Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İblis
İblis — göylərdən qovulmuş və Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran dindarları düz yoldan azdıran mələk yada cin adıdır. Xristianlardakı satananın sinonimidir. İblisin əsl adı Haris, Halis və ya Həris olmuşdur. İblis isə şeytanın balalarının və köməkçilərinin adıdır. İblis, Allahın yaratdığı ilk insana - Adəmə təzim etmək barədə Onun əmrindən çıxmışdır. Buna görə də o, göylərdən qovulmuş və cəhənnəm əzabına düçar edilmişdir. Lakin iblis Allahdan cəzalandırılması üçün Məhşər (Qiyamət) gününədək möhlət istəmiş və and içmişdir ki, Yer üzərində insanları yollarından azdıracaq. == Quranda Şeytan == Qurani-Kərimdə səksən səkkiz yerdə şeytan (on biri iblis olmaqla) kəliməsi keçir. Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır .
Oni (iblis)
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir. Oninin Avropadakı analoqu şeytan və cindir. Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan - kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır. İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir.
Oturan iblis
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
İblis (pyes)
"İblis" (az.-əbcəd ابلیس‎), bəzən "Şeytan", "Satana" və ya "Cin" adlanır — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama). Pyesin Birinci Dünya müharibəsi illərində yazıya alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyalarını əks etdirir.Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur. 1920-ci illərin əvvəllərində pyesa əhəmiyyətli müvəffəqiyyət qazanmışdır. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramdır. Dram əsəri yalnız mürəkkəb fəlsəfi məzmunu ilə deyil, həm də romantik üslubu ilə diqqətə layiqdir. "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir.Pyesa ilk dəfə 1924-cü ildə nəşr olunmuşdur. Daha sonra əsər 1927, 1959, 1969, 1982, 2001 və 2005-ci illərdə nəşr olunmuşdur. 1931-ci ilin Kiçik Sovet Ensiklopediyasında əsər poema adlandırılmışdır. Əsər Hüseyn Cavidin ən yaxşı dramlarından sayılır."İblis" Bakıda Hüseyn Cavidin heykəlinin tərkibinin əsas təməli kimi xidmət etmişdir; burada İblisin özü, pisliyi təcəssüm edir, əlində qılıncla baş aşağı yerə yıxılır. == Personajlar == İblis Mələk İxtiyar şeyx — ağsaqqal bir sövməənişin Xavər — İxtiyarın nəvəsi Arif — pərişan saçlı, sadə geyimli bir gənc.
İblis Bibliyası
"İblis Bibliyası" (ing. Devil's Bible) və ya "Codex Gigas" kimi də tanınır — XII-XIII əsrlərin qovşağında güya İblisin yardımı ilə bir rahib tərəfindən yazıldığı iddia edilən kitab. İsveçin paytaxtı Stokholmda saxlanılır. == Tarixi == Alimlərin fikrinə görə isə kitabı XIII əsrin əvvəllərində Çexiyanın paytaxtı Praqadan 100 km aralıdakı Podlajitsa şəhərindəki Benediktin monastırının rahibi 12 ilə yazıb.. Monastır 15-ci əsrdə Qusçular hərəkatı zamanı dağıdılması ilə Sistersiyanların Sedlek monasırına bağışlanılan kitab daha sonra Brevnovskidəki Benediktin monastırı tərəfindən alınmışdır. 1477-ci ildən 1593-cü ilədək Braumovda bir monastırın kitabxanasında saxlanılmış, 1594-cü ildə isə İmperator II Rudolfun kolleksiyasına qatılmaq üçün yenidən Praqaya aparılmışdır. 1648-ci ildə 30 illlik müharibənin sonunda kolleksiya İsveç ordusu tərəfindən qənimət kimi götürülmüşdür. 1649-cu ildən 2007-ci ilə qədər əlyazma Stokholmda İsveç Kral Kitabxanasında saxlanılmışdır. 7 may 1697-ci il tarixində yanğın nəticəsində kral sarayı yanmış və nəticədə kitabxanaya ciddi zərər dəymişdir. Əlyazma pəncərədən çölə atılaraq xilas edilmişdir.
