İÇMƏK

f.
1. Maye bir şeyi udmaq. Su içmək. Dərman içmək. Şərbət içmək.
– Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. C.Məmmədquluzadə.
Stol üstündəki qrafindən stəkana su töküb içdim. A.Şaiq.

// Məc. mənada.
Yar ki yara həsrət ilə qovuşdu; Dodaq busə içər, dil ləzzət çəkər. Aşıq Ələsgər.
Eşqin çeşməsindən bir damcı içdim; Axdı sellər qədər gözümün yaşı. B.Vahabzadə.

2. Eyni mənada spirtli içkilər haqqında: sərxoşluq etmək, əyyaşlıq etmək.
Eylədik tövbə, əgər göz görə pünhan içdik. Qövsi.
Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi ki, [Yusif] oraya içməyə gedir. S.S.Axundov.
İçmək Cümşüd bəyi xarab etdi, o qədər içirdi ki, bir saat da sərxoşluqdan ayıq olmurdu. E.Sultanov.

□ Sağlığa (sağlığına) içmək – birinin şərəfinə badə qaldırmaq.
[Əsgər:] Sağ ol, Məşədi İbad! Sağlığına içirəm. Ü.Hacıbəyov.

3. Sulanmaq, su verilmək. Ağaclar su içdi. Torpaq su içdi.
[İsgəndərzadə:] Sən də get, arxayın ol, sabah bağın su içər. Ə.Haqverdiyev.

Синонимы

  • İÇMƏK udmaq
  • İÇMƏK İÇMƏK [Həmzə:] Elə ki axşam çox içdim, arağı konyaka, konyakı çaxıra qarışdırdım, gəl mənim səhərki halıma bax (Ə

Антонимы

  • İÇMƏK İÇMƏK – TÖKMƏK Kim içməsə, yaxasına tökəcəyik (Mir Cəlal)
İÇMƏ
İÇMƏLİ

Значение слова в других словарях