Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elman Elsevər
Elman Elsevər (Elman İsaq oğlu Mirzəyev; 3 oktyabr 1948, Laçın) — SSRİ Jurnalistlər İttifaqının üzvü (1980). == Həyatı == Elman Mirzəyev 1948-ci il oktyabrın 3-də Laçın şəhərində ziyalı ailəsində anadan olub. İlk şeiri 1965-ci ilin noyabr ayında Kənd həyatı qəzetində çap olunub. 1966-cı ildə Laçın şəhər 1 saylı orta məktəbini bitirmiş, Laçın internat məktəbində kitabxanaçı işləmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olmuşdur.Tələbəlik illərində, eləcə də universiteti bitirdikdən sonra "Kommunist", “Sovet kəndi”, "Bakı", “Azərbaycan gəncləri”, "Bakinskiy raboçi", Kənd həyatı, "Vışka", ”Molodyoj Azerbaydjana” qəzetlərində və "Kirpi", "Azərbaycan", "Ulduz" jurnallarında işıq üzü görən bədii, publisistik yazıları həmişə bənzərsizliyi ilə diqqət çəkib. Oçerk və hekayələri dəfələrlə Azərbaycan Dövlət Radiosunda keçirilən müsabiqələrdə qalib gəlib.. 1980-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilib və həmin ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər İttifaqının Laçın rayon təşkilatının katibi olub. İki dəfə Azərbaycan Jurnalistlərinin qurultayında rəyasət heyətinə üzv seçilib.Bir müddət Maarif nazirliyinin nəşriyyatında korrektor, Laçın Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri işləmişdir. Hərbi xidmətdən sonra Şuşa şəhərindəki Şuşa qəzetində kənd təsərrüfatı şöbəsinin 3 il müdiri olmuşdur. Elman müəllim sonrakı illərdə Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist və ssenarist kimi fəaliyyət göstərmişdir.
Elsevier
Elsevir — dünyanın ən nəhəng nəşriyyatlarından biri. Hər il dünyada nəşr olunan məqalələrin 1/4 -i məhz bu nəşriyyatın payına düşür. Nəşriyyat 1880-ci ildə Niderlandın paytaxtı Amsterdam şəhərində yaradılmışdır. "Reed Elsever Holding"-in illik dövriyyəsi 2008-ci ildə 26 milyard ABŞ dollarından artıq olmuşdur. Bu göstərici ilə dünyanın məşhur nəşriyyat şirkətləri arasında 340-cı yeri tutur.
Elsevən (Culfa)
Elsevən (fars. ايل سون‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (5 ailə).
Elsevər Ağayev
Elsevər Məmməd oğlu Ağayev (1965, Naxçıvan MSSR) — Azərbaycan səhiyyə nazirinin müavini, əczaçılıq elmləri namizədi. == Həyatı == 1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub. 1983–1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-ci ildə institutun dərman formalarının texnologiyası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə Səhiyyə Nazirliyinin "Farmokologiya və xalq təbabəti" elm — istehsalat birliyində mütəxəssis, 1990–1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləmişdir. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunmuşdur. 1997-cü ildə Səhiyyə Nazirliyinin "Dərman və Tibbi Texnika" İTB-nin baş direktoru, SN-nin "Əczaçılıq və Tibb Sənayesi" EİB baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. == Siyasi fəaliyyəti == 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, Partiyanın Nəsimi rayon təşkilatının sədr müavinidir. 1999-cu ildə Azərbaycan səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Elsevər Bağırov
Elsevər Bağırov — "Uşu Sanda" əlbəyaxa döyüş növü üzrə dünya çempionu (2008). == Həyatı == Elsevər Cəlal oğlu Bağırov 1976-cı il sentyabrın 3-də Laçın rayonunda anadan olub. Şotokan idman növü ilə 16 yaşında məşğul olmağa başlayıb. 18 yaşında ölkə yarışlarında iştirak etməyə başlayıb. 1994-cü ildə Xüsusi Təyinatlı Taborda 3 il 3 ay hərbi xidmətdə olub. Həmin hərbi hissədə şəxsi heyətə əlbəyaxa döyüş üzrə təlimlər keçibdir. 1998-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. Respublikada və beynəlxalq yarışlarda iştirak edibdi. Ən böyük nəaliyyəti 2008-ci ildə İtaliyanın Perugiya şəhərində keçirilən "Uşu Sanda" əlbəyaxa döyüş növü ilə keçirilən dünya çempionatında ağır çəkidə dünya şempionu olmuşdur. Hal-hazırda "Uşu Sanda" və "Ciu Citsu" əlbəyaxa döyüş növləri üzrə məşqçidir.
