HATƏM

сущ. гьатем (рагъэкъечӀдай патан махарик квай гзаф варлу са касдин тӀварцӀикай), гъил ахъа, заха, жумарт касдин гьакъинда.
HAŞİYƏLİ
HAVA¹
OBASTAN VİKİ
Hatəm Cabbarlı
Cabbarlı Hatəm Qulu oğlu (27 dekabr 1969, Çobankərə, Zəngibasar, Ermənistan SSR) — azərbaycanlı alim, siyasi elmlər doktoru, == Həyatı == 27 dekabr 1969-cu ildə Ermənistan Respublikasının Zəngibasar (Masis) rayonunun Rəhimabad (Çobankərə) kəndində doğulmuşdur. 1976-1986-cı illərdə Cəlil Məmmədquluzadə adına Qaraqışlaq (Dostluq) kənd orta məktəbində orta təhsilini tamamlamışdır. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1991-1993-cü illərdə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Qarabağ müharibəsi qazisidir. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən məzun olmuş, 2002-ci ildə Ankara Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsilini tamamlamışdır. 2008-ci ildə Türkiyədə Qazi Universitetində siyasi elmlər doktoru alimlik dərəcəsini almışdır. 2001-2005-ci illərdə Ankarada fəaliyyət göstərən Avrasiya Strateji Araşdırmalar Mərkəzində Cənubi Qafqaz (Ermənistan) üzrə ekspert işləmişdir. Bir çox məqalələri və analizləri Azərbaycan, Türkiyə və region mətbuatında dərc edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə III dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
Hatəm Əsgərov
Hatəm Əsgərov (17 may 1957, Bakı, Azərbaycan SSR) — Azərbaycan rejissoru, aktyor. == Həyat və fəaliyyəti == Əsgərov Hatəm Məmmədəli oğlu 17 may 1957-ci ildə Bakıda anadan olub.1974-cü ildə 89 saylı orta məktəbi bitirib. 1974-79-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində oxuyub. 1979-82-ci illərdə təyinat ilə Ə.Haqverdiyev adına Ağdam Dövlət Dran Teairında rejissor işləyib. Təyinat müddəti başa çatandan sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Mozalan” satirik kinojurnalında bir neçə sənədli süjetin rejissioru olub.”Debüt”yaradıcılıq birliyində “Haqqın dərgahı” adlı iki hissəli sənədli filmi lentə alıb.”Mir” DTRŞ-nin Azərbaycan nümayəndiliyində sənədli filmlər çəkib.2011-ci ildən Az.tv-də fəaliyyətini davam etridir. == Filmoqrafiya == Üzr istəyirəm (film, 1985) Haqqın dərgahı (film, 1991) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet-Mozalan № 162) Sazdakı incə bir sim.M.Rahim. (film,2014) Gələcəyə gedən yolda. Q.İlkin.(film, 2015) Yol adamı.
Hatəm bəy Ordubadi
Hatəm bəy Ordubadi (XVI əsr, Ordubad – 1610-cu illər, Urmiya) — məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri. Nəsirəddin Tusinin törəmələrindəndir. Atası Məlik Bəhram Ordubadın kəlantəri idi. Hatəm bəy Ordubadi, bir müddətdə Xoy hakimi Dolubudaq Rumlunun vəziri olmuşdur. Sonra Kirman hakimi Vəli xan Əfşar və oğlu Beyktaşın vəziri olubdur. Azərbaycan, Ərəb və fars dillərini mükəmməl bilirdi. Hətəm bəy Ordubadi Nəsrəddin Tusinin törəmələrindəndir. Hətəm bəy Ordubadinin qəbri Xorasandadır.
Fərzad Hatəmi
Fərzad Hatəmi (fars. فرزاد حاتمی‎; 3 yanvar 1986, Tehran, İran) — İran futbolçusu. == Həyatı == Fərzad Hatəmi 3 yanvar 1986-cı ildə İranın paytaxtı Tehranda Zəncanlı bir Azərbaycan əsilli bir Türk ayilədə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Rah Ahən, Qəbələ, Sipahan, Səba Qum, Traktor Sazi, İstiqlal, Fulad, Persepolis Tehran, Mələvan Ənzəli. 2016-cı ildə bir daha Tiraxtur klubuna qoşuldu.
