələ bilsə də, bütün gün boyunca 9 °C (48 °F)-ə qədər aşağı da düşə bilər. Sahara kimi bəzi bölgələrdə bu mövsüm isti keçə bilər. Harmattan bölgəyə əsdiyi zaman havanın rütubətliliyi azalır. Harmattan özü ilə səhra üçün səciyyəvi olan hava şəraiti gətirir: rütubəti azaldır, bulud örtüyünü dağıtır, yağıntının yaranmasının qarşısını alır və bəzən qum fırtınaları nəticələnə bilən böyük toz buludları yaradır. Külək həmçinin yanğın riskini artıra və məhsula ciddi ziyan vura bilər. Harmattanın musson küləkləri ilə qarşılıqlı təsiri tornadolara səbəb ola bilər. === Harmattan dumanı === Qərbi Afrikanın bəzi ölkələrində havada tozun ağır miqdarı görmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra və bir neçə gün günəş işığının qarşısını güclü dumanla müqayisə ediləcək qədər bağlaya bilər.
Harmattan və ya Hamattan
Harmil adası
Harmil adası (ing. Harmil) — Qırmızı dənizdə yaşayışı olmayan, Eritreyaya məxsus olan ada. Dahlak arxipelaqına daxildir.
Harmonia
Harmonia (lat. Harmonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Harmonik analiz
Harmonik analiz — funksiyaların və yaxud siqnalların əsas dalğalarının superpozisiyası kimi təqdim edilməsi, Furye seriyası və Furye çevrilmələri anlayışlarının öyrənilməsi və ümumiləşdirilməsi ilə məşğul olan riyaziyyatın bir sahəsidir (yəni Furye analizinin genişləndirilmiş formasıdır). Son iki əsr müddətində o, ədədlər nəzəriyyəsi, təmsilçilik nəzəriyyəsi, siqnalların işlənməsi, kvant mexanikası, gelgit analizi və nevrologiya kimi müxtəlif sahələrdə tətbiqləri ilə geniş bir mövzuya çevrildi. "Harmonika" termini qədim yunanca "harmonikos" sözündən yaranmışdır, mənası "musiqidə mahir olan" deməkdir. Fiziki öz dəyər məsələlərində musiqi notlarının harmonikasının tezlikləri kimi tezlikləri bir-birinin tam ədədi olan dalğaları nəzərdə tutmağa başlamış, buna baxmayaraq, bu termin ilkin mənasından kənarda ümumiləşdirilmişdir. Rn-də klassik Fourier çevrilməsi hələ də davam edən tədqiqat sahəsidir, xüsusən olaraq temperli paylamalar kimi daha ümumi obyektlərdə Furye çevrilməsi ilə bağlıdır. Məsələn, biz f paylanmasına bəzi tələblər irəli sürsək, bu tələbləri f-nin Furye çevrilməsi baxımından tərcümə etməyə cəhd edə bilərik. Bunun nümunə olaraq Paley–Viener teoremini göstərə bilərik. Paley-Viener teoremi dərhal nəzərdə tutur ki, əgər f yığcam dəstəyin sıfırdan fərqli paylanmasıdırsa (bunlara yığcam dəstəyin funksiyaları daxildir), onda onun Furye çevrilməsi heç vaxt yığcam şəkildə dəstəklənmir (yəni, siqnal bir sahədə məhduddursa, o, digər sahədə qeyri-məhduddur.). Bu, harmonik analiz şəraitində qeyri-müəyyənlik prinsipinin çox sadə formasıdır. Furye seriyası harmonik analiz və funksional analiz arasında əlaqəni təmin edən Hilbert sahəsi konteksində çox rahat şəkildə öyrənilə bilər.
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Harmonik sərbəst rəqslər
Harmonik sərbəst rəqslər – rəqs edən cismin yerdəyişməsi, surəti, təcili zamana görə sinus və kosinus qanunu ilə dəyişən rəqslərdir. Rəqsin periodu – bir tam rəqsə sərf olunan zamandır. BS-də ölçü vahidi 1 san-dir. Rəqsin tezliyi – bir saniyədəki rəqslərin sayıdır. BS-də tezlik vahidi 1/san=1HS. 1HS alman alimi Hersin şərəfinədir. Harmonik rəqsi hərəkətin ampilitudu – rəqs sisteminin tarazlıq vəziyyətindən ən böyük yerdəyişməsinin moduludur. Harmonik rəqslərin fazası – rəqs edən cismin istənilən anda vəzyətini (məqamını) təyin edən kəniyyətdir. Rəqs fazasının BS-də vahidi radiandır. Harmonik rəqsin surəti – yerdəyişmənin zamana görə birinci tərtib törəməsinə bərabərdir. Harmonik qanunla dəyişir, onun fazası yerdəyişmə fazsına nəzərən Π/2 qədər süsrüşür və maksimum qiyməti Vmax=Xmax·ω=A·ω olur.