İblis boğazı
İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar. Şəlaləni ilk aşkar edən avropalı konkistador Kabesa de Vaka hesab edilir. O, 1541 ci ildə Eldorado ölkəsinin xəzinəsini axtarmaq məqsədilə Parana çayını cəngəlliklərin arası ilə üzü yuxarı üzərkən İquasu şəlaləsini aşkar etmiş və onu isp. Considerable - “əhəmiyyətli” adlandıraraq, “su qovucuqları suyun səthindən yüksəkliyə sıçrayır”. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” (isp. Garganta del Diablo) “U” formasında olub, eni 150 və uzunluğu isə 700 metrə çatır.
İblis dənizi
İblis dənizi Yapon balıqçılar Filippin dənizinin şimal hissəsində yerləşən Miyakecima adasının ətrafındakı (Tokiodan 128 km cənubda) Sakit okean sularını İblis dənizi adlandırıblar. Paranormal tədqiqatçılar gəmilər və təyyarələr müəmmalı şəkildə yox olduğuna görə bu zonanı Bermud üçbucağına bənzədirlər. Ufoloji ədəbiyyatda İblis dənizində kabus-gəmilərinin və naməlum uçan obyektlərin göründüyünə dair iddialara rast gəlmək olar.
İblis oturub
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
İblis rəqəmi
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. == İnterpretasiya == Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
İblis (film, 2010)
İblis (Tamil dilində ராவணன், Rom: Raavanan) 2010-cu ildə Tamil dilində Mani Ratnam tərəfindən çəkilmiş və Vikram, Aishwarya Rai və Prithvirajın baş rollarda oynadığı Hindistan filmidir. İblis (Raavanan) filmi eyni vaxtda iki versiyada — hind dilində (fərqli adla — “Pis adam”/Raavan) və tamil dilində lentə alınıb. Hər iki filmdə Aishwarya Rai qadın baş rol ifaçısı olmuşdur, lakin Tamil versiyasında Vikram Veera (İblis) rolunu və onun əri rolunu (Deva) isə Prithviraj oynamışdırsa, Bollywood Hind dilindəki versiyada isə Vikram Deva rolunu oynamış, Veera rolunu isə isə Abhishek Bachchan canlandırmışdır. Filmin Tamil versiyası teluqu dilinə dublyaj edilmişdir. Eyni gündə — 18 iyun 2010-cu ildə hind, tamil və teluqu filmlərinin premyerası baş tutmuşdur. Film Ramayana dastanı əsasında çəkilmişdir. == Süjet xətti == Quldur dəstəsinin başçısı olan Viraya (Vira) polis müfəttişi olan Devin həyat yoldaşı və klassik hind rəqsləri üzrə müəllim olan Raginini qaçırır. Vira ilə Devin arasında çoxdankı haqq-hesab vardır və Vira Raginini öldürərək Devdən qisas almağa qərar verir. Müdafiəsiz qadının köməyi ilə kişidən qisas almağı alçaqlıq hesab edən Ragini Viradan iyrənir. O, Viraya deyir ki, onu öldürə bilməyəcək, buna cavab olaraq Vira ona gülür, amma eyni anda Ragininin öz canına qəsd edəcəyi üçün onu öldürə bilməyəcəyini eşidir və Ragini bundan sonra özünü uçurumdan aşağı atır.
İblis qadın (film, 1995)
"İblis qadın" — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi.
