İLƏN “İlə” sözünün qədimi forması. Aşıq gəlir saz ilən; Ördək ilən qaz ilən; Yar məni yola saldı; Evdən ərkinaz ilən. (Bayatı). Çox baxdığına, qəmzə ilən bağrın əzərsən; Hər kimə ki baxmazsan, onunla nəzərin var. Füzuli. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi.