Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sidi-Bəl-Abbas
Sidi-Bəl-Abbas (ərəb. سيدي بلعباس‎) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayət və dairənin inzibati mərkəzi. 2005-ci ildə edilən təxminlərə görə, şəhərin əhali 200 min nəfər idi. Yayda iqlim sərin gecələr və isti günəşli günlərlə çox isti olur. Qışda qar bəzən bol yağır, lakin uzun müddət qalmır və ilk ərimə ilə yox olur. Günəş çıxanda havanın temperaturu aşağı ola bilər, bəzən −7 °C-ə qədər enir. Şaxtalar yazda baş verir. Sidi-Bəl-Abbasın əsası 1843-cü ildə Fransa müstəmləkəçiləri tərəfindən hərbi qala qoyulmuşdur. 1849-cu ildə şəhərdə mülki yaşayış başlamışdır. Sidi-Bəl-Abbas XIX əsrin ikinci yarısı və XX əsrin birinci rübü boyunca kiçik bir şəhər olaraq qalmışdır.
Cənab Bəli (film, 2008)
Cənab Bəli (ing. Yes Man) — Peyton Ridin rejissoru olduğu və baş rolda Cim Kerrinin yer alıdığı 2008-ci il istehsalı komediya filmi.
Bəlx
Bəlx vilayəti
Bəlx (şəhər)
Bəlx (puştu dilində: بلخ) — Əfqanıstanda Bəlx vilayətinin mərkəzi. Məzari-Şərif şəhərindən 20 km uzaqlıqda yerləşir. Zərdüştün (Zaratuştra)nın vətəni hesab edilir . Şəhərdə pambıq parça istehsalı inkişaf etmişdir.
Bəlx vilayəti
Bəlx vilayəti (puşt. بلخ, tac. Балх) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Ölkənin şimalında yerləşir. == Əhalisi == Vilayətin sahəsi 17.249 km², əhalisi 1169 min (2009) nəfər, inzibati mərkəzi isə Məzari-Şərif şəhəridir. Əhalisinin çoxluğunu təkil edən tacik və puştunlardan əlavə vilayətdə həmçinin özbəklər, həzaralar , türkmənlər, ərəblər və bəluclar yaşayır. Vilayət əhalisinin 50%-i dəricə, 27%-i puştu dilində, 11.9%-i türkməncə, 10.7%-i isə özbəkcə danışır.
Bəlx xanlığı
Bəlx xanlığı (özb. Balx xonligi / Балх хонлиги / بلخ خانلیگی) — 1850–1702-ci illərdə Cənubi Türkistan ərazisində mövcud olan özbək dövləti. Bəlx Buxara xanlığının (1526–1702) ən böyük inzibati vahidi olmuşdur. 1590-cı ildən başlayaraq, Bəlx valisi Buxara hökmdarının varisi olmuş və xan rütbəsi alaraq müstəqiliyini elan etmişdir. 1850-ci ildə Əfqanıstan Əmirliyi tərəfindən işğal edilmişdir. İlk xan Kistin Qara Sultan xan, son xan isə Rüstəş xan olmuşdur. Bəlx xanlığının ən yüksək inkişaf dövrü Həştərxanilər sülaləsi nümayəndələri, xüsusilə Nadir Məhəmməd xan və Subxankuli xan zamanında olmuşdur. Bəlx xanlığının paytaxtı eyniadlı şəhər — Həştərxanilərin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlx idi. == Çoğrafiyası == Bəlx xanlığı Hissar vilayəti ilə Hinduquş dağları arasında, qərbdən şərqə Murqab çayı və Bədəxşan arasında şimaldan cənuba uzanan geniş bir ərazini tuturdu. Bəlx xanlığının ərazisi arxeoloqlar tərəfindən kifayət qədər araşdırılmamışdır, bizə gəlmiş yazılı mənbələrin məlumatları isə çox azdır.
Ağıldan bəla
Ağıldan bəla (rus. Горе от ума) — Aleksandr Qriboyedovun 1824-cü ildə nəzm ilə yazdığı komediya. O, 19-cu əsrin əvvəllərində yeni olan klassisizm, romantizm və realizm elementlərini özündə birləşdirir. Təhkimçilik dövründə dünyəvi cəmiyyəti təsvir edir və 1813-1824-cü illərdə həyatı göstərir. "Aksiya özü baş verir... 1812-ci il müharibəsindən on il sonra, yəni 1822-ci ildə." "Ağıldan bəla" komediyası 19-cu əsrin birinci yarısının aristokratik Moskva cəmiyyətinin satirasıdır – rus dramaturgiyasının və poeziyasının zirvələrindən biridir; əslində bir janr kimi mənzum komediyanı tamamladı. Aforistik üslub əsərin sitatlara bölünməsinə kömək etdi. == Yaranma tarixi == Qriboedov rus ədəbiyyatı tarixinə ilk rus realistik komediyasının müəllifi kimi daxil oldu "Ağıldan bəla", baxmayaraq ki, əvvəllər yazılmış digər əsərləri də (məsələn, "Gənc həyat yoldaşları", "Tələbə" komediyaları) yazmışdır. Artıq Qriboedovun erkən pyeslərində müxtəlif üslublar birləşdirərək yenisini yaratmaq cəhdləri var idi, lakin 1825-ci ildə Puşkinin "Boris Qodunov" faciəsi ilə birlikdə "Ağıldan bəla" komediyası həqiqətən rus ədəbiyyatının inkişafı üçün yenilikçi bir əsər idi. Komediya ideyası 1820-ci ildə (bəzi mənbələrə görə, artıq 1816-cı ildə) yaranıb, lakin müəllif Persiyadan qayıtdıqdan sonra Tibilisidə mətn üzərində fəal işə başlayıb.
Əl-Bədi
Əl-Bədi (ər. البديع) — Allahın adlarından biri. Bütün varlıqları, həyat yoldaşı və nümunəsi olmadan, sənətkaranə bir şəkildə yaradan, misilsiz, heyrət verici aləmlər icad edən, heç bir bənzəri olmayan şeylər ortaya qoyan deməkdir. Səcdə surəsi (32), 7: " Yaratdığı hər şeyi gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayan Odur. " Bəqərə surəsi (2) , 117 : "O, göyləri və yeri yoxdan var edicisidir və O, bir işin olmasını murad edincə , ona yalnız :" Ol! "Deyər, o da dərhal olar . " Allah (cc), " Mən yer üzündə bir xəlifə yaradacağam " (Bəqərə surəsi (2), 30.) buyurdu və yerləri, göyləri yaratmamışdan əvvəl o, "Ərş" ı sular üzərindəykən , gələcək insanların taleyini yazdı … Sonra Öz nurundan "Ya Məhəmməd ! Sen olmasan Cənnəti yaratmazdım , sən olmasan Cəhənnəmi yaratmazdım , sən olmasan dünyanı yaratmazdım !" (Üsulu -i Hədisi və qanunvericilik — ı Aliyyü'l — Kari Tərcüməsi, Əhməd Serdaroğlu , shf. 99.) buyurduğu Sevgili Peyğəmbərimizin nurunu yaratdı. O "nur " ilə " eşq" üfürüləcəkdir aləmlərə dostlar ; eşq üfürüləcəkdir.
Əl-Bəri
Əl-Bəri (ər. البارئ) — Allahın adlarından biri. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 24) Yaşadığımız kainat ilə əlaqədar hər şeydə bir tarazlıq və ahəngə rast gələrik. Xüsusilə elm sahəsində yeni inkişaflar yazılıb bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşməkdədir. Görünən odur ki, kainat üzərində var olan hər sistem Üstün Bir Ağlın dizaynıdır. Bu Üstün Ağlın Sahibi, hər şeyi heyrət ediləcək bir nizam içində var etmişdir.
Əl-Vəli
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Vəli bəy Yadigarov
Vəli bəy Yadigarov (31 oktyabr 1897 və ya 31 oktyabr 1898, Təkəli, Borçalı qəzası – 13 dekabr 1971, Buenos-Ayres) — Rusiya Çar Ordusunda xidmət etmiş azərbaycanlı hərbçi, polkovnik. Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdur. Bu nəsildən 1918–1920-ci illərdə Milli Orduda səkkiz zabit şərəflə xidmət etmişdir: poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Vəli bəy Yadigarov ilk hərbi təhsilini 1909–1916-cı illərdə Tiflis hərbi gimnaziyasında almışdır. 1916-cı ildən Vəli bəy Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlamışdır. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilmiş və məşhur Brusilov hücumunda iştirak etmişdir. 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur.