Tasmaniya iblisi
Kisəli iblis və ya Tasmaniya iblisi (yun. Sarcophilus harrisii) — Yırtıcı kisəlilər dəstəsinə, Sarcophilus cinsinə aid olan yeganə məməli növü. Qara rəngi, iri ağızlı iti dişləri, dəhşətli gecə qışqırtıları və şiddətli aqressiv xarakteri onui görən ilk avropalıların onu "iblis" adlanmdırmışlar. Daxil olduğu cinsin adı "Sarcophilus", q.yun. σάρξ — ət və q.yun. φιλέω — sevmək sözlərinin birləşməsindən əmələ gəlir. Filogenetik analizlə müəyyən etmişdir ki, Tasmaniya iblislərinin ən yaxın qohumu Kvolldur. Nisbətən uzaq qohumu isə Tasmaniya canavarıdır. == Xarici görkəmi == Tasmaniya iblisi müasir dünyanın kisəli ən böyük yırtıcı məməlisidir. Ölçülərinə görə elə də böyük olmayan köpəyi xatırlatsa da, çəki və bədən quruluşundan kiçik ayını xatırladır.
Nəhəng dəniz iblisi
Nəhəng dəniz iblisi və ya Manta (lat. Manta birostris) — Mantalar cinsinə, Qartalvari skatlar fəsiləsinə daxil olan növ. "Mobulinae" altsinfinə daxil olan yeganə onurğalıdır ki, üç cüt funksional ətrafa sahibdir. Skatların ən iri nümayəndəsidir. Onların uzunluqları 9,1 m (əsasən 4—4,5 m), ən irisinin çəkisi isə 3 tona qədərdir. Mantalar geniş areala sahib olsalar da, əsasən mülayim, tropik və subtropik sularda, 35° ş. e. və 35 °C. e. arasında yayılmışlar. Bu nəhəng okean canlısına istər sahil zonaları, mərcan riflərinin və ada qruplarının ətrafı, istərsə dərinliyi 120 m olan su altı zirvələrin ətraflarında rastlamaq mümkündür.
Emili Rouzun altı iblisi (film, 2005)
"Emili Rouzun altı iblisi" real əhvalata əsasən bir qızın ekzorsizmləri haqqında 2005 il trilleri. Film xatirələr silsiləsi kimi gedərkən, cinlərlə tutulmuş Emili Rouzun faciəvi taleyi və guya onun ölümündə müqəssir keşiş Murun mühakimə prosesini izləyir. Tutulmuş Emili həmçinin latın, arami və yunan dilində danışır.
Mələklər və iblislər
Mələklər və iblislər (ing. Angels and Demons) — Den Braun tərəfindən yazılmış roman. == Süjet == "İllüminati". Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər… == Obrazlar == Robert Lenqdon: Harvard Universitetində simvollar üzrə professor və əsərin baş qəhrəmanı. Leonardo Vetra: Alim və rahib. Əsərin əsas mövzusu onun sirli kəşfidir. Vittoria Vetra: Vetranın övladlığa götürdüyü qızı.
Mələklər və iblislər (film, 2009)
Mələklər və iblislər (orijinal adı: Angels & Demons) Den Braunun eyniadlı kitabına əsaslanan və 15 may 2009-cu ildə nümayiş etdirilən macəra filmidir. Bu, 2006-cı ildə çəkilmiş Da Vinçi Şifrəsi filminin prekvellidir. Çəkilişlər Roma və Los Ancelesdəki Sony Studiosda aparılıb. Tom Henks Robert Lenqdon rolu ilə, Ron Hovard rejissor, Brayan Qreyzer prodüser, Akiva Qoldsman isə ssenarist kimi geri qayıtmışdır. == Süjet xətti == İlk baxışdan sadə bir terror qruplaşması tərəfindən törədilmiş kimi görünən Cernin qətli qəflətən köhnə çəkişmələri olan İlluminati təşkilatının Vatikanı dağıtmaq planını hazırlamasından şübhələnilir. Bundan sonra, hadisəni tədqiq etmək üçün simvoloq Robert Lenqdon Romaya dəvət edilir, burada Robertə italyan alimi Vittoria Vetra ilə müştərək işləyəcəyi və oğurlanmış antimaddəni müştərək formada axtarmalı olduqları bildirilir. Fasiləsiz davam edən axtarışlarla Robert və Vittoria 400 illik qədim simvolları tədqiq edirlər. Dan Braunun eyniadlı romanının ekran uyğunlaşdırılması olan “Mələklər və Şeytanlar” həm də müəllifin “Da Vinçi şifrəsi” filmindən sonra çəkilmiş ikinci ekran adaptasiyasıdır. Əslində, ilk kitab olan Mələklər və Şeytanlar yüksək gəlir gətirən Da Vinçi Kodunun tənqidini qırmaq məqsədi daşıyır.
