– Telli indi bir ilə yaxındı ki, qaynının himayəsində yaşayırdı.
Aslan [Mansuru] götürüb, öz himayəsi altında saxlayaraq … oxutdururdu.
□ Himayə olmaq – bax himayəsinə almaq (götürmək).
[Dərviş:] Bu fikri başından çıxart, qızım, get, atana himayə ol!
Himayəsinə almaq (götürmək) – himayə etmək, havadarlıq etmək, qayğı göstərmək; sığındırmaq, qanadı altına almaq. Yetimləri himayəsinə götürmək.
– [Səlim] həm onu, həm oğlunu; Aldı himayəsinə.
// Məc. mənada.
…Qız qaratikan kolunun himayəsinə sığınmış xırdaca çiçəkli boyaqgülünün kövrək zoğlarını gördü.
// məc. Qayğı, kömək, diqqət, arxa. Yoldaşın himayəsi.
– [Fərman Mələyə:] Yaxşı bir dostun himayəsinə, köməyinə ehtiyacın vardır.
□ Himayə etmək – qorumaq, qanadı altına almaq.
…İran əksinqilabını himayə edən çar hökuməti öz içərisindən çürüməkdədir.