Elsevər Dünyamalıyev
Elsevər Dünyamalıyev (tam adı: Elsevər Zeynal oğlu Dünyamalıyev) — Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini.. == Həyatı == Elsevər Dünyamalıyev 13 dekabr 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1985-ci ildə Keçili kənd orta məktəbini, 1990-cı ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1986-1988-ci illərdə Rusiyanın Kamçatka vilayətində hərbi xidmət keçib. 1997-ci ilin mayından etibarən Azərbaycan Televiziyasının Baş proqram direktorluğunda redaktor kimi fəaliyyətə başlayıb, daha sonra böyük redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 2009-cu il iyulun 24-də "İdman Azərbaycan" kanalının direktoru, 2015-ci ilin aprelində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilib. Dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini vəzifəsinə təyin olunub. Evlidir, 2 övladı var.
Elsevər Hüseynov
Elsevər Sabir oğlu Hüseynov — kapitan, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. == Həyatı == E.Hüseynov 1965-ci ildə Salyanda dünyaya göz acib. E.Hüseynovun atasi Sabir kişi, anasi Arifə xanim hər ikisi müəllim idi.E.Hüseynov kiçik yalarindan yurdsevərlik, vətənpərvərlik hisləri ilə tərbiyə olunmuşdu. 1979-cu ildə "Cəmşid Naxcivanski" adina hərbi məktəbə daxil olur.Daha sonra təhsilini " Baki Ali Birləşmiş Komandirlər" məktəbində davam etdir və 1986-ci ildə Moskvaya hərbi xidmətə gondərilmişdi.Moskvada Suvari alayinda kapitan kimi xidmət edən H. Elsəvər " Qusursuz Xidmətə Gorə" medalina layiq görülür. 1991-ci ildə Mustəqil Azərbaycan Ordusunda xidmət etməy məqsədilə vətənə qayidir. 1992-ci ildə E. Huseynov Agdərənin Levonarx, Akop-Komari, Maqauz , Kasapet, Madagiz, Drmbon, habelə Fuzulinin Dilagarda və s. kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak edir. Aqromer kəndi yaxınlıqında aparılan əməliyatı isə Kapitan E. Hüseynov özü hazırlayır və bu əməliyat uğurla nəticələnir. E. Hüseynov komandiri olduğu bölük ilə düşmən döyüşcülərini məhf edərək əhəmiyyətli yüksəkliyi ələ keçirir.Yüksək məharətlə aparılan bu döyüş zamanı sarsıdıcı zərbə alan düşmən döyüş meydanında çoxlu hərbi silah sursat qoyaraq geri qaçırlar və 8 erməni əsgəri əsir götürülür. Drmbon kəndi uğrunda gedən döyüşlərdə kapitan E. Hüseynovun idarə etdiyi PDM vurulur peşəkar hərbici olan E. Hüseynov maşındakı bütün yaralı silahdaşlarıni xilas etdi və kömək gələnədək düsmənlə tək başina vuruşur.
Elsevər Məmmədov
Elsevər Paxırov
Elsevər Eyvaz oğlu Paxırov (19 iyul 1997; Balakən, Azərbaycan — 9 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Paxırov 1997-ci il iyulun 19-da Balakən şəhərində anadan olub. 2004-2015-ci illərdə Hənifə kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elsevər Paxırov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə "kiçik gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elsevər Paxırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Paxırov oktyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elsevər Paşayev
Elsevər Vaqif oğlu Paşayev (1 iyul 1988, Cəbrayıl rayonu – 25 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1994–2002-ci illərdə Beyləqan rayonunun Milabad kənd tam orta məktəbində təhsil alıb. 2002–2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Elsevər Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Paşayev oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paşayev "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paşayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paşayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elsevər Piriyev
Elsevər Mahir oğlu Piriyev (12 iyun 1995; Ağcabədi rayonu, Azərbaycan — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Piriyev 1995-ci il iyunun 12-də Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. 2001-2010-cu illərdə C. Həsənov adına Arazbar kənd tam orta məktəbində, 2013-cü ildə isə A. Sultanov adına Kürdlər kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Uğur və Ümüd adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Elsevər Piriyev 2013-2015-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elsevər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Piriyev oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elsevər Yariyev
Elsevər Qalib oğlu Yariyev (25 sentyabr 1986; Xudat, Azərbaycan SSR — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Yariyev 1986-cı il sentyabrın 25-də Xudat şəhərində anadan olub. 1993-2004-cü illərdə K. Məhərrəmov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2009-cu illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Elsevər Yariyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Yariyev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elsevər İbrahimov
Elsevər Nəriman oğlu İbrahimov (6 noyabr 1999; Aşağı Layısqı, Şəki, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər İbrahimov 6 noyabr 1999-cu ildə Şəki rayonu Aşağı Genyaq kəndində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Bir bacısı qəzada vəfat etmişdi. 2006-cı ildə Aşağı Göynük kənd tam orta məktəbinin I sinfinə gedib və 2017-ci ildə orta təhsilini bitirib. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin iyulunda əsgəri xidmətini başa vurub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elsevər İbrahimov Füzuli, Qubadlı və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.. Elsevər İbrahimov noyabr ayının 15-də Aşağı Layısqı kəndinin "Mərdanlar" qəbiristanlığında tor-pağa tapşırılıb.
