HERMAFRODİT

is. [ yun. ] Kişi və qadın əlamətləri olan insan və ya heyvan.
HERİK
HERÓQLİF
OBASTAN VİKİ
Yatmış hermafrodit
Yatmış hermafrodit (it. L'Ermafrodito dormiente) — həyat ölçülü, Hermafroditin təsvir edildiyi qədim mərmər heykəl. 1620-ci ildə italyan heykəltaraşı Covanni Lorenso Bernini heykəlin indi üzərində uzandığı döşəyi yonmuşdur. Heykəlin forması Veneranın təsvir edildiyi qədim heykəllərdən, həmçinin digər qədim çılpaq qadın heykəlləri, o cümlədən Dionis/Baxusun feminin ellinist heykəllərindən götürülmüşdür. Əsər ellinizm və Qədim Roma dövrlərində tez-tez müraciət edilən mövzulardan birində işlənmişdir və bu mövzuda işlənmiş bir neçə incəsənət nümunəsi dövrümüzə çatmışdır. Romadakı Santa-Mariya-della-Vittoriya kilsəsinin ərazisindən aşkarlanmış “Yatmış Hermofrodit” heykəli Kardinal Skipione Borgeze tərəfindən bəyənilmiş və Borgeze kolleksiyasına qatılmışdır. Sonradan “Borgeze Hermofroditi” fransızlara satılmış və bu günə kimi Luvr muzeyində sərgilənməkdədir. “Yatmış Hermofrodit” ellinizm dövrü yunan heykəltaraşı Polikles (təxm. e.ə. 155) tərəfindən hazırlanmış orijinal bürünc heykəl əsasında Roma imperiyası dövründə hazırlanmışdır.

Значение слова в других словарях