Mələklər və İblislər (roman)
Mələklər və iblislər (ing. Angels and Demons) — Den Braun tərəfindən yazılmış roman. == Süjet == "İllüminati". Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər… == Obrazlar == Robert Lenqdon: Harvard Universitetində simvollar üzrə professor və əsərin baş qəhrəmanı. Leonardo Vetra: Alim və rahib. Əsərin əsas mövzusu onun sirli kəşfidir. Vittoria Vetra: Vetranın övladlığa götürdüyü qızı.
İblisin qəsri (film, 1896)
İblisin qəsri (fr. Le manoir du diable) — qısametrajlı ilk qorxulu filmlərdən biridir. Səssiz filmdir. == Məzmun == Qədim bəzəkli Qəsrdə uçan Yarasa naməlum səbəbdən iblisin ruhu olan Mefistofelə dönür və sehirli taxtanı götürür. Sehirli taxtadan çoxlu ruh və kabuslar çıxmağa başlayır. Mefistofel onun itaəti altına düşmüş ruhları qorxutmağa başlayır. Ruhlardan biri ona "Xaç işarəsi"ni göstərir. Bu zaman iblis yoxa çıxır. == Maraqlı faktlar == Qısametrajlı filmdə komediya intonasiyası mövcuddur. Film qorxu filmi janrında, həmçinin, vampirlər haqqında çəkilən ilk filmdir.
İblisin siyasi tarixi
İblisin Siyasi Tarixi— Daniel Defonun 1726-cı ildə yazdığı kitab. Alimlərin ümumi fikrinə görə, Defo həqiqətən şeytanı dünya tarixinin iştirakçısı hesab edirdi. O, bir müddət Con Miltonun “İtirilmiş Cənnət” əsərini müzakirə edir və onu niyə qeyri-dəqiq hesab etdiyini izah edir. O hesab edir ki, 18-ci əsrdə yaşamış bir presviterian şeytanı səlib yürüşlərində ittiham edir və onu Avropanın katolik güclərinə yaxın hesab edir. Kitab Roma Katolik Kilsəsi tərəfindən qadağan edilib. Kitabın cənab Talliverə aid olduğu siyahıya salınıb və onun qızı Meqqi Corc Eliotun “Flossy Mill” əsərində oxuyur . == Həmçinin bax == Baltazar Bekker == Əlavə oxu == Baine, Rodney M. (1962). Daniel Defoe and "The History and Reality of Apparitions". Proceedings of the American Philosophical Society, 106(4): 335–347. (abunə tələb olunur) Hudson, Nicholas (1988).
İblisin vəkili (film, 1997)
İblisin vəkili (ing. The Devil's Advocate) — Hüquqlarını qoruduğu şəxslərin günahkar olub-olmamasına baxmayaraq öz işini görən və heç bir məhkəmə zalından məğlub ayrılmayan vəkil Kevin Lomaks, böyük bir iş təklifini qəbul edər və Floridadan Nyu Yorka köçür. Yeni müdiri isə Con Milton adlı varlıdır. Əvvəlcə hər şey qaydasında gedir, Kevin yenə də öz işini görür və ona tapşırılan işlərin öhdəsindən gəlir. Lakin getdikcə Kevinin şəxsi həyatı alt-üst olmağa, yoldaşı Meri Ann ilə əlaqələri soyumağa başlayır. Bütün bu baş verənlərdə Con Miltonun mistik təsiri vardır. == İstinadlar == == Xarici keçidlər == Official Devil's Advocate site at Warner Bros The Devil's Advocate — Internet Movie Database saytında.