Elsevər Əhədzadə
Elsevər Ağacan oğlu Əhədzadə (azərb. Əhədzadə Elsevər Ağacan oğlu;‎3 iyul 1995, Bakı – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həyatı 3 iyul 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli tam-orta məktəbin birinci sinifinə gedib. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat texnologiyası fakültəsinin Tikinti matereallarının və məmulatlarının mühəndisliyi ixtisasina qəbul olmuşdur. Universiteti yüksək nəticələr ilə bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağırılmışdır. Tovuz rayonunun “N” saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə xidmətini başa vurmuşdur. === Ailəsi === Subay idi. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir neçə tikinti şirkətində çalışmışdır. == Hərbi xidməti == 21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixində başlayan “İkinci Qarabağ müharibəsi”-nin ilk günlərindən döyüşlərə qatılmışdır.
Elsevər Əliyev
Elsevər Əliyev (leytenant) (1971-1995) — leytenant, taqım komandiri.
Elsevər Əliyev (leytenant)
Elsevər Allahverdi oğlu Əliyev (1 mart 1971, Yerasx, Ararat rayonu – 22 dekabr 1995, Bakı) — leytenant, taqım komandiri. == Həyatı == Elsevər Əliyev 1 mart 1971-ci ildə Vedi rayonunun Arazdəyən kəndində doğulub. Orta məktəbi elə həmin kənddə bitirib. Daha sonra hərbi xidmətə yollanıb. == Hərbi xidməti == Hərbi xidmətini Çexoslovakiyada başa vurduqdan sonra Bakıya qayıdır. Həmin illərdə artıq Azərbaycanda Qarabağ müharibəsi başlamışdı. Hərbi xidmətdən leyetenant rütbəsilə qayıdan Elsevər Əliyev 1993-cü ildə könüllü olaraq birbaşa döyüş bölgəsinə yollanır. Leytenant Elsevər Əliyev taqım komandiri kimi Tərtər və Kəlbəcər rayonlarında gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə ağır yaralandıqdan sonra hospitala yerləşdirilib. Hospitalda bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb.
Elsevər Əliyev (şəhid)
Elsevər Hikmət oğlu Əliyev (7 avqust 2001; Qusarçay, Xaçmaz, Azərbaycan — 1 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Əliyev 2001-ci il avqust ayının 7-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailədə iki bacının tək qardaşı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elsəvər Əliyev Füzulinin azad edilməsində savaşıb. Elsevər Əliyev 1 oktyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Xaçmazda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəvər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəvər Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəvər Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Elsevər Əliyev (əsgər, 1992)
Elsevər Saqib oğlu Əliyev (1 yanvar 1992; Arısu, Gədəbəy rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Əliyev 1 yanvar 1992-ci ildə Gədəbəy rayonunun Arısu kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. == Hərbi xidməti == 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanan zaman Azərbaycanda qismən səfərbərlik elan edilir. Bu zaman Elsevər Əliyev səfərbər olunur və hərbi xidmətə çağırılır. Azərbaycan Ordusunun əsgəri olan Elsevər Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elsevər Əliyev 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Əliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elsevər Əliyev (əsgər, 2001)
Elsevər Hikmət oğlu Əliyev (7 avqust 2001; Qusarçay, Xaçmaz, Azərbaycan — 1 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Əliyev 2001-ci il avqust ayının 7-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Ailədə iki bacının tək qardaşı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elsəvər Əliyev Füzulinin azad edilməsində savaşıb. Elsevər Əliyev 1 oktyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Xaçmazda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəvər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəvər Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəvər Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Mintac Elsevər
Mintac Elsevər (tam adı: Əliyeva Mintac Allahverdi qızı) (5 may 1975) -Azərbaycanlı jurnalist. == Həyatı == Mintac Elsevər 5 may 1975-ci ildə Ermənistanda anadan olmuşdur. == Fəaliyyəti == Əsas fəaliyyət istiqamətləri jurnalistika, kino və televiziyadır. Əvvəlcə Azərbaycan televiziyasında, sonralar ANS-də çalışmışdır. Aztv-də bir sıra veriliş və filmlərin müəllifidir. Bunlara "Romantik kommunist", "Yağmurun səsi", "Cəsur zərifin seçimi", "Tənha xurma ağacı" filmlərini, "Birincilər" və "Unudulmayanlar" layihələrini misal göstərmək olar. Yazar olaraq mətbu orqanlarda mütəmadi yazıları çıxır. Hazırda ARB televiziyasında çalışır. == Filmoqrafiya == Yeraltı və yerüstü xəzinə (film, 2007)(qısametrajlı sənədli televiziya filmi) (prodüser) Cəsur zərifin seçimi (film, 2009) (qısametrajlı sənədli film) 1 mətbuat konfransının tarixi (film, 2015) (qısametrajlı sənədli film) (səsləndirmə) Böyük ustadın sirləri... (film) (qısametrajlı sənədli film) Cənnətdən qovulmuşlar (film) İllərin ilmə yaddaşı (film) (qısametrajlı sənədli film) Romantik kommunist (film) (qısametrajlı sənədli film) Tənha xurma ağacı...
