İÇLİK

is.
1. xüs. Bir şeyin içərisinə qoyulan, keçirilən, salınan şey.
2. Hər hansı bir şeyin iç tərəfinə tikilən şey; astar. İçlik keçə.
– …Döyülən keçə qəliblərindən orada tezcə yeni-yeni alaçıqlar düzələr, his bağlamış köhnə alaçıq keçələri isə endirilib, çullara içlik, ya ulaqlara palan salınardı. S.Rəhimov.

İÇLİ
İÇMƏ

Значение слова в других словарях