İNƏK

I
сущ. корова. Sağmal inək дойная корова
II
прил. коровий. İnək südü коровье молоко, inək yağı коровье масло; inək əti (mal əti) говядина
◊ inək kimi sağmaq доить как корову; inəyə yəhər yaraşan kimi yaraşır идет как корове седло
İNERTLİLİK
İNƏKÇİ
OBASTAN VİKİ
İnək
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Bənövşəyi İnək
Bənövşəyi İnək — Set Qodin tərəfindən 2003-cü ildə yazılmış əsərdir. Kitab Godinin şəxsi inamını təqdim edir ki, kreativ reklam bu gün dağınıqlıq və reklamdan yayınma səbəbindən daha az effektivdir. Kitab şirkətlərin diqqətəlayiq məhsullar istehsal etdiyini və məhsul haqqında ağızdan ağıza yayıla biləcək insanları hədəf aldığını müdafiə edir. ABŞ Today bildirib ki, bu, "iş adamlarına müvəffəqiyyətə aparan sınaqdan keçmiş və doğru yolu xatırladır: Mükəmməl məhsul yaradın". == Haqqında == Kitab nümunələrlə kəsişən ümumi anlayışlardan ibarətdir. Mübahisə, reklamın əvvəlkindən daha az təsirli olduğu və indi bazarda diqqəti cəlb etməyin yeganə yolunun yalnız məhsulu diqqətəlayiq şəkildə bazara çıxarmaq deyil, həm də diqqətəlayiq məhsulu bazara çıxarmaq olduğu ehtimalı ilə başlayır. Godin diqqətəlayiq məhsullar və marketinq proqramlarından nümunələr verir, lakin bunları birbaşa kopyalamağın mənasız olduğunu göstərir. O deyir: "Bu gün uğursuz olmağın yeganə yolu darıxdırıcı olmaqdır. Uğur üçün bir şansınız diqqətəlayiq olmaqdır." Kitab əlamətdar bir məhsulun necə yaradılacağını göstərən On Nöqtəli Yoxlama Siyahısı ilə bitir.
İnək südü
Süd — qida məhsulu. == İnsan orqanizmi üçün südün əhəmiyyəti == Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Yatan inək (rəsm əsəri)
Yatan inək — Vinsent Van Qoqun Haaqada yaşadığı 1882-1883-cü illər ərzində yağlı boya rəssamlığı üslubundan istifadə edərək çəkdiyi iki rəsm əsərinə verdiyi ad. 1970-ci ildə Ceykob Baart de la Fellenin apardığı araşdırmalara əsasən əldə olunan kataloqa görə, bu rəsm əsərləri 1882-ci ildə çəkilmişdir. Halbuki Yan Hülsker bu əsərlərin, onun 1883-cü ildə çəkdiyi və yalnız bir fotoqraf tərəfindən tanınan "Çəmənlikdəki inəklər" əsəri ilə əlaqəli olduğunu hiss etdiyini deyirdi. Bütün bunları nəzərə alaraq o, Van Qoqun bu əsərləri öz məşuqəsi Sien Hoorniki tərk edərək Drenteyə getməsindən əvvəl çəkdiyini iddia edir və beləliklə, əsərlərin 1883-cü ildə çəkilməsi fikrinin üzərində dururdu.
Dəniz inəkləri
Dəniz inəkləri və ya Hidrodamalislər (lat. Hydrodamalis) — Dyoqonlar fəsiləsinə, Sirenlər dəstəsinə daxil olan və nəsli kəsilmiş məməli cinsi. Əsasən Sakit okeanın şimal hissəsində miosen və qolosen epoxalarında yaşamışlar. Bu cinsə iki növ daxildir. == Xariçi görünüşü == Dəniz inəkləri böyük ölçülərə malik olmuşlar. Onların uzunluğu 7-10 metr və 4-10 ton çəkiyə malik olmuşlar. Bütün Balinakimilərdə olduğu kimi dəniz inəklərinin quyruqları bu quruluşda olmuşlar. Ləng olmalarına baxmayaraq bədənlərini fırlada bilirdilər. Bu calıların üst dodaqları sallanmış formaya malik olmuşdur. Sanki xortumubxatırladırdı.
Çəmənlikdəki inəklər (rəsm əsəri)
Çəmənlikdəki inəklər 1883-cü ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsmdir. Rəsm əvvəllər yalnız çox keyfiyyətsiz olmağı ilə tanınırdı.
İnəkboğan
İnəkboğan — Azərbaycanın Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Şahdağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi həmin ərazidən axan eyniadlı çayın adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1602 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İnəkboğan bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İnəkboğançay
İnəkboğançay — Gədəbəy rayonu ərazisində çay. == Ümumi məlumat == Zəyəm çayının qoludur. Yerli əhalinin məlumatına görə, çaya ad keçmişdə daşqın zamanı çayın naxırı aparması və inəklərin boğulması hadisəsi ilə bağlı verilmişdir.
İnəkdağ
İnəkdağı — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == İrəvаn qubеrniyаsının Аlеksаndrоpоl qəzаsındа kənd аdı. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 19 km məsаfədə yеrləşir. İnəkdağı kəndinin yaranma tarixi aldığımız mənbələrə görə XVIII əsrin başlanğıcında (1715–1720) Dərişdilər tayfasından olan Qazax Məmmədin adı ilə bağlıdır. Kəndin ilk adı İnəkdağı sözünün mənası kəndin şimal hissəsindəki yüksəklikdə yerləşən İnək formasında olan dağın adı ilə bağlıdır. Deyilənlərə görə dağın ətrafındakı meşəlikdə vaxtilə maral sürüləri yaşayırmış. Marallardan biri kəndin Dərişdilər tayfasından Aişə nənənin qapısına gələrək sağılardı. Kəndin ilk adı 1976-cı ilə qədər İnəkdağı, ikinci adı isə erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin təsiri nəticəsində dəyişdirilərək Yenikənd qoyulmuşdur. Həmin ad 1988-ci ilin dekabrına qədər olmuşdur.19 аprеl 1991-ci ildə isə kəndin adı Tretuk qoyulmuşdur. 13 aprel 1919-cu ildə tayqulaq Andronikin başçılıq etdiyi daşnak terror qrupları Göyçə mahalının 22 kəndinə, Inəkdağı və ətraf kəndlərə basqın etmiş, əhalisini yurd-yuvasından didərgin salmışlar.
İnəkdağı