Hatəmxan ağa
Heydər Hatəmi
Heydər Hatəmi (3 mart 1945, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — İran azərbaycanlısı olan rəssam. O, öz rəsm əsərlərini miniatür və təzhib kimi klassik şərq üslublarında müasir elementlərlə birgə işləyir. == Təhsili == İbtidai və orta təhsilini anadan olduğu Hadişəhrdə almışdır. Orta məktəbi bitirdikdən sonra Təbriz İncəsənət Akademiyasında təhsil almışdır. Sonrakı təhsilini isə Tehran İncəsənət Universitetində almışdır. == Həyatı == 1945-ci ildə Araz çayı yaxınlığında və sərhəd regionunda yerləşən Hadişəhrdə anadan olmuşdur. 1983-cü ildə Türkiyəyə köçmüşdür. Müasir dövrdə ən məşhur İran rəssamlarından və xaricdə fəaliyyət göstərən ən məşhur azərbaycanlılardandır. 1997-ci ildə isə ABŞ-yə köçmüşdür. 1997-ci ildən Qətər kraliyyət ailəsinin saray rəssamıdır.
Hüseyn Hatəmi
Hüseyn Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk alim, yazıçı və hüquq professoru. == Həyatı == 1898-də İranın Salmas şəhərindəda doğulan Əli Əsgər Xatəmi ilə 1910-cu ildə İstanbulda doğulan əslən azərbaycanlı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəldi. Əkiz qardaşı Həsən Xosrov Xatəmi daxili xəstəlikləri professorudur. Tam adı Hüseyn Pərviz olduğu halda ikinci adının İslam peyğəmbərinin məktubunu cıran Sasani hökmdarından gəldiyini öyrəndikdən sonra bu adı məhkəmə qərarı ilə sildirmişdir. == Təhsili == Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1960-cı ildə İstanbul Universiteti Hüquq fakültəsindən məzun olmuşdur. 1961-ci ildə İstanbul Universiteti Hüquq fakültəsinin Mədəni hüquq kafedrasına təyin olunmuşdur. == Fəaliyyəti == 1973-cü ildə vəkil Kezban Hatəmi evlənmişdir.
Həsən Xosrov Hatəmi
Həsən Xosrov Xatəmi (d. 12 dekabr 1938, İstanbul, Türkiyə) — Azərbaycan əsilli türk tibb professoru, daxili xəstəliklər mütəxəssisi, yazıçı, şair. == Həyatı == 1898-də İranın Salmas şəhərində doğulan Əli Əsgər Xatəmi Bəy ilə 1910 da İstanbulda doğulan Azərbaycan immiqrantı Cəmilə xanımın əkiz uşaqlarından biri olaraq dünyaya gəlmişdir. Əkiz qardaşı Hüseyn Xatəmi hüquq professorudur. 1959-cu ildə qələbə yoldaşı Sezer Göze ilə tanış olmuş, 1963-cü ildə evlənmişdir. Bu evlilikdən iki övladı: İbrahim və Aybikə olmuşdur. 2007-ci ildə özü kimi daxili xəstəliklər sahəsi üzrə mütəxəsis olan oğlu tərəfindən bağırsaq xərçəngi diaqnozu qoyulmuşdur. === Təhsili === Tələt paşa ibtidai məktəbini və Şişli orta məktəbini bitirmişdir. 1956-cı ildə Atatürk Kişi Liseyindən məzun olmuşdur. 1962-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir.
Leyla Hatəmi
Leyla Hatəmi — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == Bomba (1396) Domuz (1396) Crazy Doll (1395) Yuxu yatağı (1394) I (1394) Dünyada neçə saatdır?
Neyyerzaman Hatəmi
Neyyerzaman Mehdiqulu qızı Hatəmi (1916 – 2000) — şərqşünas alim, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin professor (1970), Azərbaycan SSR Əməkdar elm xadimi. 1916-cı ildə İranda doğulmuşdur. 1936-cı ildə Tehran Universitetinin Pedaqogika fakültəsinə daxil olmuşdur. Bu fakültəni uğurla bitirdikdən sonra Tehran Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1946-cı ildən Azərbaycan Dövlət Universitetində çalışmışdır. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1970-ci ildə professor elmi adı almışdır. İran filologiyası kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. Bu illər ərzində fars təmayüllü məktəblərin I-XI sinifləri, digər orta məktəblərin V-XI sinifləri üçün bir çox dərsliklər yazmışdır. Fars danışıq dili və Tehran dialektinə həsr olunmuş əsərləri Azərbaycan şərqşünas-lığında yüksək qiymətləndirilir. 1999-cu ildə Tehranda nəşr olunmuş 60 min sözü əhatə edən ikicildlik «Farsca-Azərbaycanca sözlük» əsəri İran dilçiliyi sahəsində əldə edilmiş nailiyyətlərdəndir.
Məhəmməd Hatəmi
Seyid Məhəmməd Xatəmi (farsca: سید محمد خاتمی) 29 sentyabr 1943 və ya 14 oktyabr 1943, Ərdəkan, Yəzd ostanı) 1997–2005-ci illərdə vəzifədə olmuş olan, İranın V prezidentidir. O,fars, ərəb, həmçinin də elmi işlərini davam etdirəcək qədər ingilis və alman dillərini bilir. Müxtəlif vaxtlarda universitetlərdə mühazirələr də oxuyan Hatəminin "Vilayət kimə aiddir" (1979) və "Ənənə, modernizm və inkişaf" (1996) kimi bir çox məqalələri ilə bərabər, "Dalğa qorxusu", "Şəhər dünyasından dünya şəhərinə", "Tiranlıq məngənəsində düşüncə və iman" (2000) kimi kitabları, həmçinin də onun çıxışlarının da içində olduğu Siyasi İnkişaf, İqtisadi İnkişaf və Təhlükəsizlik (2000), İslam, Mənəviyyat və İslam İnqilabı (2000), Qadınlar və Gənclər (2000) adlı kitabları da mövcuddur. 1961-ci ildə orta məktəbi bitirdikdən sonra dini təhsil almaq üçün Qum mədrəsəsinə getmişdir. 1969-cu ildə isə İsfahan Universitetinin fəlsəfə fakültəsini bakalavr dərəcəsi ilə başa vurmuşdur. Tehran Universitetində Təhsil Elmləri üzrə magistr dərəcəsində təhsilini davam etdirmişdir. Daha sonra isə məşhur Qum mədrəsəsində fiqh üzrə təhsilinə davam etmişdir. O, siyasi fəaliyyətə 1962-ci ildən başlamışdır. O, xüsusilə ilk növbədə Xomeyninin bəyannamələri olmaqla, siyasi bəyannamələrin və elanların çoxaldılması və yayılması işlərini öz üzərinə götürmüşdür. İsfahan Universitetindəki İslam Tələbələri Assosiasiyasının fəaliyyətlərində yaxından iştirak etmişdir.
Məhəmməd Hatəmi Tantəkin
Məhəmməd Hatəmi Tantəkin ― Azərbaycanda milli azadlıq hərəkatının rəhbərlərindən biri, Milli Qurtuluş Partiyasının və Çənlibel təşkilatının qurucusudur. I Qarabağ müharibəsində "Milli Qurtuluş" batalyonunun tərkibində döyüşlərdə iştirak edib. Məhəmməd Hatəmi 1935-ci il iyulun 22-də Astara şəhərində anadan olub. 1945-ci il dekabrın 12-də mərkəzi Təbriz olan Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına üzv olub. Azərbaycan Milli Hökuməti dağıdıldıqdan sonra isə ailəsi ilə birlikdə əvvəlcə Qaraçala kəndinə sonra Şamaxıya daha sonra isə Xudata köçürülürlər. 1956-cı ildə Xudat şəhərində məktəbi bitirir. 1957-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1963-cü ildə Şeyx Məhəmməd Xiyabani haqqında yazdığı diplom işi ilə universiteti bitirib. Azərbaycan Demokrat Firqəsinin üzvü olub və onun mətbuat orqanı olan "Azərbaycan" qəzetində yazıb. O dövrdə bir neçə partiya yoldaşı ilə birlikdə Azərbaycan Demokrat Firqəsinin sədri olan Qulam Yəhyaya qarşı çıxıb və onun istefa verməsini tələb edib.

Значение слова в других словарях