Əzizağa Elsevər
Əzizağa Elsevər (Ələkbərov) (tam adı: Əzizağa Bəhrəm oğlu Ələkbərov; d.10 sentyabr 1952, Azərbaycan SSR, Cəlilabad rayonu, Sabirabad kəndi) – Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Əzizağa Bəhrəm oğlu Ələkbərov 1952-ci il sentyabrın 10-da Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur. 1968-ci ildə Sabirabad kənd 8 illik məktəbini, 1971-ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə həmin universitetin tarix fakültəsini bitirmişdir. 1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü il sentyabrın 18-dən -1997-ci il aprelin 28-dək Azərbaycan EA “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmişdir. 1997-ci il aprelin 28-də Azərbaycan EA A.A.Bakıxanov adına Tarix İnstitutunun “ Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir. 2001-ci il oktyabrın 31-də “ Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Əzizağa Ələkbərov akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda o, “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Elseid Husay
Elseid Husay (2 fevral 1994, Şkoder) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Latsio" və kapitanı olduğu Albaniya millisində sağ cinah müdafiəçisi kimi çıxış edir. Husay müdafiənin hər iki cinahında oynaya bilir. == Karyera == Elseid anadan olandan iki ay sonra atası Gezim, 1990-cı illərdə iş və daha yaxşı həyat dalınca İtaliyaya köçən bir çox alban kimi İtaliyaya mühacirət edir. Elseidin özü anası və nənəsi ilə Şkoderdə qalır. Gezim Husay, İtaliyada futbol agenti Marco Pikkioli ilə görüşərək oğlunun oyununa baxmağı təklif etdi, lakin Elseidin cəmi 10 yaşı olduğu üçün Pikkioli Gezimə gözləməyi tövsiyə edir. Elseidin 14 yaşı tamam olanda İtaliyaya gedir və Pikkiolinin köməyi ilə, "Fiorentina" klubuda daxil olmaqla bir neçə baxışdan keçir, ancaq ona real maraq göstərən yalnız "Empoli" klubu olur. === Empoli === Hüsay "Emploi"nin əsas heyətinə ilk dəfə 2011/12 mövsümündə dəvət edilir və 9 oktyabr 2011-ci ildə "Empoli"nin "Varese" ilə qarşılaşmasında adı oyunun iştirak ərizəsinə daxil edilir. Ancaq Husay bu oyunda meydana çıxmır. Husay peşəkar səviyyədə ilk oyununu, 24 noyabr 2011-ci ildə İtaliya Kubokunda "Fiorentina"ya qarşı oyunda keçirdir.2012/13 mövsümundən başlayaraq futbolçu "Empoli"nin əsas heyət oyunçusuna çevrilir.
Elsevər Bəkirzadə
Elsevər Bəkirzadə - Azərbaycanlı peşəkar futbolçu. == Karyerası == Elsevər Bəkirzadə Zahir oğlu 1995-ci ilin 27 iyul tarixində Mingəçevir şəhərində anadan olmuşdur. Futbola 2002-ci ildə Mingəçevir Uşaq Gənclər İdman Məktəbində başlamışdır. 2002-2007-ci illərdə Mingəçevirdə futbolla məşğul olduqdan sonra, 2007-ci ildə "Qarabağ"ın aşagı yaş qruplarına qatılıb. 2009-cu ildən Qəbələ futbol Akademiyasına seçilib. "Qəbələ"nin aşağı U15 və U17 yaş qruplarında əvəzedici ve əsas heyətində mübarizə aparmışdır. "Qəbələ" ilə 2009-2010-cu ildə 17 yaşlıların ölkə çempionatında çempionluq ve həmçinin 2011-2012-ci illərdə "Qəbələ"nin əvəzedici heyəti ilə brünc medallara layiq görülüb. 2014-ci ildə "Xəzər Lənkəran"a klubunda keçid edib. 2015-ci ildə "Xəzər Lənkaran"ın əsas heyəti ilə birlikdə qış təlim-məşq toplanışını keçirmək üçün Türkiyəyə yollamışdır. 2015-ci ildə "Xəzər Lənkəran"dan ayrılaraq 1-ci Divizonda mübarizə aparan "Şəmkir" klubunda forma geyinmişdir.
ELTE
Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir == Tarixi == 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır.
Elçe
Elçe (isp. Elche) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 326,07 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 230822 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 21 km uzaqlıqda yerləşir.