İnəkli
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında və İnəkli kimi, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir. Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən olan Bekdez, o biri - İqdir ilindən olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir.
İnəklər
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
İnəklər (rəsm əsəri)
İnəklər — 1890-cı ilin iyul ayında Over-syür-Uazda, Vinsent Van Qoq tərəfindən həkim Gachetin evində olduğu müddətdə çəkilən rəsm əsəridir. Əsər, əvvəllər başqa sənətkarlar tərəfindən çəkilmiş bəzi köhnə əsərləri yenidən çəkməyə cəhd edən Van Qoqun digər nüsxələrindən biridir. "İnəklər" rəsm əsəri indi Pala de Beaux-Arts de Lildə qorunub saxlanılır.
İnəklər gölü döyüşü
İnəklər gölü döyüşü — 682-ci ildə İkinci Göytürk xaqanlığı ilə Doqquz Oğuzlar arasında baş vermiş döyüşdür. == Döyüşdən əvvəl == Qutluq xaqan 682-ci ildə göytürkləri Tanq hakimiyyətindən qurtarmaq üçün böyük mübarizə başlatdı. Göytürklər müstəqilliklərinə qovuşmaq üçün daha əvvəl də bir neçə dəfə üsyan etmişdi. Ancaq bu üsyanlar Tanq tərəfindən yatırılmışdı. Qutluq xaqan xalqını toplayaraq Çuqay-Kuz dağına çıxdı. Qutluq xaqanın təqibçiləri 5.000 nəfər idi. Qutluq xaqan ilk iş olaraq Doqquz Oğuzların sürülərini yağmalatdı. Zamanla güclənən Qutluq qardaşı Bögü Çoru şad, digər qardaşı Tuo-hsi-fuyu da (Eletmiş Yabqu) yabqu təyin etdi. Bir müddət sonra da, çinlilərin əlində həbsdə olan Tonyukuk qaçaraq Qutluq xaqana qoşuldu. Tonyukuk həbsdə olduğu müddətdə Tanqı yaxından tanımış və əzif yönlərini öyrənmişdi.

Значение слова в других словарях