HAZIRLANMAQ


1.Hazırlamaq”dan məch.
Patronlar yoxlanıldı, qumbaralar, pulemyotlar hazırlandı. Ə.Vəliyev.

// Hazırlıq işləri aparılmaq. Bayrama hazırlanmaq. Qonaqları qarşılamağa hazırlanmaq.
– Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Çəmənzəminli.

2. f. Hazır olmaq, özünü hazırlamaq, hazırlaşmaq. Bayrama hazırlanmaq.
– Vaxt keçmişdi, çayçı, dükanının qapılarını içəridən bağlayıb yatmağa hazırlanırdı. S.Hüseyn.
Məhərrəm cavab vermək üçün hazırlandı. H.Nəzərli.

3. məch. Qayrılmaq, düzəldilmək. Əlavə çoxlu ehtiyat hissələri hazırlandı.
– Bu hissələr hazırlandıqca bir-birinin ardınca zavoda göndərilirdi. H.Seyidbəyli.

HAZIRLANMA
HAZIRLAŞDIRILMA

Значение слова в других словарях