Esse
Esse — ən çox ədəbiyyatda istifadə olunur. Kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrı. Esse fransız sözü olub, mənası sınaq, təcrübə, oçerk deməkdir. Tənqid və ədəbiyatşünaslığın müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən janrı. Daha çox ədəbiyatda istifadə olunur. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifədə edilir. Ədəbiyatşünaslıq, avtobioqrafik, biografik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər əsasən esse janrı üzərində qurulmuşdur. Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl, gəldiyi nəticələrin əsası, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Elise Norvood
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Elsa Pataki
Elsa Lafuente Medianu (ing. Elsa Lafuente Medianu); əsasən Elsa Pataki kimi tanınır (ing. Elsa Pataky; 18 iyul 1976, Madrid) — İspaniya aktrisası və fotomodeli. Pataki əsasən "Forsaj" filmlər seriyasındalı Elena Neves rolu ilə tanınır.
Elsi Uindes
Elsi Uindes (17 iyun 1985, Portlend) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Elsi Uindes, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Elsi Uindes, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Für Elise
Für Elise— Əsasən, Für Elise kimi bilinir (Alman dilində: [fyːɐ̯ ʔeˈliːzə]), Azərbaycan dilində "Eliza üçün" kimi tərcümə olunur və Lüdviq Van Bethovenin ən məşhur bəstələrindən biridir. Adətən bir bagatelle kimi təsnif edilir, bəzən də Albumblatt adlanır. Əsər bəstəkarın həyatı boyunca yayınlanmamışdır və bəstəkarın ölümündən 40 il sonra Lüdviq Nohl tərəfindən üzə çıxaılıb. Mahnı təxminlərə görə adı Therese olan və Bethovenin evlənmək istədiyi xanım üçün 1810 - cu ildə yazılıb. Amma Therese onunla evlənmək istəməyib. == Tarix == Əsər 1867- ci ildə, Bethovenin vəfatından (1827 - ci il) 40 il sonra yayınlanıb. Əsəri kəşf edən Ludviq Nohl, orijinal imzalı, 27 aprel 1810 - cu il tarixli əlyazma (indi itib) olduğunu təsdiqlədi. Musiqi Nohlun Neue Briefe Beethovens (Bethovendən Yeni Məktublar) əsərinin bir parçası olaraq (səhifə 28-33) Stuttgartda Johann Friedrich Cotta tərəfindən çapa verilib. === Elizanın şəxsiyyəti === "Eliza"- nın kim olduğu dəqiq məlum deyil. Max Unger Ludviq Nohlun əsərin adını səhv tərcümə etdiyini və orijinal əsərin "Für Therese" olaraq adlandırıldığını və Therese Malfatti von Rohrenbach zu Dezzanın (1792–1851) şərəfinə yazdığını güman edir.
Reyke-Eyse
Reyke-Eyse adaları (norv. Ryke Yseøyane) — Edj adasından şərqdə yerləşən arxipelaq. Adalar Vlilanddan olan frizli balina ovçusu Reyke-Eysenin şərəfinə adlandırılmışdır. O, adaları 1640—1645-ci illərdə kəşf etmişdir. Arxipelaq ilk dəfə 1663-cü ildə Hedrik Donkerin tərtib etdiyi xəritədə əks olunmuşdur. == Mənbə == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
Trichilia elsae
Trichilia elsae (lat. Trichilia elsae) — meliekimilər fəsiləsinin trichilia cinsinə aid bitki növü.
Arvids Pelse
Arvids Pelse (latış. Arvīds Pelše‎;26 yanvar (7 fevral) 1899 – 29 may 1983, Moskva) — Sovet Latviya partiya və dövlət xadimi, tarixçi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1979). 1915-ci ildən partiya üzvü; Oktyabr inqilabının iştirakçısı. 1919-cu ildə - Sovet Latviya Xalq Komissarlığının əməkdaşı. 1941-ci ildən - katib, 1959-1966-cı illərdə - Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi. Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri (1966-1983). Latviya SSR Elmlər Akademiyasının müxbir üzvü (1946). == Həyatı == O, 1899-cu il yanvarın 26-da [7 fevral] saat 14-də Kurland əyalətinin Bauska rayonunun İecava volostunun Mazie fermasında “həyət sahibi” Yohan Pelşe və həyat yoldaşı Lizanın kəndli ailəsində anadan olmuşdur. Həmin il martın 14-də kənd kilsəsində vəftiz olundu. 1915-ci ildə Latviya Ərazisinin Sosial Demokrat Partiyasına (SDLC), daha sonra Bolşevik Partiyasına qoşuldu.
Els-Poblets
Els-Poblets (isp. Els Poblets) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 3,62 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3310 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Web de información y discusión sobre Els Poblets Ayuntamiento de Els Poblets Índice Estadístico Municipal de Els Poblets. Datos y cifras de los municipios de la provincia de Alicante.