İblislə sövdələşmə (film, 2006)
İblislə sövdələşmə (ing. The Covenant) — ABŞ istehsalı olan fantastika, döyüş və qorxu janrlı film. Rejissor Renni Harlinin lentə aldığı bu film 2006-cı ildə işıq üzü görüb. Baş rollara Stiven Streyt, Sebastian Sten, Tobi Heminqvey və Laura Hemsey çəkiliblər. Film ABŞ və dünyada 8 sentyabr 2006-cı ildə təqdim olunub. == Məzmun == 1692-ci ildə Massaçusets İpsviç kaloniyasında sirli qüvvələrə sahib 5 ailə sahib olduqları gücləri sirr tutacaqlarına dair and içmişdilər. Lakin aralarından bir ailənin bu sirri pozması nəticəsində digər ailələr tərəfindən aralarından uzaqlaşdırıldı, yalnız o günə qədər... Seçilmiş yaxşı məktəb olan Spencer Akademiyasının dört gənc tələbəsi əjdadlarından qalan bu güclərə sahibdirlər. Hər biri 1600-cü illərdə İpsviç Koloniyasında yaşayan ailələrin mirascısı olaraq həmin xüsusi qüvvələrlə birlikdə dünyaya gəliblər. Uşaqlıqdan bəri birlikdə böyüyüblər.
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
İbis
İbis (lat. Threskiornis) — i̇bislər fəsiləsinə aid heyvan cinsi.. == Təsnifatı == Azərbaycanda İbis cinsinə 1 növ daxildir: Müqəddəs ibis (Threskiornis aethiopicus Lath., 1790) == Həmçinin bax == Müqəddəs ibis Kiçik ağnazBöyük ağnazSarı pırtlaşıqlələkAdi qarıldaq == Xarici keçidlər == Threskiornis == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
İlis
Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarakötük kəndinin əhalisinin faktiki sayı 165 nəfər, qeydiyyatdakı əhalinin sayı 172 nəfər təşkil edirdi.
Ardea ibis
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Ardeola ibis
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Bubulcus ibis
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Egretta ibis
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Lepterodatis ibis
Misir vağcığı (lat. Bubulcus ibis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin vağcıq cinsinə aid heyvan növü. == Sinonimləri == Ardea ibis Linnaeus, 1758 Ardeola ibis (Linnaeus, 1758) Bubulcus bubulcus Buphus coromandus (Boddaert, 1783) Cancroma coromanda (Boddaert, 1783) Egretta ibis (Linnaeus, 1758) Lepterodatis ibis (Linnaeus, 1758) == Yarımnövləri == B. i. ibis (Linnaeus, 1758) B. i. coromandus (Boddaert, 1783) B. i.
Mycteria ibis
Sarı leylək (Mycteria ibis) leyləkkimilər fəsiləsinin (Ciconiidae) iri quşudur.Onlar Afrika, Sahara səhrasında və Madaqaskarda yaşayırlar. Onlar orta ölçülü leyləklərdir. Ölçüsü təxminən 97 sm, kişilərin çəkisi təxminən 2,3 kq və dişilərin çəkisi 1,9 kq-dır. Tükü adətən çəhrayı-ağ, qanadları və quyruğu qara olur; dimdiyi sarıdır. Yetişməmiş quşların boz-qəhvəyi, solğun boz-qəhvəyi dimdiyi, solğun narıncı üzü və qəhvəyi ayaqları olur.
