HİSSİYYAT

is. [ ər. “hiss” söz. cəmi] Hisslərlə, duyğularla bağlı hallar, hissi təəssürat; hisslər, duyğular.
[Yaşlı kişi:] Gənclik hissiyyatım məni [qadına] tərəf çəksə də, şüurum belə bir işdən çəkinməyi mənə tövsiyə edirdi. S.Hüseyn.
Şəxsi müşahidələr və hissiyyata əsaslanan [Rüstəmin] mülahizələri çox zaman doğru çıxardı. M.İbrahimov.

◊ Hissiyyata qapılmaq – öz hisslərinə uymaq, tabe olmaq, hisslərinin tələbinə, xəyala, hissiyyata görə hərəkət etmək.
…Mötəsim xəlifənin katibləri Babək üsyanının cərəyanı və onun inkişafı yollarını yazarkən dini hissiyyata qapılıb, həqiqəti tamamilə təhrif ediblər. M.S.Ordubadi.

Синонимы

  • HİSSİYYAT bax: hiss
HİSSİ
HİSSİZ
OBASTAN VİKİ
Hissiyyat
Hissiyat, duyğu təcrübəsi — xarici mühitin fərdi xassələrinin və vəziyyətlərinin daxili və ya xarici stimul və qıcıqların bir subyekt tərəfindən hissiyyat sistemi vasitəsilə siqnal şəklində, bütövlükdə sinir sisteminin iştirakı ilə psixikada əks etdirilməsi olan psixi proses. == Hisslərin xüsusiyyətləri == Modallıq — hisslərin keyfiyyət xarakteristikasıdır. Hər bir hiss növü özünəməxsus modal xüsusiyyətlərinə malikdir. Vizual hisslər üçün bunlar rəng tonu, parlaqlıq, dolğunluq ola bilər; eşitmə üçün - ton, tembr, səs; toxunma üçün - sərtlik, kobudluq və d. İntensivlik — hisslərin klassik kəmiyyət xarakteristikasıdır. Lokalizasiya — hisslərin məkan xarakteristikası, stimulun məkanda lokalizasiyası haqqında məlumatdır. Bəzi hallarda (ağrı, interoseptiv hisslər) lokalizasiya çətin və qeyri-müəyyəndir. Müddət — hissiyatın müvəqqəti olmasını bildirən xarakteristikasıdır. == Hissiyyatın təsnifatı == Hissləri ilk təsnif etməyə çalışan Aristotel olmuşdur. O, 5 duyğu müəyyən etmişdi: görmə, eşitmə, toxunma, qoxu və dad.
Dəri və əzələ hissiyyatı
Dəri və əzələ hissiyyatı — insan orqanizmində qıcıqlar. Dəridə və eləcə də, selikli qişalarda - ağız boşluğunun, dilin, udlağın, üzərini örtən selikli qişalarda çoxlu miqdarda dəri reseptorları yerləşir. Bu reseptorlar vasitəsilə çox müxtəlif qıcıqlar: istilik, soyuq, ağırlıq, mexaniki təzyiq və s. qəbul edilir. Bu reseptorlar sayəsində əşyalara əl vurmaqla onların səthinin xarakteri, onun ümumi forması, hətta hansı materialdan ibarət olduğu müəyyən edilir. Həmin reseptorlarda əmələ gələn oyanmalar mərkəzəqaçan neyronların uzun çıxıntıları ilə beyin yarımkürələri qabığının mərkəzi şırımının arxasında yerləşən dəri hisiyyatı nahiyəsinə ötürülür və burada qıcıqlar analiz olunur. Kor adamlarda dəri hissiyyatı daha yaxşı inkişaf edərək xarici aləmin müxtəlif əşyalarını hiss etdikdə onlara çox kömək edir. Müxtəlif əmək proseslərinin həyata keçirilməsində insana daha çox kömək edən əl barmaqlarının uclarında daha yaxşı inkişaf etmiş dəri hissiyyatıdır. Dəri reseptorları insanı xarici zədələrdən qorumaqda da ona kömək edir. Əzələ hissiyatı reseptorları əzələlərin özündə və ya onların səthində yerləşir.

Значение слова в других словарях