Əhali prinsipi haqqında esse
Əhali prinsipi haqqında esse kitabı ilk dəfə 1798-ci ildə anonim olaraq nəşr olunub, lakin tezliklə müəllifin Tomas Robert Maltus olduğu müəyyən edildi. Kitabda əhalinin həndəsi irəliləyişlə artmasının (hər 25 ildən 2 dəfə artması) ilə bağlı gələcək çətinliklər barədə, qida istehsalının isə arifmetik irəliləyişlə artıb, qida çatışmazlığına səbəb olacağı, doğum nisbətləri azalmazsa aclıq ola biləcəyi ilə bağlı xəbərdarlıqlar yer alır.Əhalinin sayı haqqında ilk kitab olmasa da, Maltusun kitabı Britaniyada əhalinin sayı ilə bağlı mübahisələri qızışdırdı və 1800-cü il siyahıyaalınması haqqında qanunun qəbul edilməsinə gətirib çıxardım Bu qanun İngiltərə, Uels və Şotlandiyada 1801-ci ildən başlayaraq bu günə qədər hər on ildən bir davam edən milli siyahıyaalınma aparmağa imkan verdi. Kitabın 1826-cı ildəki 6-cı nəşri həm Çarlz Darvin, həm də Alfred Russel Uollesə təbii seçmə nəzəriyyəsinin inkişafında əsas təsir göstərən əsərlərdən olmuşdur. Kitabın əsas hissəsi indi Maltusun Əhali Qanunu kimi tanınan qanuna həsr edilmişdir. Nəzəriyyə iddia edir ki, artan əhali nisbəti əmək təklifinin artmasına kömək edir və istər-istəməz əmək haqqını aşağı salır. Əslində, Maltus əhalinin davamlı artımının yoxsulluğa səbəb olacağından qorxurdu. 1803-cü ildə Maltus eyni başlıq altında əsərinin əsaslı şəkildə yenidən işlənmiş ikinci nəşrini nəşr etdi. Onun son variantı, 6-cı nəşri 1826-cı ildə nəşr olundu. 1830-cu ildə, ilk nəşrdən 32 il sonra, Maltus daha geniş əsərin tənqidlərinə cavabları özündə əks etdirən Əhali Prinsipinə Xülasə Baxış adlı yığcam versiyanı nəşr etdi.
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Xəlsə
Xəlsə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Xəlsə oyk., sadə. Kürdəmir r-nunun Qocalı i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Oykonimin ərəb dilindəki xəlisə (xanın bəylərə bağışladığı mülk) sözündən olması ehtimal edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 628 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ərşə
Ərşə kəndi — Qarabağın Arazbar qəzasında qərar tuturdu. Orta çağda feodal ara savaşları səbəbiylə dağıdılıb. XVIII əsr el şairi Aşıq Lələ deyir: 1727-ci ilə aid Osmanlı qaynağında bu qədim yurd yeri haqqında yazılır: "Arasbar qəzasına tabe olan Ərşə kəndi. Kənddə heç kim yaşamır. Otuziki tayfasından Eymirli oymağı burada əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq sahibinə verir. Dənli bitkilərdən əldə edilən gəlir: 47.000 ağça". XVIII əsrin əvvəllərində Otuziki elinin Ozan oymağı da bu yurdda binələyirmiş. Avşar elinin Ərşəli adlı oymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı.
Əşlə
Əşlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Əşə
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Kolle di Val d'Elsa
Kolle di Val d'Elsa (it. Colle di Val d'Elsa) — İtaliyanın Toskana regionunda şəhər.
Buse (Alye)
Buse (fr. Boucé) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03034. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 556 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 321 nəfərdən (15-64 yaş) 237 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 73.3%). Fəal 237 nəfərdən 221 nəfəri (122 kişi və 99 qadın), 16 nəfəri işsizdir (7 kişi və 9 qadın). 84 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 35 digər səbəblərə görə fəaliyyətsizdir.
Araz Elsəs
Araz Elsəs — azərbaycanlı ozan. == Həyatı == Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanın Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. O, gənc yaşlarından doğma yurdunu doğma dildə oxşamağa başlayır. Sazı və sözü ilə illərin yuxusuna batmış ulusunu oyanmağa səsləyir. Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Quzey Azərbaycana köçür. 1997-ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. O dövrdən Avropada yaşayır, müxtəlif ölkələrdə azərbaycanlılar içində konsertlər verir. 2000-ci ildə isə İsveçə köçüb. == İstinadlar == == Xarici keçidlər == Ozan (film, 2005) Araz Elsəs.
Elşən Orucov
Elşən Orucov (aktyor) — Azərbaycanlı aktyor. Elşən Orucov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Elşən Orucov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Elşən Piriyev
Elşən Şəfalət oğlu Piriyev (24 sentyabr 1989; Ağstafa rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Piriyev 1989-cu il sentyabrın 24-də Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. 1996-2007-ci illərdə R. Əkbərov adına Kolxəlfəli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elşən Piriyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Piriyev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Kolxəlfəli kəndində dəfn olunub.