Harmotom
Harmotom — mineral == Haqqında == Harmotom - fillipsit qrupundan seolit, Ba[Al2Si6O16]×6H2O. Si Al-la əvəz olunur (eyni zamanda K, Na, Ca daxil olmaq şərtilə). Mononoklinik və rombik. Habitus prizmatik. İkiləşmə bir-birinə daxil olan, xaçabənzər {001}, {021} və {110} üzrə. Ayrılması {010} mükəmməl. Bazalt boşluqlarında, Pb-Zn yataqlarında tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Harmsil
Harmsil (tac. Гармсел, qırğ. керимсел) — Kopetdağın və Qərbi Tyan-Şanın ətəklərində yayda cənubdan və şərqdən əsən quru isti fon tipli külək. Harmsil kənd təsərrüfatı bitkilərinə məhvedici təsir göstərir.
Mehmet Harmancı
Mehmet Harmancı (1977, Nikosiya) — əslən Kipr türkü olan siyasətçi; Lefkoşa Türk Bələdiyyəsinin başçısı. == Həyatı == Mehmet Harmancı 28 dekabr 1977-ci ildə Lefkoşada anadan olmuşdur. Mehmet Harmancı Türk Maarif Kollecinin məzunudur. Şərqi Aralıq dənizi Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir. Daha sonra Liverpul Con Murs Universitetində Avropa Birliyi və siyasət ixtisası üzrə magistr təhsili almışdır. 13 iyun 2013-cü ildən 30 avqust 2013-cü ilə qədər Şimali Kiprin turizm, ətraf mühit və mədəniyyət naziri vəzifəsində çalışmışdır. 30 iyun 2014-cü ildən Lefkoşa Türk Bələdiyyəsinə rəhbərlik edir.
Meri-Harmsuort burnu
Meri-Harmsuort burnu — Aleksandra Torpağında yerləşən burun. Frans-İosif Torpağının ucqar qərb nöqtəsini təşkil edir. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Burunda çoxlu sayda kiçik göllər vardır. Sahillərini Barens dənizi yuyur. Sahildə dərinlik 3 metrdir. Alfred Harmsuortun həyat yoldaşı şərəfinə adlandırılmışdır. Viktoriya adası ilə arasında məsafə 158,5 km-dir.
Peganum harmala
Adi üzərlik (lat. Peganum harmala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin şorgiləkimilər fəsiləsinin üzərlik cinsinə aid bitki növü. Üzərlik kserofil coğrafi tipinin aralıq dənizi sinfinin şərqi-aralıq dənizi qrupuna aiddir. Qərbi və Şərqi Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Himalay, Monqolustan, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Hündürlüyü 25-70 sm olan çoxillik, çılpaq ot bitkisidir. Gövdəsi düz, budaqlı solğun yaşıl rəngdədir. Yarpaqları növbəli, açılmış hissəciklərə bölünmüş ovalvaridir. Açıq sarı rəngli çiçəkləri 10-15 mm, üzün saplaqlıdır. Meyvəsi bir qədər yastıkürəyəbənzər, üç yuvalı qutucuqdur. May-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Phaseolus harmsianus
Phaseolus harmsianus (lat. Phaseolus harmsianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü.
Rembrant Harmens van Reyn
Rembrandt (tam adı: Rembrandt Harmens van Reyn, nid. Rembrandt Harmenszoon van Rijn; 15 iyul 1606[…], Leyden, Hollandiya qraflığı[…] – 4 oktyabr 1669[…], Amsterdam, Hollandiya qraflığı[…]) — Niderland rəssamı və qrafiki, holland rəssamlığının qızıl dövrünün ən parlaq nümayəndəsi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van Svanenburxdan (təqr. 1620-23) və Amsterdamda Piter Lastmandan (1623) rəssamlıq dərsləri almışdır. 1625-31-ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrike Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.). 1630–1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur.