Əl-Bəb
Sarı Əli bəy
Sarı Əli bəy (I Əli Sultan) (1601—1628) — İlisu sultanı. Şah I Abbasın Gürcüstana yürüşləri zamanı 1616-сı ildə Kaxetiyaya hücümlar təşkil etmişdir. 1628-cı ildə Sarıbaş (indiki Qax rayonunun Sarıbaş kəndi) yaxınlığında Kaxetiya çarı I Teymurazın sərkərdəsi Zurab eristavinin qoşunları ilə döyüşdə həlak olmuşdur.Başı kəsilərək I Teymuraza göndərilmişdir.
Əli Bəy Azəri
Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev; d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, "Rəsmi Bakı" qəzetinin və "Xəzan" jurnalının baş redaktoru, müharibə veteranı Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur. Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə "leytenant" hərbi rütbəsi verilməklə "tank qoşunları üzrə taktiki əməliyyat komandiri" hərbi, "təkərli və tırtıllı texnikanın mühəndisi" mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.
Əli bəy Aşurbəyov
Əli bəy Xocabəy oğlu Aşurbəyov — məşhur Azərbaycan xeyriyyəçisi, şəxsi vəsaiti hesabına Cümə məscidini tikdirib. Əli bəy 1878-ci ildə Bakıda dünyaya gəlmişdir. Bakıda bir neçə məscid tikdirmişdir. Əli bəy yarım il Moskvada Lubyanka həbsxanasında yatmış, onu qoçu zənn edərək güllələnməyə məhkum etmişdilər. Nərimanovun himayədarlığı onun köməyinə çatmışdı.
Əli bəy Bəylərbəyov
Əli bəy Bəylərbəyov (Tam adı: Əli bəy Şahkərim oğlu Bəylərbəyov; 1894, Masallı rayonu – 2 yanvar 1938, Bakı) — Azərbaycan hərbi xadimi, I Dünya Müharibəsi iştirakçısı, Azərbaycan SSR Baş Milis İdarəsinin rəisi (1922–1924), ilk daxili işlər komissarı, general-mayor. Əli bəy Bəylərbəyov 1894-cü ildə Masallı rayonun Xıl kəndində anadan olmuşdur. O, kənddə ibtidai təhsil aldıqdan sonra Lənkəran şəhərindəki təqribən orta məktəb həcmində təhsil verən rus məktəbinə — Gimnaziyaya daxil olaraq həmin məktəbi 1911-ci ildə bitirmiş və həmin ildə Tiflis şəhərindəki ali hərbi məktəbə daxil olmuşdur. 1919-cu ildə həmin məktəbi əla qiymətlə başa vurmuşdur. 1923-cü ildə Şahkərim adlı bir oğlu olmuşdur. Səhiyyə nazirinin müavini, Respublika Sanitar Epidemiologiya İdarəsinin rəisi, tibb elmləri doktoru və professor Şahkərim Əli bəy oqlu Bəylərbəyov 1990-cı ildə dünyasını dəyişmişdir. Nəvələri: Alim Şahkərim oğlu Bəylərbəyov, Akif Şahkərim oğlu Bəylərbəyov, Məmməd Şahkərim oğlu Bəylərbəyov, Gülnarə Şahkərim qızı Bəylərbəyova (Məmmədova). Nəticələri:Əli bəy Məmməd oğlu Bəylərbəyov, Afaq Məmməd qızı Bəylərbəyova(Neymətova), Ülkər Məmməq qızı Bəylərbəyova (Əliyeva), Rasim Alim Oğlu Bəylərbəyov, Humay Alim qızı Bəylərbəyova, Əfqan Akif oğlu Bəylərbəyov, Fərid Akif oğlu Bəylərbəyov, Səbinə Akif qızı Bəylərbəyova, Əsəd Şaxsəddin oğlu Məmmədov (Gülnarə xanımın oğlu). Kötücələri:Şahkərim Əli bəy oğlu Bəylərbəyov, Nigar Əli bəy qızı Bəylərbəyova, Əsəd Ramin oğlu Neymətov (Afaq xanımın oğlu), Kamran Ramin oğlu Neymətov (Afaq xanımın oğlu), İradə Vüsal qızı Əliyeva (Ülkər xanımın qızı), Ülviyyə Vüsal qızı Əliyeva (Ülkər xanımın qızı), Ədalət Vüsal oğlu Əliyev (Ülkər xanımın oğlu), Səid Əsəd oğlu Məmmədov. 1915-ci ildə Tiflisdə hərbi məktəbə qəbul olur, oranı zabit rütbəsi ilə bitirmişdir.
Əli bəy Direktor
Əli bəy Direktor (1844 – 1899) — Türkiyə yazıçısı. Əli bəy Direktor 1844–cü ildə İstanbulda doğulmuşdur. Məmurluğa ilk dəfə Babiali tərcümə şöbəsində başlamışdır. Karantin idarəsində də işləmişdir. 1899-cu ildə İstanbulda vəfat etmişdir. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.35-36.
Əli bəy Dünbili
Əli bəy Məhəmməd bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan şairi, tərcüməçisi. Əli bəy Məhəmməd bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Tehran Universitetinə qəbul olunmuşdu. Şair idi. Qərib təxəllüsü ilə ruhsar şeirlər yazırdı. Məhəmmədəli xan Tərbiyyət yazır: "Qərib Tehran Darülfünunun şagirdlərindən olmuş, piyada hərbi məktəbi bitirdikdən sonra hicri qəməri 1275 (1858) ci ildə oxumaq üçün Avropaya göndərilən tələbələr arasında Həsənəli xan Əmir-Nizamla birlikdə Parisə getmiş, orda təhsilini təkmilləşdirib, İrana qayıtmışdır. O, Avropa ölkələrinin ictimai vəziyyəti, inkişafı və hərbi təşkilatı haqqında tədqiqat apararaq, bir kitab yazmışdır. Qərib İngiltərə və Fransa dövlətlərinin Çin dövləti ilə müharibəsi haqqında bir kitabı fransız dilindən fars dilinə tərcümə etmişdir.
Əli bəy Hacıəlibəyov
Əli bəy İsmail bəy oğlu Hacıəlibəyov — Gəncə şəhərinin polismeysteri, Gəncə üsyanının iştirakçısı. Əli bəy İsmayıl bəy oğlu Hacıəlibəyov 1880-ci ildə Gəncədə hərbçi ailəsində anadan olmuşdu. Atası İsmayıl bəy çar ordusunda xidmət etmiş, poruçik rütbəsinə qədər yüksəlmişdir. Əli bəy Gəncə gimnaziyasını bitirmiş, sonra isə Tiflisdə hərbi məktəbə daxil olmuşdur. Əli bəy Hacıəlibəyov məşhur Hacıəlibəyovlar nəslinin nümayəndəsidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhər polisində pristav və polismeyster köməkçisi vəzifələrində çalışmışdı. Sonra o, 1919–1920-ci illərdə Gəncə şəhərinin polismeysteri vəzifəsində xidmət göstərmişdi. Əli bəy Hacıəlibəyovun rəisliyi zamanı polismeysterliyin ştatları onun böyük köməkçisindən (1-ci müavini) və köməkçisindən (müavini), katibdən və onun köməkçisindən, mühasib, qeydiyyatçı (həmdə arxivarius) və tərcüməçidən ibarət idi. Əli bəy Hacıəlibəyov Xudadat bəy Rəfibəylinin (1877–1920) Gəncənin general-qubernatoru olduğu dövrdə (6 may 1919–30 aprel 1920) polismeyster vəzifəsində çalışmışdı. O, ictimai asayişin mühafizəsində, cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizədə qətiyyətli fəaliyyət göstərdiyi üçün qubernator tərəfindən dəfələrlə təltif edilmişdir.
Əli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral (7 mart) 1864, Salyan, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 17 mart 1940, Üsküdar, İstanbul ili, Türkiyə) — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir. Əli bəy Hüseynzadə 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşamış və ilk təhsilini də bu məktəbdə almışdı. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. Görkəmli ictimai xadim Ziya Gökalp (1876–1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır.
Əli bəy Verdiyev
Əli bəy Verdiyev — ilk azərbaycanlı mühəndis-pilotlardan biri. Əli bəy Verdiyev 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olub. Verdiyev Yelizavetpol gimnaziyasını bitirdikdən sonra, Qori müəllimlər seminariyasına daxil olub. 1910-cu ildə Əli bəy Verdiyev Parisə yola düşüb. Burada o, Fransa Politexnik Məktəbinin mühəndis-mexanik fakültəsində avia və avtonəqliyyat vasitələrinin təmiri ixtisası üzrə təhsil alıb. Verdiyev Fransanın müxtəlif hava nəqliyyatı müəssisələrinin əməkdaşı olduğu zaman aviasiya ilə maraqlanmağa başlayıb. Birinci Dünya Müharibəsi illərində mühəndis-mexanik işləmişdir. Əli bəy Verdiyev 1916-cı ildə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçmişdir. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli bəy Verdiyev 1916-cı il iyunun 22-də "pilot-aviator" normativlərini tam yerinə yetirərək bu ada layiq görülmüşdür. Əli bəy Verdiyev məzunu olduğu məktəbdə qalmış və buradakı rus kursantlarına uçuş dərsləri vermişdir.
Əli bəy Zizikski
Əli bəy Harun bəy oğlu Zizikski (noyabr 1876, Zizik, Quba qəzası – 18 sentyabr 1929, Bakı) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan Parlamentinə millət vəkili Eyni zamanda Bakı qubernatorunun köməkçisi. Əli bəyin atası Harun bəyin Quba qəzasında böyük torpaq mülkiyyəti, Quba və Bakı şəhərində malikanəsi var idi, eyni zamanda o toxumçuluq sahəsində yaxşı mütəxəssis idi. Harun bəyin 2 oğlu – Abdulla bəy (cavan vəfat etdi) və Əli bəy, 8 qızı – Səkinə xanım (Cimili bəyə ərə getmiş), Ummsəlimə xanım, Ayna xanım (Alpan bəyə ərə getmiş), Böyük xanım, Səadət xanım (həyat yoldaşı Dağıstan imanı Nəcməddin Qotsinski), Camal xanım (Şıxlar bəyə ərə getmiş), Sona xanım (həyat yoldaşı Mustafa Əfəndiyev) və Umra xanım. Harun bəy Hacı-Bala Məmmədyarovu da övladlığa götürmüşdür. Əli bəy Zizikski 1876-cı ilin noyabr ayında Quba qəzasının Zizik kəndində anadan olmuşdur. (Bəzi nəşr mənbələrində doğulduğu il səhvən 1878 kimi göstərilmişdir. Səhvin səbəbi bəzi tarixçilərin verdiyi məlumata görə, o 50 yaşında 1928-ci ildə güllələnib. Lakin arxiv məlumatlara görə Əli bəy özü doğum tarixini noyabr 1876-cı il göstərmişdir. 50 yaşında isə 1926-cı ildə o həbs olunmuşdur).
Cəlaləddin Əli bəy
Cəlaləddin Əli bəy (v. 1444) — Ağqoyunlu tayfa ittifaqının başçısı, Qara Yuluq Osmanın oğlu. == Hakimiyyəti == Cəlaləddin Əli bəyin doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. O Qara Yuluq Osman bəyin oğlu idi. Onun taxta çıxması ilə bağlı ilk məlumata erməni əl yazmasında rast gəlirik. Burada hicri 839-cu ildə miladi 1435-ci ilin qış ayında Cəlaləddin Əli bəyə taxta çıxması öz əksini tapmışdır. Məlumat "Tanrı onu düşmənlər qarşısında zəfərə ərdirsin" cümlələri ilə sona çatır. Bu zaman Tərcan yaxınlığında qeyri rəsmi bir divan toplandı. Onlar Əli bəyi Qara Yuluq Osman bəyin varisi kimi tanıdı. Qara Yuluq Osman bəy hələ vəfat etməzdən əvvəl oğlanları, qardaşı oğlanları hərəsi fərqli bir ərazidə hakim idilər.
