İKİCANLI

sif. Hamilə, boyudolu. İkicanlı qadın.
– Getdin ora bircanlı, qayıtdın ikicanlı; Dərdin bir idi, indi min oldu, a zavallı. M.Möcüz.

□ İkicanlı olmaq – hamilə olmaq.
Ay keçdi, il keçdi bundan; İkicanlı oldu Gülyaz. A.Şaiq.
Ağamehdi Tiflisdə iki il yaşadı, üçüncü ilə dönəndə qayınanası Xanpəri vəfat etdi, Gülnaz da ikicanlı oldu. E.Sultanov.

// Boğaz. Yaz ağzı Molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.”

Синонимы

  • İKİCANLI hamilə — boylu — boğaz
  • İKİCANLI ikicanlı bax hamilə; boğaz II
İKİBUYNUZLU
İKİCANLILIQ

Значение слова в других словарях