Elşən Qapaqov
Elşən Rafiq oğlu Qapaqov (Qazax rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, "Zəfər" ordeni laureatı. == Həyatı == Elşən Qapaqov Qazax rayonunda anadan olub. == Hərbi xidməti == 1990-cı ildə Türkiyədə hərbi təhsil alıb və sonra Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub. Azərbaycan Ordusunun polkovniki olan Elşən Qapaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Qapaqov "Zəfər" ordeni ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Qapaqov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Qapaqov "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Qarayev
Elşən Qarayev - Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Qarabağ müharibəsinin və Aprel döyüşlərinin iştirakçısı. == Həyatı == Elşən Qarayev 1973-cü ildə Zərdab şəhərində doğulub. 1990-cı ildə orta məktəbi bitirdikdən sonra Gürcüstana gedərək Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. İctimai-siyasi vəziyyət gərginləşdiyindən 6 ay sonra Azərbaycana qayıdıb və Bakı Ümumqoşun Komandirləri Ali Hərbi Məktəbində təhsilini davam etdirib. == Döyüş yolu == 3-cü kursda oxuyarkən bir qrup kursantla könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. 45 gün Ağdam cəbhəsində, Qərvənd kəndi uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında əsl vətənpərvərlik nümunəsi göstərib. 1995-ci ildə Bakı-Moskva sürət qatarında axtarış zamanı partlayıcı qurğu aşkarladığına görə Müdafiə naziri tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın cəbhə bölgələrində xidmət edib.
Elşən Quluyev
Elşən Natiq oğlu Quluyev (21 dekabr 1992; Daşkəsən, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Quluyev 1992-ci il dekabrın 21-də Daşkəsən şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Quluyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elşən Quluyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Quluyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Quluzadə
Elşən Qulu oğlu Quluzadə (20 oktyabr 1998; Füzuli rayonu, Azərbaycan — 21 yanvar 2021; Bakı, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Quluzadə 1998-ci il oktyabrın 20-də Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elşən Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Quluzadə oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Elşən Quluzadə 2021-ci il yanvarın 21-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 100-cü günündə şəhid olub. Onunla vida mərasimi Təzəpir məscidində baş tutub. Vida mərasiminə daxili işlər naziri Vilayət Eyvazov və birinci müavini general-leytenant Seyfulla Əzimov qatılıb. Elşən Quluzadə Füzuli rayonunun Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Qəmbərov
Elşən Qəmbərov (30 oktyabr 1970, Bakı) - Azərbaycan milli yığmasının sabiq üzvü, sabiq futbolçu, uşaq futbolu məşqçisi.
Elşən Qəni
ELTE İngilis və Amerika Araşdırmaları Məktəbi
Eötvös Loránd Universitetinin Humanitar Elmlər Fakültəsinin İngilis və Amerika Tədqiqatları Məktəbi (School of English and American Studies, SEAS) 1886-cı ildə İngilis Dili və Ədəbiyyatı Departamenti kimi təsis edilmişdir və o, Budapeşt, Macarıstanın Jozsefvaros şəhərində Rakóczi út şəhərində yerləşir. == Tarix == 1886-cı ildə 1882–1888-ci illərdə Din və Təhsil Naziri və 1885–1888-ci illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti olmuş Ágoston Trefort Macarıstan Kral Universitetində ingilis dilini öyrətmək üçün Arthur Pattersondan xahiş etdi və onu tapşırdı. == Təşkilat == Rəhbərlik direktor və iki direktor müavinindən ibarətdir. === İnstitutun rəhbərliyi === === İnstitutun direktorları === === şöbələri === İngilis və Amerika Tədqiqatları Məktəbində 5 şöbə fəaliyyət göstərir. == Proqramlar == SEAS-da bir bakalavr və iki magistr proqramı mövcuddur.
Besse-syur-Alye
Besse-sür-Alye (fr. Bessay-sur-Allier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03025. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1417 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 922 nəfərdən (15-64 yaş) 690 nəfər iqtisadi cəhətdən fəal, 232 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 74.8%, 1999-cu ildə 74.2%). Fəal olan 690 nəfərdən 639 nəfər (331 kişi və 308 qadın), 51 nəfəri işsizdir (20 kişi və 31 qadın). 232 hərəkətsiz 74 nəfər arasında şagird və ya tələbə, 88 nəfər təqaüdçü, 70 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Besse-sür-Alye
Besse-sür-Alye (fr. Bessay-sur-Allier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03025. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1417 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 922 nəfərdən (15-64 yaş) 690 nəfər iqtisadi cəhətdən fəal, 232 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 74.8%, 1999-cu ildə 74.2%). Fəal olan 690 nəfərdən 639 nəfər (331 kişi və 308 qadın), 51 nəfəri işsizdir (20 kişi və 31 qadın). 232 hərəkətsiz 74 nəfər arasında şagird və ya tələbə, 88 nəfər təqaüdçü, 70 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Elşən Rzazadə
Elşən Rəşad oğlu Rzazadə (d. 11 sentyabr 1993, Lənkəran) — Azərbaycan Birinci Diviziyası təmsilçilərindən olan Mil-Muğan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Karyerası == === Klub === 30 yanvar 2016-cı ildə Rzazadə Neftçi Bakı klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Rzazadə Azərbaycan milli futbol komandası ilə debütünü 17 noyabr 2015-ci ildə Moldova millisinə qarşı oyunda etmişdir. == Karyeras statistikası == 10 Aprel 2016 tarixində yenilənib === Milli komanda === 17 Noyabr 2015-ci il məlumatlarına əsasən.