Əli bəy Zülqədər
Əli bəy Şahsuvar bəy oğlu Zülqədər (1515, Əlbistan – 1522, Qəhrəmanmaraş) — bəylik hökmdarı (1515–1522). Əli bəy 1515-ci ildən 1522-ci ilədək Zülqədəroğulları bəyliyinin hökmdarı olmuşdu. 1515-ci ildə Maraş və çevrəsi osmanlılar tərəfindən fəth edildi. Ancaq Zülqədəroğulları bəyliyinə dərhal son verilmədi. Yavuz Sultan Selim, Zülqədərli torpaqlarının idarəsini Şahsuvaroğlu Əli bəyə verdi. Əli bəyin Zülqədərli hökmdarı, yoxsa Osmanlı dövlətinin bir valisi olduğu açıqca bəlli deyildi. Şahsuvaroğlu Əli bəy Maraş və Əlbistan civarından əsgər toplayaraq, Yavuzun məmlüklərin üstünə etdiyi səfərlərdə iştirak etdi. 1516-cı ildə Nizip civarında Mercidabık savaşında osmanlı ordusu məmlük ordusunu ağır bir məğlubiyyətə uğratdı. Məmlük sultanı Kansu Gavri məğlubiyyətin üzüntüsündən öldü. Onun yerinə Tumanbay məmlük sultanı oldu.
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Belo Horizonte
Belu-Orizonti (port. Belo Horizonte) — Braziliyanın cənub-şərqində şəhər. Minas-Jerays ştatının paytaxtı.
Belə (şəhər)
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Bela
Bela — ad. Bela Luqoşi — Macar teatr oyunçusu və qorxu filmi aktyoru. Bela Tarr — macar rejissor, prodüser, ssenarist. Bela Bartok — Macarıstan bəstəkarı, folklorşünası.
Belo-Bezvodnoe gölü
Belo-Bezvodnoe gölü —Tatarıstanın Zelenodolski rayonu, Voljsk-Kamski qoruğu ərazisində yerləşən göl. == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Zelenodolski rayonunda, Belo-Bezvodnoe kəndində yerləşir. Su tutarı qəliz formaya malikdir. Uzunluğu 564 metr, maksimal eni isə 180 metrdir. Su səthinin sahəsi 7,06 ha-dır. Orta dərinliyi 2 m, maksimal dərinliyi isə 4 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 300 m³-dir. Yeraltı sularla qıdalanır. Səviyyəsi dəyişməzdir.
Belə Buyurdu Zərdüşt
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. == Məzmun və quruluşu == Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Hamı belə edir
Hamı belə edir və ya aşiqlər məktəbi (KV 527, it. Così fan tutte, ossia La scuola degli amanti)) — Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu iki pərdəli opera. Operanın ilk premyerası 26 yanvar 1790-cı ildə Vyanada Burqteatrda oynanılmışdır. == Personajlar == == I Pərdə == Gənc zabitlər Quqlielmo və Ferrando öz sevgililərinin: bacılar Dorabella (Ferrandonun sevgilisi) və Fiordilicinin (Quqlielmonun sevgilisi) sədaqətliliyindən danışaraq fəxr edirlər. Qoca filosof don Alfonso buna inanmır və onlara mərc gəlməyi təklif edir. Qalib gələcəklərinə əmin olan zabitlər buna tez razı olurlar. Don Alfons bacılara sevgililərinin müharibəyə çağrıldıqlarını xəbər verir. Onlar göz yaşları içində vidalaşırlar. Don Alfons qulluqçu Despinanın köməyi ilə evə iki alban gəncini gətizdirir. Bunlar libaslarını dəyişmiş zabitlərdir.
Zərdüşt belə deyirdi
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Yoxdu belə söhbət
Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film. Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı haştaqla — #yoxdubeləsöhbət — yazılmışdı. Uran — "Yenə də fırlanır" Barfly — "Kağız" DədəBaba — "Dağların başı" DiHaj — "Eşqini Aşağı Sal" İsrail Məmmədov — "Şəlaləm" Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ" Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells" Ya Tosiba — "Maşın" Selda Bağcan — "Yaz, gazeteci, yaz" Xpert ft.