Steirische Harmonika
Steirische Harmonika — Bu musiqi aləti Avstriya, Çexiya, Sloveniya, Bavariya əyaləti və İtalyan Cənub Tirolunun dağlıq xalq musiqisində önəmli olan bisonorik (körüyün itələnməsi və çəkilməsi ilə fərqli not) diyatonik düymə akkordionunun bir növüdür. Steirische Harmonika alman dilindən Ştiriya akkordionu (Avstriyada əyalət) olaraq tərcümə edilir lakin sifət kimi işləndikdə Vyana ləhcəsində bu xalq musiqisi mənasına gəlir. Bu alət akkordiona oxşardır, lakin Steirische Harmonikada bas səsi biraz alçaq və ağırdır. Bu alətin milli alət kimi qəbul edilməsi bir çox Çexin köç etdiyi Meskika kimi digər ölkələrədə təsir etdi. Onun sağında melodiya tərəfi solunda isə bas tərəfi vardır. Melodya tərəfində hər bir sətrin öz açarı olan 3 dən 5-ə qədər düymə cərgəsi vardır.
Tina Harmonun qətli
Tina Mari Harmonun (ing. Tina Marie Harmon; d. 9 iyun 1969-cu il, ABŞ, Ohayo, Kreston – ö. 29 oktyabr 1981-ci il, ABŞ, Ohayo, Kreston) — 29 oktyabr 1981-ci ildə Ohayo ştatı Lodi qəsəbəsində oğurlanan, təcavüz edilən və öldürülən 12 yaşlı amerikalı qız. Cəsədi aşkar edildikdən sonra o, Maple Mound qəbiristanlığında dəfn edildi. Əvvəlcə bir şəxs müfəssəl dəlillərə görə məhkum edildi, lakin sonunda hökm ləğv edildikdə sərbəst buraxıldı. Harmon cinayəti 2010-cu ildə ona təcavüz edən şəxsin DNT-si Robert Entoni Byuel ilə uyğun gəldikdə həll edildi. Deyilənə görə, Tina Harmon Ohayo ştatı Lodi qəsəbəsində atasının sevgilisi tərəfindən atıldıqdan sonra sonuncu dəfə iyirmi yaşlarında bir şəxslə görülüb.Harmonun cəsədi oğurlandıqdan beş gün sonra Ohayo ştatının Navarre qəsəbəsində bir neft quyusu sahəsinin yanında tapıldı. Onun paltarında cövüz rəngli xalça lifləri və it tükləri tapıldı. 1982-ci ildə Ernest Holbruk və Henri Rey Raker- hər ikisi Harmona təcavüz etməyə və öldürməyə görə məhkum edildi.
Yoris Harmsen
Yoris Harmsen (26 noyabr 1992) — Niderlandlı peşəkar kişi BMX velosipedçisi. Yoris Harmsen Niderlandı beynəlxalq yarışlarda təmsil edir. Yoris Harmsen 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.076 saniyəlik nəticəsi ilə 14-cü yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 31.779 saniyəlik nəticəsi ilə 9-cu yeri tutdu.
Salix harmsiana
Salix sieboldiana (lat. Salix sieboldiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Salix tetrasperma var. harmandii
Salix tetrasperma (lat. Salix tetrasperma) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Pleiarina tetrasperma (Roxb.) N.Chao & G.T.Gong Ripsoctis indica Raf.
Blood Harmony
Blood Harmony — ABŞ müğənnisi Finneasın debüt mini-albomu. 4 oktyabr 2019-cu ildə OYOY tərəfindən buraxılıb.
Geranium harmsii
Geranium diffusum (lat. Geranium diffusum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Geranium diffusum var. genuinum Briq.
Harmsiella
Molusella (lat. Moluccella) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı halda molusella Azərbaycanda Kür-Araz, Mil-Muğan düzlərində yayılmışdır. Bu cinsə bir növ daxildir — hamar molusella (M.laevis). Bitkinin hündürlüyü 70 sm-ə qədər olub, böyük kasa yarpaqları borucuqlara birləşib. Onlar molusellaya gözəllik verir. Borucuqlarda gizlənən xırda ağ çiçəklər gözə çarpmır. Moluselladan quru kompozisiyalar yaratmaq üçün istifadə edirlər. Bunun üçün bitkiləri vaxtında qayçı ilə kəsirlər. Kəsilmiş bitkiləri dəstə bağlayaraq sərin və qaranlıq yerdə qurudurlar.

Значение слова в других словарях