Elşən Rüstəmov
Elşən Mərdan oğlu Rüstəmov (22 yanvar 1971, Masallı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2012). == Həyatı == Elşən Mərdan oğlu Rüstəmov 22 yanvar 1971-ci ildə Masallı rayonunda müəllim ailəsində anadan olub. Orta məktəbi həmin rayonun Babaser kəndində oxumuşdur. 1988-ci ildə Moskvada Tikinti Məktəbinə daxil olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990–1995). Orada Rafiq Atakişiyev, Oqtay Salamov, Rafiq Əzimov, Lütfi Məmmədbəyli və Bəxtiyar Xanızadə kimi sənətkarlardan dərs almışdır. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb. Eyni zamanda digər teatrların da səhnələrində çıxış edib. Dublyaj işi ilə məşğuldur.
Elşən Salahov
Elşən Rövşən oğlu Salahov (1977, Bakı) — Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin hazırkı başçısı (2019-), başçının sabiq birinci müavini (2018-2019). == Həyatı == Salahov Elşən Rövşən oğlu 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1994-cü ildə Bakı şəhəri 237 saylı orta məktəb, 2000-ci ildə Xəzər Universitetini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.Elşən Salahov 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əmək fəaliyətinə başlamışdır. O, qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsində baş məsləhətçi, sonra isə Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsində sektor müdiri vəzifəsində çalışmışdır. 2009-cu ildə isə "Bank Standart" Kommersiya Bankının "Mərdəkan" filialının direktoru olmuşdur. === Ailəsi === Ailəlidir 2 övladı var. Atası Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovdur. == Siyasi fəaliyyəti == Elşən Salahov 2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyinat almışdır. 2018-ci ildə isə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin olunmuşdur. 2019-cu ildən Xəzər Rayon İcra Hakimiyyətinin başçısıdır.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Alme
Alme (it. Almè; lomb. Lmé) – İtaliyada, Lombardiya bölgəsinin Berqamo əyalətində bir şəhər. Şəhər Berqamo əyalətinin idarə mərkəzinə tabedir. == Ümumi məlumat == Əhalisi 5612 nəfərdir (30 sentyabr 2005-ci il tarixinə), əhalinin sıxlığı 2.806 nəfər / km²-dir. Sahəsi 1,96 km² ərazini əhatə edir. Poçt kodu – 24011. Telefon kodu – 00035. Kommunanın hamisi müqəddəs Vəftizçi Yəhya sayılır. Kommunanın bayramı 24 iyun tarixindədir.
Aloe
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Alst
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Alsu
Alsu Ralifovna Abramova (Tatar dili: Rälif qızı Alsu Abramova, Rusca: Алсу́ Рали́фовна Абра́мова. Alsou (Rusca: Алсу) olaraq da tanınır) - Rusiyanın tanınmış müğənnisidir. Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının xalq artisti (2010). Sülh adına YUNESKO artisti (2011). == Həyatı == Alsu 27 iyun 1983-cü ildə Tatarıstanın Bögilme bölgəsində dünyaya gəldi. Atası Ralif Rafilovich Safın zəngin bir iş adamıdır. "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti idi. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye Iskhakovna bir memardır.
Alye
Alye (fr. Allier, oks. Alèir) — Fransanın mərkəzi cənubunda yerləşən, Over-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 3. İnzibati mərkəzi — Mulen. Əhalisi — 353.124 nəfərdir (departamentlər arasında 69-cu yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Alye departamenti Overn bölgəsinin bir hissəsidir Şer, Nyevr, Sona və Luara, Luara, Püi-de-Dom və Kröz departamentləri ilə sərhəddir. Sahəsi — 7340 km². == Tarixi == Departament tarixinin çox hissəsi Burbon dövrünün tarixinə aiddir, çünki departament ərazisi keçmiş Burbon hersoqluğunun ərazisinə bərabərdir. Departament, 1790-cı il 22 dekabr 1789-cu il tarixli qanununa əsasən, 1790-cı il martın 4-də, 1790-cı ildə Fransa inqilab dövründə, 83-cü bölmədə köhnə Burbonlar əyalətinin ərazisində yaradılmış 83 departamentdən biridir.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz.Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır.Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Belsı
Belsı və ya Beltsı (mold. Bălţi/Belisty) — Moldovada şəhər. == Əhali == Doğulanlar (2010): 1573 (1000 nəfərə 10.6) Ölənlər (2010): 1447 (1000 nəfərə 9.7) Təbii artım (2010): 126 (1000 nəfərə 0.9)Etknik qruplar, 2014: Qeyd: * Moldovada etnik olaraq rumınlar və moldovanları ayırmaqda müəyyən mübahisələr var. Siyahıyaalınmalara görə Belsının illər ərzində əhalisi sayındakı dəyişmə.