Mahnı belə yaranır
== Məzmun == Kinopovest Dağıstanın xalq aşığı Süleyman Stalskinin (Konstantin Slanov) həyatı, yaradıcılığı və ictimai fəaliyyətindən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Roman Fatuyev Quruluşçu rejissor: Rza Təhmasib, Mikayıl Mikayılov Quruluşçu operator: Teyyub Axundov, Cavanşir Məmmədov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Niyazi Səs operatoru: Əziz Şeyxov Geyim rəssamı: Əlisəttar Atakişiyev Çalır: Üzeyir Hacıbəyov Adına Dövlət Simfonik Orkestri Dirijor: Niyazi Filmin direktoru: Daniil Yevdayev Mahnı ifa edir: Şövkət Ələkbərova Rejissor assistenti: Əlisəttar Məlikov === Rollarda === Konstantin Slanov — Süleyman Stalski Vladimir Txapsayev — Qara Maqoma Afanasi Koçetkov — Maksim Qorki Məmmədəli Vəlixanlı — Bədirxan Z.Abihəsənova — Məriyat Abbas Rzayev — Xanapi Ş.Montaşev — Harun Z.Qalazova — Ayna A.Qurumov — Hizri Ələkbər Hüseynzadə — Mola Hacımed Əli Qurbanov — kor aşıq A.Sarukayev — gənc aşıq Fateh Fətullayev — Bədirxanın adamı Sergey Yakuşev A.Slanov Süleyman Tağızadə M.Rəşidxanov S.Cetere S.Lazarev Vera Şirye Mikayıl Mikayılov — Biçeraxov İ.Markov T.Sidorova S.Tokar Sadıq Hüseynov — sərnişin == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С.И.Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Bel (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Bel (dəqiqləşdirmə)
Bel
Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA. == Epidemiologiya == Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, "ara həkimlərinə" və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir.
Bel balıqları
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Bel balığı
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Bel kələfi
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir. == Verdiyi şaxələr == Əzələ şaxəsi lat. rami musculares Qalça-qarınaltı sinir lat.
Bel məbədi
Bel məbədi— Qalıqları Suriyanın Palmira şəhərində yerləşən qədim məbəd. Məbədin əsası bizim eranın 32-ci ilində qoyulub. Bu məbəd dini mərkəz kimi formalaşan Palmirada ibadət yeri kimi günəş tanrısı Yarhibol, ay tanrısı Aqlibol ilə Sami tanrısı Belə həsr olunub. Aeden Kremin hesab edir ki, Palmirada bu yer "ən yaxşı qorunub saxlanılan" məbəd qalıqlarındandır. == Tarix == Məbəd təpənin üstündə tikilib. Ərazi sözügedən Ellinizm məbədi və Belin birinci məbədi olan keçmiş məbədlə Roma dövründən qabaq da işğal altında olub. Temenos (bayır divar) və Propileinin sütünları ikinci əsrin birinci yarısında və birinci yarısından sonralar da tikilmişdir. Daxili kolonnadaların korinf sütünlarının əksəriyyəti hələ də havadarların heykəllərinin olduğu yerdə pyedestalda nümayiş olunur. Məbəd Palmirada Böyük Kalonnadanın şərq qurtaracağı boyu bir cərgə boyu uzanır. == Memarlıq == Məbəd qədim Yaxın Şərq və Yunan-Roma memarlığının qeyri-adi sintezini özündə cəmləşdirib.
Bel çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Moris Beli
Moris Beli (fr. Maurice Beeli; 21 oktyabr 1879 – 17 mart 1957) — Belçika botaniki. Moris Beli mikologiya üzrə ixtisaslaşmışdır. Agaricus beelii Heinem., 1956 Favolus beelii Hendr., 1948 [syn. Polyporus melanopus (Pers.) Fr., 1821] Leucocoprinus beelianus Heinem., 1977 Marasmius beelianus Şablon:Singer, 1964 Sorosporium beelii Zundel, 1938 Tylopilus beelii Heinem. & Gooss.-Font., 1951 Fraiture, A. Quelques grandes figures de la mycologie belge (неопр.) // Revue du Cercle de Mycologie de Bruxelles. — 2006. — Т. 6. — С. 17—40.
Beli-Manastir
Bеli-Mаnаstir — Оsiеçkо-Bаrаnskаya bölgəsinin Bаrаnskаya hissəsinin şərqindəki şəhərdir. Macarlar əhalinin əksəriyyətini təşkil edir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,068 nəfərdir.
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Bala Əli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.