Müqəddəs ibis
Müqəddəs ibis (lat. Threskiornis aethiopicus) — leyləkkimilər dəstəsinin ibislər fəsiləsinə aid quş növü. Ağaclarda koloniyalar halında və çox vaxt leyləkkimilərin digər nümayəndələrilə, məsələn vağlarla, bir ərazidə yaşayırlar. Yuvalarını çör-çöplə qururlar və 2-3 yumurta qoyurlar. Müqəddəs ibis balıq, qurbağa və cücülərlə qidalanır.
İbis cinsi
İbis (lat. Threskiornis) — i̇bislər fəsiləsinə aid heyvan cinsi.. == Təsnifatı == Azərbaycanda İbis cinsinə 1 növ daxildir: Müqəddəs ibis (Threskiornis aethiopicus Lath., 1790) == Həmçinin bax == Müqəddəs ibis Kiçik ağnazBöyük ağnazSarı pırtlaşıqlələkAdi qarıldaq == Xarici keçidlər == Threskiornis == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
IBList
IBList (en. Internet Book List) – İnternetdə ədəbiyyat üzrə verilənlər bazasıdır (VB). 2003-cü ildə Patrik Ros tərəfindən yaradılmışdır. 2007-ci ilin noyabr ayının axırlarına olan məlumata görə IBList onlayn ensiklopediyasında 60 min kitab, 18 min müəllif və 4400 kitab seriyaları haqqında məqalə vardır. Ensiklopediyaya həm də çoxlu sayda müxtəlif hekayələr, kitablar haqqında müxtəlif müəlliflərin fikirləri və s. daxil edilmişdir. Obyektlərin strukturlaşdırılması reytinqə, janra, kitab və ya əsərin adına, müəllifin ad və soyadına görə aparılır. Qeydiyyatdan keçmiş istifadəçilər ensiklopediyada hər hansı əsər haqqında fikirlərini yaza bilərlər. Eyni zamanda IBList-in VB-na yeni kitabların, müəlliflərin və məqalələrin daxil edilməsi haqqında təkliflərini verə bilərlər. Bu təkliflər saytın idarəçiləri tərəfindən öyrənilir.
Təzə İbiş
Təzə İbiş, İbiş — İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarix == Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Təzə İbiş kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur. Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir.
İbiş Məmmədov
İbiş Behbud oğlu Məmmədov (13 iyun 1961, Qafan – 20 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi. == Həyatı == İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olub. 1988-ci ildə Qafan şəhərində mitinq keçirən erməni ekstremistləri: — deyəndə, İbiş cavab verib ki, mən Azərbaycanın oğluyam, Qarabağ da Azərbaycan torpağıdır. Onu Şəhidlər xiyabanına aparan yol da o cavabdan başlamışdı. İbiş öz dədə-baba yurdundan qovulmuşdu. Doğma Bakıda fəhlə işləyirdi. Tale İbişə həmişə sərin üz göstərib. İki yaşından yetim qalıb. Ata qayğısı görməyib. 1981-ci ildə, 20 yaşında evlənib.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Bilim
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).
Bitlis
Bitlis — Türkiyənin Bitlis ilinin inzibati mərkəzi.
Elbis
Elbis Xan - türk və altay mifologiyasında döyüş ilahəsi. İlvis (ilbis, Elvis, Yilbis) Xan şəklində də tanınır. Elbis Kuha (İlbis Kığha) olaraq da xatırlanır. Mərhəmətsizdir və insanlara mərhəmətsizliyi təlqin edər. Döyüşcü bir xarakteri vardır. Şeytanı xüsusiyyətlərə malikdir. İslamın təsiriylə bu söz "İblis" halını almışdır. Lakin əslində türkcədə bir çox mənfi mənası saxlayan (Yal/Yel/Hal/Al/El) kökündən törəmişdir. Döyüşlərdən əvvəl çağırılır və adına mərasimlər edilər. Onun sayəsində düşmənin atdığı oxlar geri özünə dönər.
Albıs