Olmuş bizə qismət bu yəqin, ruzi-əzəldən; İbrət bizə yox, halətidünyanı görəndə.
□ İbrət almaq (eləmək, götürmək) – bir işdən, hadisədən dərs almaq, özü üçün nəticə çıxarmaq, nümunə götürmək, öyrənmək. Böyüyü döy ki, kiçik ibrət alsın. ( Ata. sözü ).
Gəl, könül, bir ibrət al, bu gərdişi-dövrana bax!
Ey oğul, murdən götür ibrət; Get, ağır işdə işlə qeyrət ilə.
İbrət dərsi almaq – bax ibrət almaq.
Doğrudur, cənab general! – dedim, 11-ci ilin hadisəsindən biz bir ibrət dərsi alacağıq.
İşlərə açıq baxıldığı üçün iclas salonunda iştirak edən bütün vətəndaşlar məhkəmənin çıxardığı bu hökmdən bir ibrət dərsi alırlar. ( ).
İbrət dərsi vermək – bax dərs vermək (“dərs”də).
Bu yaramazların kökünü kəsib, hamıya ibrət dərsi vermək lazımdır.
İbrət olmaq – bax dərs olmaq (“dərs”də).
[Hacı Qara:] Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar.
[Musa:] Bu gün sizə öylə bir cəza verməliyim ki, bundan sonra hər kəsə ibrət olsun…