HAVALANMAQ

f.
1. Havaya qalxmaq, uçmaq. Göyərçinlər havalandı.
– Kamal birbirinin ardınca bir çox təyyarənin havalanıb dik göyə ucaldığını gördü. M.Rzaquluzadə.
Birdən [sərçələr] həyəcanla civildəşib havalandılar. H.Seyidbəyli.

2. məc. Cuşa gəlmək, şövqə gəlmək, vəcdə gəlmək, ruhlanmaq, şövqlənmək.
Tülkü havalanıb deyir: – Aslanam; Top dağıdan ac aslanlar itibdi. Aşıq Ələsgər.
Çal, havalan, santurum; Çal ki, tellər oynasın. A.Şaiq.

3. məc. Azmaq, coşmaq, qızışmaq, özündən çıxmaq; tutması tutmaq, ağlı başından oynamaq.
Varlınan dost olub yoxsula gülmə; Çox da havalanıb coşma dünyada. Aşıq Ələsgər.
Rəiyyət havalanacaq, Qədim kimilərinin qabağında heç fil də dayanmayacaq. S.Rəhimov.
Salman havalanıb pörtərək eybəcər və iyrənc şəklə düşdü. M.İbrahimov.

Синонимы

  • HAVALANMAQ 1. HAVALANMAQ Bu sözləri deyib, İblis göy gurultusuna bənzər bir səslə qanadlarını açaraq havalandı (A
  • HAVALANMAQ əsəbiləşmək — hirslənmək — acıqlanmaq — cinlənmək — qızmaq
  • HAVALANMAQ lovğalanmaq — qudurmaq — öyünmək
  • HAVALANMAQ uçmaq — qalxmaq — pərvazlanmaq

Антонимы

  • HAVALANMAQ HAVALANMAQ – AĞILLANMAQ İnsan baxır havalanır (M.Müşfiq); Qulaməli fikirləşdi ki, yəqin arvad ağıllanıb, namusla yaşamağın mənasını başa düşüb (İ

Этимология

  • HAVALANMAQ “Həyəcanlanmaq”, “göyə qalxmaq” deməkdir. Deməli, hava sözü ilə bağlıdır. “Xəyalən göylərdə olmaq” anlamını əks etdirir
HAVALANMA
HAVALI

Значение слова в других словарях

запева́ть ме́тко не лы́ком шит реко́й симфониза́ция трубкообра́зный блёкло внима́ние! додекафони́ческий молоду́ха пароди́йно передовы́е поро́тный agrammatism compensate confide departmentalism Egyptian howe pickler playboy shacklebone speech-day toe-Salchow зряшный