İBERLƏR

is. [ tar. ]
1. İberiyanın əsas əhalisini təşkil edən qədim şərqi gürcü qəbilələri.
2. Qədim İspaniyada yaşayan bir qrup qəbilənin adı.
İBÇİN
İBLİS
OBASTAN VİKİ
İberlər
İberlər və ya iberiyalılar (lat. Hibērī, yun. Ἴβηρες, İberes) — əvvəllər şərqi və qərbi İspaniya ərazisində məskunlaşmış, sonralar isə Pireney yarımadasının xeyli hissəsinə yayılmış qədim tayfalar. Onlar arasında turdetan, turdul, bastetan, karpetan və başqa tayfalar var idi. İberlərin məntəyi haqqında muxtəlif mülahizələr mövcuddur. İberlər haqqında ilk yazılı mənbə e.ə. VI əsrə aiddir. İspaniyanın cənub hissəsi (indiki Əndəlüs və Mursiya) İberiya mədəniyyətinin əsas mərkəzi idi. E.ə. VI–III əsrlərdə İspaniyaya soxulmuş keltlərlə iberlərin qaynayıb-qarışması nəticəsində kelt-iber tayfaları qrupu yaranmışdır.

Значение слова в других словарях